Antalya Motivasiya Səfəri

6 - 9 may tarixlərində şirkət əməkdaşlarından ibarət 14 nəfərlik komandamız motivasiya və komanda ruhunun gücləndirilməsi məqsədilə Türkiyənin Antalya şəhərinə səfər etmişdir. Səfər “Soyigit” fabriki tərəfindən müəyyən edilmiş satış hədəflərinin uğurla icra olunması münasibətilə təşkil edilmiş və əməkdaşlar arasında motivasiyanın artırılmasına, komanda ruhunun möhkəmləndirilməsinə, eləcə də əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə əhəmiyyətli töhfə vermişdir. Əldə olunan uğurlarda əməyi keçən bütün əməkdaşlarımıza təşəkkür edir, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər və uğurlar arzulayırıq.
