"Ulduz" Şokolad Fabriki 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində iştirak etdi

17-20 iyun tarixlərində ölkəmizin ən nüfuzlu biznes platformalarından biri olan 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi uğurla keçirildi. Bu mötəbər tədbirdə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki və "Xonça" Fabriki birlikdə yüksək səviyyədə təmsil olundu. Sərgi müddətində stendimiz ziyarətçilər tərəfindən böyük maraqla qarşılandı. Təqdim etdiyimiz zəngin məhsul çeşidi, yüksək keyfiyyət standartlarımız və innovativ yanaşmamız şirkətlərimizin gücünü və etibarlılığını bir daha nümayiş etdirdi. Xüsusilə "Ulduz" brendinin qənnadı və şokolad məhsulları iştirakçıların xüsusi rəğbətini qazandı və stendimiz sərginin ən çox ziyarət edilən guşələrindən birinə çevrildi. Bu cür platformalarda əldə etdiyimiz uğurlar brendlərimizin bazardakı mövqeyini daha da gücləndirir, yeni əməkdaşlıqların qurulmasına və gələcək layihələr üçün yeni imkanların yaranmasına töhfə verir. Korporativ dəyərlərimizə sadiq qalaraq, həm yerli bazarda, həm də ixrac istiqamətində yeni uğurlara doğru inamla irəliləməyə davam edirik. Bu nailiyyətdə əməyi olan bütün əməkdaşlarımıza səmimi təşəkkürümüzü bildiririk. Hər birinizin peşəkarlığı, fədakarlığı və komanda ruhu bu uğurun əsas təməlidir.
