Veysəloğlu Distribusiya əməkdaşları "Milli Marketinq Forumu - 2026" tədbirində iştirak edib.

İnkişafın və innovasiyanın əsas hərəkətverici qüvvəsi davamlı öyrənməkdir. Bu prinsipi rəhbər tutaraq, Veysəloğlu MMC-nin 11 nəfər əməkdaşı marketinq sahəsinin aparıcı peşəkarlarını bir araya gətirən Milli Marketinq Forumu 2026-da iştirak etmişdir. Forum çərçivəsində əməkdaşlarımız marketinq strategiyaları, süni intellektin biznesə təsiri, müştəri təcrübəsinin idarə olunması, rəqəmsal transformasiya və gələcəyin biznes trendləri kimi mühüm mövzular üzrə dəyərli bilik və təcrübə əldə etmişlər. Bu iştirak yalnız yeni biliklərin qazanılması ilə məhdudlaşmır. Eyni zamanda fərqli baxış bucaqları ilə tanış olmaq, peşəkar şəbəkələri genişləndirmək və əldə olunan təcrübələri iş mühitimizdə tətbiq etmək üçün mühüm bir fürsət olmuşdur. Biz inanırıq ki, daim öyrənən və inkişaf edən komanda daha güclü və dayanıqlı nəticələr yaradır. Əməkdaşlarımızın peşəkar inkişafına dəstək olmaq və onların ölkənin nüfuzlu tədbirlərində iştirakını təmin etmək şirkətimizin əsas prioritetlərindən biridir.
