Karyera sərgisi

Xəzər Universiteti tərəfindən təşkil olunmuş sərgidə şirkətimizi İnsan Kapitalı və Təşkilati İnkişaf Direktorluğnun əməkdaşları Amalya Budaqova və Elgün Qurbanzadə təmsil etmişdir. Sərgi çərçivəsində tələbələr və digər iştirakçılarla şirkətimiz, fəaliyyət istiqamətlərimiz və mövcud karyera imkanlarımız barədə ətraflı məlumat paylaşılmış, eyni zamanda potensial namizədlərlə ilkin əlaqələr qurulmuşdur. Qeyd etmək istərdik ki, bu kimi tədbirlər şirkətimizin "employer branding" fəaliyyətlərinin gücləndirilməsi və gələcək istedadların cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
