Bəxtiyar Allahverdi

Bəxtiyar Allahverdi

Baş Direktor (İdarə Heyətinin Sədri)

Bəxtiyar Allahverdi

Baş Direktor (İdarə Heyətinin Sədri)

Bəxtiyar Allahverdi 1971-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. Satış, distribusiya və pərakəndə sektorlarında geniş iş təcrübəsinə malik olan Bəxtiyar Allahverdi 30 ildən artıqdır gündəlik istehlak malları (FMCG) sahəsində rəhbər vəzifələrdə çalışır. 2006-cı ildən “Veysəloğlu Distribusiya” şirkətinin baş direktoru olan Bəxtiyar Allahverdi şirkətin inkişafına, bazarda mövqelənməsinə və sürətlə böyüməsinə töhfə vermişdir. Bəxtiyar Allahverdi hazırda Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının sədr müavini və “Araz” supermarketlər şəbəkəsinin səhmdarlarından biri və “Veysəloğlu Distribusiya” şirkətinin idarə heyətinin sədridir.

Pərviz Təhməzli

Pərviz Təhməzli

Kommersiya Direktoru (İdarə Heyəti Üzvü)

Pərviz Təhməzli

Kommersiya Direktoru (İdarə Heyəti Üzvü)

Veysəloğlu Şirkətlər Qrupuna 2006-cı ildə qatılan Pərviz Təhməzli müxtəlif illərdə satış təmsilçisi, satış müdiri, marka müdiri, kateqoriya müdiri, marketinq şöbəsinin müdiri, Eksklüziv üzrə Biznes İnkişafı Departamentinin müdiri, “VG” (Veyseloglu Georgia) şirkətində Marketinq Departamentinin müdiri vəzifələrində çalışıb. Hazırda “Veysəloğlu Distribusiya” şirkətində İdarə Heyəti sədrinin müavini (Əməliyyatlar üzrə) kimi fəaliyyətini davam etdirir. İlk ali təhsilini Naxçıvan Dövlət Universitetinin “Alman-ingilis dili” fakültəsində, ikinci ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində alıb. Marketinqin əsasları, biznesin inkişafı üzrə yerli və xarici təlimlərdə iştirak edib.

Orxan Babayev

Orxan Babayev

Maliyyə və Tədarük Zənciri Direktoru (İdarə Heyəti Üzvü)

Orxan Babayev

Maliyyə və Tədarük Zənciri Direktoru (İdarə Heyəti Üzvü)

“Veysəloğlu” MMC-yə 2014-cü ildə qatılan Orxan Babayev 2020-ci ilədək maliyyə və mühasibatlıq sahəsində müxtəlif vəzifələrdə çalışıb. Orxan Babayev 2020-ci ildən karyerasını SAP layihəsində SAP FI, CO üzrə Aparıcı analitik, 2022-ci ildən “Veysəloğlu-Rossman” şirkətində Maliyyə Direktoru və 2023-cü ilin yanvar ayından indiyədək “Araz” Supermarketlər şəbəkəsində SAP Biznes tərəfdaşlıq üzrə Şöbə müdiri olaraq davam etdirib. Bakalavr təhsilini Bakı Dövlət Universitetinin Kimya fakültəsində alan Orxan Babayev 2022-ci ildən etibarən Bakı Mühəndislik Universitetində MBA (Menecment) üzrə magistr təhsili alır. 01.08.2023-cü il tarixindən Orxan Babayev “Veysəloğlu” MMC-də Maliyyə Direktoru / İdarə Heyətinin üzvü vəzifəsinətəyin edilib. 01.02.2026-cı il tarixindən etibarən isə o, Maliyyə Direktoru vəzifəsi ilə yanaşı Tədarük Zənciri Direktoru vəzifəsinin də icrasına başlamışdır.

Fuad Novruzov

Fuad Novruzov

İnsan Kapitalı və Təşkilati İnkişaf Direktoru (İdarə Heyəti Üzvü)

Fuad Novruzov

İnsan Kapitalı və Təşkilati İnkişaf Direktoru (İdarə Heyəti Üzvü)

Fuad Novruzov 2023-cü ildən Veysəloğlu Şirkətlər Qrupunun “Veysəloğlu” distribusiya şirkətinin İdarə Heyətinin üzvü (İnsan Resursları üzrə) vəzifəsində çalışır.  Bakalavr təhsilini Qafqaz Universitetinin “İngilis dili və ədəbiyyatı” fakültəsində alıb. İnsan Resurslarının (İR) idarə olunması sahəsində 14 ildən artıq iş təcrübəsinə malikdir. Peşəkar fəaliyyətinə 2008-ci ildən başlayan Fuad Novruzov müxtəlif illərdə “Azinka” MMC, “ENGİN” LTD, “Sham Fi” MMC, “Azərsu” ASC kimi şirkətlərdə insan resursları üzrə rəhbər vəzifələrində çalışıb. 2015-ci ildən başlayaraq 2022-ci ilə qədər FAB Şirkətlər Qrupunda Qrup İR Direktoru (CHRO) vəzifəsini icra edib. Fuad Novruzov İR idarə olunması sahəsində bir sıra təlim və sertifikasiya proqramlarının iştirakçısıdır.

Sami Öztürk

Sami Öztürk

Rəqəmsallaşdırma, Transformasiya və Layihələr Direktoru (İdarə Heyəti Üzvü)

Sami Öztürk

Rəqəmsallaşdırma, Transformasiya və Layihələr Direktoru (İdarə Heyəti Üzvü)

Sami Öztürk kommersiya, istehsalat, biznesin inkişafı, satış və proseslərin avtomatlaşdırılması, rəqəmsallaşdırma, layihələrin idarə edilməsi və s. kimi sahələrdə 17 ildən artıq təcrübəyə malikdir. Bakalavr təhsilini Gazi Universitetində Biznesin idarə edilməsi fakültəsində, magistr təhsilini isə Galatasaray Universitetində MBA üzrə alan Sami Öztürk karyerasına 2005-ci ildə Bilgisayar Hastanesində Baş koordinator olaraq başlayıb. Növbəti illərdə Sami Öztürk Türkiyənin ən böyük şirkətlərindən olan “Yıldız Holding”in müxtəlif satış və istehsalat şirkətlərində Satış meneceri, Ticari marketinq meneceri, Biznesin inkişafı və istehsal planlaşdırma meneceri vəzifələrində çalışıb. Daha sonra Sami Öztürk  “Yıldız Holding”ə daxil olan “Kerevitaş” şirkətində Ticari marketinq üzrə baş menecer və Biznesin inkişafı və layihələr üzrə baş menecer vəzifələrində işləyib.