Veysəloğlu Distribusiyanın əməkdaşları Global Tech Weekend Tbilisi 2026 beynəlxalq tədbirində iştirak ediblər

Veysəloğlu Distribusiyanın Korporativ və Marketinq Kommunikasiyaları şöbəsinin rəhbəri Zərri Allahverdiyeva və şöbənin Rəqəmsal Marketinq üzrə Aparıcı Mütəxəssisi Aygün Hüseynova şirkətin dəstəyi ilə Gürcüstanın Tbilisi şəhərində keçirilən Global Tech Weekend Tbilisi 2026 beynəlxalq marketinq və texnologiya tədbirində iştirak ediblər. Tədbir çərçivəsində onlar rəqəmsal marketinq, süni intellekt, innovativ kommunikasiya yanaşmaları və texnologiya sahəsində qlobal trendlərlə tanış olub, beynəlxalq ekspertlərin təqdimatlarını izləyib, həmçinin müxtəlif ölkələrdən olan mütəxəssislərlə fikir və təcrübə mübadiləsi aparıblar. Beynəlxalq tədbirdə iştirak əməkdaşların peşəkar inkişafının dəstəklənməsi, müasir bilik və qabaqcıl təcrübələrin mənimsənilməsi, eləcə də innovativ yanaşmaların iş prosesinə inteqrasiyasına töhfə vermək məqsədi daşıyır.
