Yeni partnyorumuz - "COSRX" şirkəti

Sizə yeni partnyorumuz olan "COSRX" brendini təqdim etməkdən məmnunluq duyuruq. "COSRX" Cənubi Koreyanın aparıcı dəriyə qulluq brendlərindən biridir. 2013-cü ildə təsis edilən brend, illərlə toplanmış istehlakçı təcrübəsi və elmi yanaşmanı bir araya gətirərək, müxtəlif dəri problemləri üçün effektiv və innovativ həllər təqdim edir. Brendin adı "Cosmetics + RX (Prescription)" sözlərinin birləşməsindən yaranmışdır və onun əsas fəlsəfəsi dəri ehtiyaclarına məqsədyönlü qulluq göstərməkdir. COSRX məhsulları bu gün dünyanın 140-dan çox ölkəsində istehlakçıların etibarını qazanmışdır. Portfelimizə "COSRX" brendinin yüksək keyfiyyətli dəriyə qulluq məhsulları daxil edilmişdir. Məhsul çeşidinə təmizləyici vasitələr, toniklər, serumlar, essensiyalar, nəmləndirici kremlər, günəşdən qoruyucu məhsullar və problemli dəri üçün xüsusi qulluq məhsulları daxildir. Brend xüsusilə salyangoz musini (Snail Mucin), Centella Asiatica, propolis və aşağı pH formulaları ilə hazırlanmış məhsulları sayəsində dünya üzrə geniş tanınır. COSRX məhsulları dəriyə uyğun, effektiv tərkiblər və müasir istehsal texnologiyaları əsasında hazırlanır. Brend yüksək keyfiyyət standartlarına sadiqliyi və innovativ yanaşması ilə qlobal K-Beauty bazarında etibarlı mövqeyə malikdir. Yeni əməkdaşlığımızın uğurlu olacağına, "COSRX" brendinin portfelimizi daha da gücləndirəcəyinə və müştərilərimizə əlavə dəyər təqdim edəcəyinə inanırıq.
