
Dəyərlərimizin izi ilə...
Fəaliyyətlərimiz
Keyfiyyət və Təcrübə ilə Layihələr

EFES-in baş sponsorluğu ilə Bakıda “Beer & Food Festival” keçirilib.
2, 3 və 4 oktyabr tarixlərində EFES-in baş sponsorluğu ilə Bakıda “Beer & Food Festival” keçirilib. Üç gün davam edən festival dad, musiqi və əyləncəni bir araya gətirərək ziyarətçilərə rəngarəng proqram təqdim edib. Festivalda müxtəlif yemək və içki zonaları, oyun sahələri, istirahət məkanları və uşaqlar üçün xüsusi əyləncə zonası fəaliyyət göstərib. Canlı musiqi, DJ çıxışları, tanınmış ifaçıların səhnə proqramları və müxtəlif oyunlar tədbirə xüsusi ab-hava qatıb. Hər gün fərqli konsepsiya və atmosferlə yadda qalıb.

“Dost Əllər” komandası “Gəl Dost Olaq - Çərpələng Festivalı” adlı xeyriyyə tədbirində iştirak etdi.
“Dost Əllər” komandası “Gəl Dost Olaq - Çərpələng Festivalı” xeyriyyə tədbirində iştirak etdik. Festival çərçivəsində çərpələng uçuşları, yaradıcı master-klasslar, komanda yarışları, canlı musiqi və müxtəlif əyləncə proqramları təşkil olundu. Rəngarəng çərpələnglərin səmanı bəzədiyi festivalın ən dəyərli tərəfi insanları xeyirxah məqsəd ətrafında birləşdirən dostluq, həmrəylik və birlik ruhu oldu. Veysəloğlu Distribusiya olaraq, bu gözəl təşəbbüsün bir hissəsi olmaqdan və “Dost Əllər” komandası ilə birlikdə xeyirxahlığa töhfə verməkdən məmnunuq.

Ozmo-dan Böyük Əks-səda Doğuran Mətbuat Konfransı
Sevimli partnyorumuz “Şölen”in “Ozmo” brendi Bakıda media nümayəndələri, influenser analar və uşaqların iştirakı ilə böyük marağa səbəb olan xüsusi tədbir təşkil edib. Tədbirin mətbuat konfransı ölkədə böyük əks-səda doğurub. “JW Marriott Absheron Baku Hotel”də keçirilən tədbirdə “Ozmo” brendinin Azərbaycandakı fəaliyyəti, əldə etdiyi uğurlu nəticələr və gələcək inkişaf hədəfləri barədə ətraflı məlumat verilib. Tədbirin açılışında çıxış edən “Şölen”in Baş icraçı direktoru Erdoğan Çoban “Ozmo”nun sadəcə qəlyanaltı brendi deyil, uşaqların təxəyyülünü və yaradıcılığını dəstəkləyən, onların inkişafına töhfə verən və əyləncəni ön plana çıxaran bir “oyun yoldaşı” kimi mövqeləndirildiyini bildirib. Səmimi və əyləncəli atmosferdə keçən tədbir iştirakçıların böyük marağına səbəb olub və media nümayəndələri tərəfindən geniş işıqlandırılıb.

"Vəfa zirvəsi" nişanlarının Platin və Qızıl dövrü mükafatlandırlıdı.
Veysəloğlu Distribusiyada uzunmüddətli xidmət göstərən əməkdaşların göstərdikləri fəaliyyət və sədaqəti qiymətləndirmək, onlara təşəkkür etmək məqsədilə xüsusi hazırlanmış "Vəfa zirvəsi" nişanlarının Platin və Qızıl dövrü üzrə təltif olunması prosesi uğurla davam edir.





