Karyera sərgisi

ABB Tech Akademiya və ADA Universiteti tərəfindən təşkil olunmuş sərgilərdə şirkətimizi İnsan Kapitalı və Təşkilati İnkişaf Direktorluğnun əməkdaşları Aysu İsmayılova, Rəna Süleymanova, Ülviyyə Səmədova və Günay Muradova təmsil etmişdir. Hər iki sərgi çərçivəsində tələbələr və digər iştirakçılarla şirkətimiz, fəaliyyət istiqamətlərimiz və mövcud karyera imkanlarımız barədə ətraflı məlumat paylaşılmış, eyni zamanda potensial namizədlərlə ilkin əlaqələr qurulmuşdur. Qeyd etmək istərdik ki, bu kimi tədbirlər şirkətimizin "employer branding" fəaliyyətlərinin gücləndirilməsi və gələcək istedadların cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
