“SOLPRO” və “WEFRY” fabrikləri tərəfindən xüsusi “Master Class” tədbiri keçirildi.

Veysəloğlu MMC-nin tərkibində fəaliyyət göstərən və Hotel, Restoran və Kafe (HoReCa) istiqaməti üzrə xidmət göstərən Vesta Horeka Direktorluğunun təşkilati dəstəyi ilə 20 may 2026-cı il tarixində “SOLPRO” və “WEFRY” fabrikləri tərəfindən keçirilən “Master Class” tədbiri uğurla baş tutdu. MDB ölkələri üzrə tanınmış şef ustası Dmitri Kondraşın iştirakı ilə keçirilən masterklass çərçivəsində “HoReCa” sektoru üçün innovativ məhsul həlləri, müasir texnoloji yanaşmalar və praktiki tətbiqlər təqdim olundu. “SOLPRO” və “WEFRY” nümayəndələri tərəfindən məhsulların hazırlanma texnologiyaları və istifadədə üstünlükləri iştirakçılarla bölüşüldü. Tədbir zamanı məhsulların dadımı keçirildi və iştirakçılar yeni həllərlə yaxından tanış olmaq imkanı əldə etdilər. “KFC”, “McDonald’s”, “Domino’s Pizza”, “Papa Johns” və digər aparıcı restoran şəbəkələrinin nümayəndələrinin iştirakı tədbirə xüsusi dəyər qatdı.
