“Gələcəyin Liderlik Ekosisteminin Qurulması” tədbiri

Veysəloğlu MMC-də 2025-ci ildə Yüksək Potensiallı Əməkdaşların Dəyərləndirilməsi və İnkişafı Layihəsinə start verilmişdir. Layihə mütəxəssis səviyyəsində çalışan, gələcək liderlik potensialına malik əməkdaşların müəyyənləşdirilməsi, dəyərləndirilməsi və inkişaf etdirilməsi məqsədini daşıyır. Layihə çərçivəsində şirkətin İdarə Heyəti üzvləri tərəfindən bu əməkdaşlarla mentorluq görüşləri keçirilir və onların inkişaf yol xəritəsi formalaşdırılır. 24 dekabr 2025-ci il tarixində sözügedən layihə çərçivəsində Veysəloğlu Distribusiya tərəfindən “Gələcəyin Liderlik Ekosisteminin Qurulması” mövzusunda tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi şirkətdə liderlik potensialına malik əməkdaşların inkişafına yönəlmiş strateji yanaşmanın təqdim edilməsi, gələcək liderlərin formalaşdırılması və davamlı liderlik ekosisteminin qurulması istiqamətində atılan addımların paylaşılması olmuşdur. Tədbir çərçivəsində Veysəloğlu MMC-nin CEO-su Bəxtiyar Allahverdi “Veysəloğlunun Böyümə Strategiyası” mövzusunda çıxış edərək, şirkətin uzunmüddətli inkişaf hədəfləri, insan kapitalına verilən önəm və liderlik mədəniyyətinin təşkilati uğurda rolu barədə iştirakçılara ətraflı məlumat vermişdir. Daha sonra keçirilən Panel Müzakirəsində Veysəloğlu MMC-nin İdarə Heyəti üzvləri iştirak etmiş, Veysəloğlu Distribusiyada gələcəyin liderlik ekosisteminin qurulması ilə bağlı ünvanlanan sualları cavablandırmış, öz təcrübə və baxışlarını bölüşmüşlər. Panel müzakirəsi zamanı liderlik bacarıqlarının inkişafı, potensialın düzgün dəyərləndirilməsi, innovativ yanaşmalar və davamlı inkişaf mövzularına xüsusi diqqət yetirilmişdir. Tədbirdə ümumilikdə 80 nəfər əməkdaş iştirak etmişdir. Tədbir interaktiv müzakirələr və fəal iştirakla yadda qalmış, iştirakçılar tərəfindən yüksək maraqla qarşılanmışdır.
