Kikboksinq üzrə Avropa çempionu adını qazanan əməkdaşımızın övladı ilə görüş keçirilib!

Şirkətimizin Baş İcraçı Direktoru və İdarə Heyətinin üzvləri əməkdaşımız Zibeyir Qiyasovun kikboksinq üzrə Avropa çempionu adını qazanan övladı Rinat Qiyasovla görüş keçiriblər. Görüş zamanı Rinat Qiyasov qazandığı yüksək nailiyyət münasibətilə təbrik edilib, onun əzmi, zəhməti və uğurlu çıxışı xüsusi qeyd olunub. Gənc çempionumuza gələcək yarışlarda yeni qələbələr arzulanıb. Veysəloğlu MMC olaraq əməkdaşlarımızın və onların ailə üzvlərinin nailiyyətlərinin dəyərləndirilməsini korporativ dəyərlərimizin mühüm hissəsi hesab edirik. İnanırıq ki, bu cür uğurların təqdir olunması gənclərimizin öz potensialına inanmasına və daha böyük hədəflərə doğru inamla irəliləməsinə əlavə stimul verir. Gənc çempionumuz Rinat Qiyasovu, eləcə də bütün ailəsini ürəkdən təbrik edir, gələcək yarışlarda yeni-yeni uğurlar və qələbələr arzulayırıq!
