Summer Fest tədbirlər silsiləsi çərçivəsində təşkil olunan Fort Boyard Komanda Quruculuğu Tədbiri uğurla başa çatmışdır.

Summer Fest tədbirlər silsiləsi çərçivəsində keçirilən Fort Boyard Komanda Quruculuğu Tədbiri uğurla yekunlaşdı. Tədbirdə 250 əməkdaşımız 20 komanda şəklində müxtəlif oyun və tapşırıqlarda iştirak etdi. Gün ərzində komandalar çevikliklərini, məntiqi düşünmə bacarıqlarını və komanda ruhunu nümayiş etdirərək maraqlı və yaddaqalan anlar yaşadılar. Yarışın yekununda “Golden Keys” komandası qalib oldu. Qalib komandamızı səmimi qəlbdən təbrik edirik. Tədbirimizin həyata keçirilməsinə məhsul dəstəyi göstərən ETİ, Badamlı, Şölen, Nestlé, Papia və Dex markalarına təşəkkürümüzü bildiririk.
