Distribusiya sektorunda "Strateji Bədən Dili” təlimi

Şirkətimizin rəhbər heyəti (V1-lər və Direktorlar) Distribusiya sektorunda "Strateji Bədən Dili” təlimində iştirak edib. Təlim Qlobal Bədən dili üzrə ekspert Anar Heydərovun təqdimatında baş tutub. 2 günlük təlim müddətində idarəetmə səviyyəsində qərarvermə, liderlik nüfuzu və qeyri-verbal kommunikasiyanın biznes performansına təsiri mövzuları müzakirə edilib. Praktiki və interaktiv təlim mühitində müxtəlif bədən dili analizləri, simulyasiyalar və rol oyunları təşkil olunub. Bu təlim — davranış kodlarını oxumaq, situativ nüfuzu düzgün qurmaq və yüksək səviyyəli danışıqlarda bədən dilini strateji silaha çevirmək üçün nəzərdə tutulmuş xüsusi proqram idi. Rəhbər heyət üçün strateji əhəmiyyətli təlimlərimiz davam edəcək.
