"Marketinq Ekspert" layihəsinin bağlanış tədbiri

Böyük məmnuniyyətlə bildirmək istəyirik ki, şirkətimizdə istedadların inkişafı istiqamətində həyata keçirilən "Marketinq Ekspert" layihəsinin 1-ci qrupunun bağlanış mərasimi uğurla yekunlaşdı. Öyrənmə və İnkişaf şöbəsi olaraq əsas məqsədimiz şirkətimizdəki əməkdaşların daxili potensialını üzə çıxarmaq, əməkdaşlarımızın peşəkar inkişafını dəstəkləmək və bu inkişafı birbaşa məhsuldarlığa çevirməkdir. Bu layihə təkcə nəzəri biliklərin deyil, həm də iş proseslərinə dərhal tətbiq edilə biləcək analitik və praktik bacarıqların qazandırılması baxımından xüsusi dəyər qatır. • İlkin müraciət edən həmkarlarımız: 236 nəfər • İntensiv dəyərləndirmədən sonra tədris mərhələsinə keçənlər: 85 nəfər • Məzun adını qazanaraq ən yaxşılar kimi seçilənlər: 27 nəfər İnanırıq ki, bu intensiv marafonda fərqlənən 27 həmkarımız, əldə etdikləri təcrübəni və yanaşmaları peşəkar inkişafları və gələcək uğurları üçün tətbiq edəcəklər. Proqramı uğurla başa vuran bütün məzunlarımızı ürəkdən təbrik edir, onlara fəaliyyətlərində uğurlu nailiyyətlər arzulayırıq. Daimi inkişaf yolunda birlikdə irəliləməyə davam edəcəyik!
