Yeni partnyorumuz - "Yasir" şirkəti

"Yasir" Türkiyənin ev heyvanları üçün yem istehsalı sahəsində fəaliyyət göstərən şirkətlərindən biridir. Şirkət yüksək keyfiyyət standartlarına uyğun olaraq pişik və itlər üçün quru yem məhsulları istehsal edir. Portfelimizə "Happy Farm Adult Cat Food Meat 15 kg" və "Happy Farm Adult Dog Food Meat 15 kg" məhsulları daxil edilmişdir. Bu məhsullar yetkin pişik və itlərin gündəlik qidalanma ehtiyaclarını qarşılamaq üçün hazırlanmış, vitamin və minerallarla zəngin, tam və balanslaşdırılmış quru yemlərdir. Yeni əməkdaşlığımızın uğurlu olacağına inanır və tərəfdaşlığımızın şirkətimizə əlavə dəyər qatacağına əminik.
