Yeni Rəqəmsal İş Yerimiz: "Bizim HR" Mobil Tətbiqi İstifadənizdədir!

Şirkətimizdə ünsiyyəti daha sürətli, şəffaf və innovativ etmək məqsədilə hazırladığımız “Bizim HR” mobil intranet platformasını sizə təqdim etməkdən məmnunluq duyuruq! Bu platforma sizin gündəlik iş həyatınızı asanlaşdıracaq və bütün zəruri məlumatları vahid məkanda birləşdirən “rəqəmsal iş yeriniz” kimi fəaliyyət göstərəcək. Bu tətbiq şirkətin hər bir əməkdaşı üçün əlçatandır. Yalnız ofis əməkdaşları və e-mail hesabı olanlar yox, şirkətin İR sistemində telefon nömrəsi qeyd olunmuş hər kəs tətbiqdən istifadə edə biləcək. Tətbiqdə siz şirkət xəbərləri, vacib elanlar və tədbirlər barədə bildirişləri anında mobil cihazınızda ala, suallarınıza saniyələr içində cavab verən daxili süni intellekt köməkçimizdən (V-AI) istifadə edə, davamiyyət göstəricilərinizi (işə giriş-çıxış) birbaşa tətbiq üzərindən izləyə, iş yoldaşlarınızın ad günlərini və iş ildönümlərini qaçırmadan təbrik edə, həftəlik yemək menyusu ilə tanış ola, maraqlı podkastlar dinləyə və şirkət siyasətlərinə sürətli çıxış əldə edə, həmçinin İR, PR, Sətəm və digər departamentlərdən gələn mühüm bildirişlərdən anında xəbərdar ola biləcəksiniz. Necə istifadə etməli? Tətbiq istifadəçi dostu interfeysi ilə hazırlanmışdır ki, bu da sizin həm iş vaxtı, həm də işdən kənar vaxtlarda platformadan rahat və yorulmadan istifadə etməyinizi təmin edir. Tətbiqi yükləmək üçün: • Android istifadəçiləri Google Play mağazasından “Bizim HR” tətbiqini axtararaq yükləyə biləcəklər. • iOS istifadəçiləri üçün tətbiqin yaxın günlərdə App Store-da yayımlanacaq
