Korporativ və Marketinq Kommunikasiyaları Şöbəsinin komandası “Brand Week Istanbul”da

Korporativ və Marketinq Kommunikasiyaları Şöbəsinin komandası 14 noyabr 2025 tarixlərində Haliç Konqres Mərkəzində keçirilən Brand Week Istanbulda iştirak edib. Reklam, marketinq, kommunikasiya və texnologiya sahələrində dünyanın aparıcı mütəxəssislərini bir araya gətirən bu beynəlxalq tədbir bu il “Brand New World” mövzusu ilə baş tutdu və qlobal miqyasda baş verən transformasiyaların müzakirəsinə ev sahibliyi etdi. Komandamız konfranslar, panel müzakirələri, təlim sessiyaları, forumlar və networking görüşlərində iştirak edərək sahədəki ən son trendlər, yaradıcı yanaşmalar və innovativ həllər barədə məlumatlar əldə etdi.
