Yeni partnyor - Avromak şirkəti
Sizə yeni partnyorumuz “Avromak” şirkətini və onun “Favelli”və“Rizzi” brendinə məxsus makaron və un çeşidlərini təqdim etməkdən məmnunluq duyuruq. “Avromak” MMC 2019-cu ildə Azərbaycanda, Bakı şəhərində fəaliyyətə başlamışdır. Ölkəmizdə qida istehsalı sahəsində fəaliyyət göstərən, məhsul portfelində makaron və un çeşidlərini birləşdirən şirkətdir. Şirkət istehsal prosesində müasir texnologiyalardan istifadə etməklə məhsulların keyfiyyətinə və gigiyenik istehsal şəraitinə diqqət yetirir. İtaliya mətbəxindən ilhamlanan yeməklər hazırlamaq üçün müxtəlif seçimlər təqdim edən “Favelli” makaronları bərk buğda unundan , sudan və duzdan hazırlanır. Brendin çeşidləri gündəlik ailə süfrələrindən xüsusi axşam yeməklərinə qədər fərqli reseptlərdə istifadə oluna bilər. “Favelli” “Rizzi” makaron çeşidləri arasında spagetti, burma və vermişel yer alır. Spagetti pomidorlu, qaymaqlı və digər souslarla hazırlanan yeməklər üçün klassik seçimdir. Burma makaronlar tərəvəzli, ətli yeməklərdə və makaron salatlarında istifadə oluna bilər. Vermişel isə şorbalar və yüngül yeməklər hazırlamaq üçün əlverişli seçimdir. “Favelli” un məhsulları da şirkətin məhsul portfelinə daxildir. Evdə çörək, xəmir yeməkləri və müxtəlif şirniyyatlar hazırlayanlar üçün bu kateqoriya gündəlik mətbəx ehtiyaclarını tamamlayır.
Daha çox
Anar Adilzadə “Veysəloğlu” MMC-nin Logistika direktoru təyin edili
Anar Adilzadə “Veysəloğlu” MMC-nin Logistika Direktorluğuna Logistika direktoru vəzifəsinə təyin edilib. Anar Adilzadə Azərbaycan Dillər Universitetində “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr, Bakı Avrasiya Universitetində isə eyni ixtisas üzrə magistr təhsili alıb. O, həmçinin “IPMA Level C” beynəlxalq layihə meneceri sertifikatına sahibdir. Peşəkar fəaliyyətinin müxtəlif dövrlərində “ENGIN LTD” və “YOM Logistics Azerbaijan” kimi şirkətlərdə çalışan Anar Adilzadə 2019-cu ildə Veysəloğlu Şirkətlər Qrupuna qoşulub. Qrup daxilində müxtəlif şöbə və departamentlərə rəhbərlik edib, eləcə də İcraçı direktorun müavini vəzifəsində çalışıb. O, daha sonra “AVT Logistics” şirkətində İcraçı direktor və İdarə Heyətinin sədri vəzifələrini icra edib. 2024-cü ildən etibarən isə “Araz Supermarket” MMC-də Logistika direktoru və İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib. Anar Adilzadənin logistika sahəsində qazandığı geniş peşəkar təcrübənin, liderlik bacarıqlarının və layihə idarəetməsi üzrə biliklərinin rəhbərlik edəcəyi Direktorluğun inkişafına, əməliyyat səmərəliliyinin yüksəldilməsinə və şirkətin strateji hədəflərinə çatmasına mühüm töhfə verəcəyinə inanırıq. Anar bəyi yeni təyinatı münasibətilə səmimi-qəlbdən təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq. Anar Adilzadə ailəlidir, üç övladı var.
Daha çox
“Jardin” yeni məhsul çeşidlərini təqdim edir
Veysəloğlu Distribusiyanın sevimli partnyorlarından biri olan “Jardin” brendinin yeni məhsul çeşidləri təqdim olunur. Yeni kolleksiya qovrulmuş, həll olunan və kapsul qəhvələrlə yanaşı, məşhur kofeşop içkilərindən ilhamlanan xüsusi qarışıqları da əhatə edir. “Jardin”in məhsul portfeli müxtəlif dad seçimlərinə uyğun geniş çeşiddə hazırlanıb. Brendin qovrulmuş qəhvə kolleksiyasında Braziliya, Efiopiya, Kolumbiya və Qvatemala kimi tanınmış qəhvə regionlarından seçilmiş arabika dənələrindən istifadə olunur. Açıq, orta və tünd qovrulma dərəcələri məhsullara fərqli dad və ətir xüsusiyyətləri qazandırır. Brendin kapsul qəhvə kolleksiyası “Lungo”, “Espresso” və “Ristretto” sevənlər üçün müxtəlif intensivlikdə seçimlər təqdim edir. Kolleksiyada meyvə notları, zəngin acılıq, yumşaq dad və vanilli ətir kimi fərqli dad xüsusiyyətləri bir araya gətirilib. Həll olunan qəhvə kolleksiyasına balanslı və yumşaq dada malik “Jardin Gold”, tünd şokolad notları ilə seçilən “Jardin Deep Dark”, karamel dadı və zərif köpüyü ilə fərqlənən “Jardin Crema”, həmçinin şokoladlı və qaymaqlı notlara malik “Jardin Filigrano” daxildir. Qəhvə dənələrinin mənşəyini ön plana çıxaran “Colombia Medellin”, “Guatemala Atitlan” və “Kenya Kilimanjaro” çeşidləri isə müxtəlif qəhvə regionlarına xas dad xüsusiyyətlərini istehlakçılara təqdim edir. “Jardin Café Collection” seriyası “Americano”, “Cappuccino”, “Latte” və “Mocaccino” kimi məşhur içkiləri rahat porsiyalı formatda bir araya gətirir. Məhsullar zəngin dadı, xoş ətri və zərif süd köpüyü ilə kofeşop təcrübəsini gündəlik qəhvə anlarına daşıyır. Yeni məhsul çeşidləri fərqli qəhvə zövqlərinə uyğun alternativlər təqdim etməklə yanaşı, istehlakçılara günün istənilən vaxtında keyfiyyətli qəhvədən zövq almaq imkanı yaradır.
Daha çox






