Veysəloğlu Distribusiya əməkdaşları Azərbaycanın Minifutbol Milli Komandasını qürurla qarşıladı

5 iyun tarixində Veysəloğlu Distribusiya əməkdaşları Slovakiyada keçirilən Avropa Çempionatının qalibi olan Azərbaycan Minifutbol Milli Komandasını böyük qürur və sevinc hissi ilə qarşıladı. Qarşılama tədbiri Heydər Əliyev adına Beynəlxalq Hava Limanında baş tutdu. Qeyd edək ki, Milli komandamız final görüşündə Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edərək Avropa çempionu adına layiq görüldü. Bu qələbə ilə Azərbaycan Minifutbol Milli Komandası tarixində ikinci dəfə Avropa çempionu oldu. Komandamız daha əvvəl 2022-ci ildə avropa çempionu, 2025-ci ildə isə Bakıda keçirilən dünya çempionatının qalibi olmuşdur. Əməkdaşlarımız ölkəmizi beynəlxalq arenada uğurla təmsil edən idmançılarımızı böyük qürur ilə qarşılayaraq, onlarla xatirə fotosu çəkdirdi. İkiqat Avropa Çempionu olan Azərbaycan Minifutbol Milli Komandasını ürəkdən təbrik edir, gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq!
