"Dost Əllər" Layihəsi ilə Yaxşılıq üçün Əl-Ələ

"Dost Əllər” layihəsi çərçivəsində 21 Mart – Beynəlxalq Daun Sindromlu Şəxslərin Gününə həsr olunmuş xüsusi bir tədbir təşkil edildi. Tədbir, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi ilə əməkdaşlıq çərçivəsində həyata keçirildi. Layihəmizin əsas məqsədi bu xüsusi və dəyərli uşaqlara sevinc bəxş etmək, onların cəmiyyətimizin ayrılmaz və qiymətli üzvləri olduğunu bir daha vurğulamaq idi. Tədbir boyu uşaqlar üçün rəngarəng və əyləncəli musiqili şou proqram, maraqlı oyunlar ,müxtəlif interaktiv fəaliyyətlərin təşkili və şirkətimizin "Eti", "Nestlé", "Sensodyne", "Haribo", "Badamlı", "Yuppi" və "Ozmo" markasının iştirakı ilə hazırlanmış xüsusi hədiyyələrin iştirakçılara təqdimatı həyata keçirildi. "Yaxşılıq üçün əl-ələ" sloqanı altında keçirilən tədbir "Dost Əllər" komandası və iştirakçılarla birlikdə tort kəsilməsi ilə sona çatdı. Hər an sevinc dolu gülüşlər və alqışlarla yadda qaldı. Veysəloğlu Distribusiya olaraq inanırıq ki, sevgi, diqqət və dəstək cəmiyyətimizi daha güclü edir. “Dost Əllər” layihəsi də məhz bu dəyərləri yaşatmaq və paylaşmaq üçün şirkətimiz tərəfindən həyata keçirilən sosial təşəbbüslərdən biridir.
