Yeni partnyorumuz - "United Confectioners / Объединенные кондитеры"

Sizə yeni partnyorumuz "Uniconf" şirkətini "United Confectioners" təqdim etməkdən məmnunluq duyuruq. "Uniconf" Şərqi Avropanın ən böyük şirniyyat holdinglərindən və Rusiya qənnadı sənayesinin liderlərindən biri hesab olunur. Şirkət tərkibində 19 konfet fabriki fəaliyyət göstərir. Bu müəssisələr arasında zəngin tarixə malik olan "Krasniy Oktyabr", "Babaevsky" və "Rot Front" fabrikləri ilə artıq əməkdaşlığa başlamışıq. Holdinq şokolad, konfet, karamel, vafli, biskvit-peçenye və digər şirniyyat məhsullarının istehsalı ilə məşğuldur. "Uniconf" məhsulları Rusiya daxilində geniş paylama şəbəkəsi vasitəsilə təqdim olunur, eyni zamanda 40-dan çox ölkəyə ixrac edilir. Şirkətin məhsul portfelinə "Alyonka", "Babaevsky", "Korovka" və "Vdoxnoveniye" kimi dünya miqyasında tanınan brendlər daxildir.
