“Nemiroff” brendinin “QulaqAs” layihəsi ilə əməkdaşlığı

“Veysəloğlu” MMC-nin Hotel, Restoran və Kafe (HoReCa) istiqaməti üzrə fəaliyyət göstərən “Vesta Horeka” Direktorluğunun “Nemiroff” brendi üzrə həyata keçirdiyi növbəti əməkdaşlıq layihəsini təqdim edirik. Space TV studiyasında, eyni zamanda Space FM radio dalğasında yayımlanan “QulaqAs” layihəsi çərçivəsində "DJ Backeer"-in iştirakı ilə proqram çəkilişi baş tutmuşdur. “Vesta Horeka” direktorluğunun “QulaqAs” layihəsinin təşkilatçıları ilə əməkdaşlığı çərçivəsində “Nemiroff” vodkası proqramın rəsmi tərəfdaş brendi olaraq təqdim edilmişdir. Çəkiliş müddətində “Nemiroff” məhsulu proqram daxilində nümayiş etdirilmiş, brendin loqotipinin vizual təqdimatı və reklam inteqrasiyası həyata keçirilmişdir. Sözügedən əməkdaşlıq vasitəsilə brendin həm televiziya və radio, həm də rəqəmsal platformalarda görünürlüğünün artırılması təmin olunmuşdur. Çəkiliş çərçivəsində hazırlanan video materiallar daha geniş auditoriyaya çatdırılmaq məqsədilə Space TV-nin Instagram və YouTube, eləcə də “QulaqAs” layihəsinin Instagram və YouTube səhifələrində yayımlanmışdır. Bu əməkdaşlıq “Nemiroff” brendinin hədəf auditoriyası arasında tanınmasının artırılması, media görünürlüğünün genişləndirilməsi və müxtəlif kommunikasiya platformalarında brend mövcudluğunun gücləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən biridir.
