Yeni partnyorumuz - "DALAN" şirkəti

Sizə yeni partnyorumuz olan "Dalan" şirkətini təqdim etməkdən məmnunluq duyuruq. "Dalan" şirkəti 1941-ci ildən fəaliyyət göstərən, zeytun yağı əsaslı sabun və kosmetika məhsullarının istehsalı üzrə dünyanın aparıcı şirkətlərindən biridir. Şirkət təbiiliyi, yüksək keyfiyyəti və innovativ yanaşması ilə seçilən "Dalan" markası altında məhsullarını 5 qitədə 100-dən çox ölkəyə ixrac edir. Portfelimizə "Dalan" brendinin yüksək keyfiyyətli şəxsi qulluq və gigiyena məhsulları daxil edilmişdir. Məhsul çeşidinə bərk sabun və duş gelləri, şampunlar və digər qulluq məhsulları daxildir. Təbii zeytun yağı tərkibli məhsulları ilə "Dalan" şirkəti istehlakçılara gündəlik qulluq üçün etibarlı və keyfiyyətli seçim təqdim edir. "Dalan" şirkəti müasir istehsal texnologiyalarından istifadə edərək, məhsullarını beynəlxalq keyfiyyət standartlarına uyğun olaraq istehsal edir. Şirkət ISO 9001:2015, ISO 22716 və Halal sertifikatlarına malikdir. Yeni əməkdaşlığımızın uğurlu olacağına inanır və tərəfdaşlığımızın şirkətimizə əlavə dəyər qatacağına əminik.
