“Ulduz Şokolad Fabriki” Beynəlxalq Autizm Mərkəzində

“Ulduz Şokolad Fabriki” olaraq korporativ sosial məsuliyyət fəaliyyətlərimiz çərçivəsində cəmiyyətin həssas qruplarına dəstək göstərmək istiqamətində növbəti təşəbbüsümüzü həyata keçirdik. Bu çərçivədə komandamız Azərbaycan Beynəlxalq Autizm Mərkəzində müalicə və reabilitasiya keçən uşaqları ziyarət edib. Ziyarət zamanı uşaqlarla vaxt keçirərək onların gündəlik məşğələləri və inkişaf proqramları ilə yaxından tanış olduq. Şirkətimiz adından uşaqlara müxtəlif hədiyyələr və şirniyyatlar təqdim edilərək onlara xoş anlar yaşatmağa çalışdıq. Səfər çərçivəsində Mərkəzin rəhbərliyi və mütəxəssisləri ilə keçirilən görüş zamanı autizmli fərdlərin cəmiyyətə inteqrasiyasının dəstəklənməsi, onların potensialının üzə çıxarılması və autizm sahəsində ictimai məlumatlılığın artırılmasının əhəmiyyəti barədə fikir mübadiləsi aparıldı. “Ulduz Şokolad Fabriki” olaraq inanırıq ki, davamlı biznes fəaliyyətimizlə yanaşı, cəmiyyət üçün fayda yaradan sosial təşəbbüslərdə iştirak etmək və xüsusi diqqətə ehtiyacı olan qruplara dəstək göstərmək korporativ dəyərlərimizin mühüm tərkib hissəsidir. Gələcəkdə də sosial məsuliyyət və xeyriyyəçilik istiqamətində müxtəlif layihələri davamlı şəkildə həyata keçirməyi planlaşdırırıq.
