İnsan Kapitalı və Təşkilati İnkişaf Direktorluğunun 2026-cı I yarımillik hesabatı İdarə Heyətinə təqdim edildi.

İnsan Kapitalı və Təşkilati İnkişaf Direktorluğu tərəfindən 2026-cı ilin ilk 6 ayı ərzində həyata keçirilən fəaliyyətləri, strateji təşəbbüsləri və əldə olunan nəticələri əhatə edən yarımillik hesabat İdarə Heyətinin Sədri və üzvlərinə təqdim edilmişdir. Təqdimat zamanı Direktorluq tərəfindən hesabat dövründə icra olunan layihələr, həyata keçirilən inkişaf təşəbbüsləri, struktur dəyişiklikləri, insan kapitalının inkişafına yönəlmiş proqramlar, təşkilati təkmilləşdirmə istiqamətində görülən işlər, eləcə də növbəti dövr üçün prioritet hədəflər barədə ətraflı məlumat verilmişdir. Görüş çərçivəsində İnsan Kapitalı və Təşkilati İnkişaf Direktorluğunun fəaliyyəti ilə sıx əməkdaşlıq edən struktur rəhbərləri də iştirak edərək öz istiqamətləri üzrə həyata keçirilən işlər və qarşılıqlı əməkdaşlıq nəticəsində əldə olunan nailiyyətlər barədə fikirlərini bölüşmüşlər. Təqdimatda aşağıdakı rəhbər şəxslər iştirak etmişdir: • İnsan Kapitalı Departamentinin müdiri Elvin Əhmədov • Hüquq və Sənəd Dövriyyəsinin Təşkili Departamentinin müdiri Elçin Şəfiyev • Daxili Nəzarət Departamentinin müdiri Mehrac Nəbizadə • Keyfiyyəti İdarəetmə Departamentinin müdiri Əziz İmanov • Təşkilati İnkişaf və İstedadların İdarə Olunması Şöbəsinin müdiri Şəbnəm Allahverdi • İşə Qəbul Şöbəsinin müdiri Eyvaz Kazımov • Öyrənmə və İnkişaf Şöbəsinin müdiri Ağamməd Günəşov • İnsan Kapitalı Əməliyyatları Şöbəsinin müdiri Vüsal Kazımov • SƏTƏM Şöbəsinin müdiri Ülvi Əmirli • Korporativ və Marketinq Kommunikasiyaları Şöbəsinin müdiri Zərri Allahverdi • PL Məhsulları üzrə AR-GE Şöbəsinin müdiri Elvin Kərimov • AVT İnsan Kapitalı Əməliyyatları Bölməsinin müdiri Gündüz Bayramov Yarımillik hesabatın təqdimatı İnsan Kapitalı və Təşkilati İnkişaf Direktorluğunun fəaliyyət istiqamətlərinin qiymətləndirilməsi, əldə olunan nəticələrin nəzərdən keçirilməsi və qarşıdakı dövr üçün prioritetlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli platforma olmuşdur.
