Dost Əllər komandası və İnklüziv gənclərin birgə masterclassı həyata keçirildi.

17 iyul tarixində "Dost Əllər" layihəsi çərçivəsində Dr.Oetker markasının tərəfdaşlığı ilə Kaşalata Cafedə inklüziv gənclərlə masterklass təşkil etdik. Masterklass Xonça Fabrikinin baş texnoloqu Elnur Zeynalov tərəfindən keçirildi. İnklüziv gəncimiz cupcake-lər hazırladı, digər iştirakçılar isə onları böyük həvəslə bəzədilər. Tədbirin əsas məqsədi inklüziv gənclərlə faydalı və öyrədici vaxt keçirmək, yeni bacarıqlar qazanmaq və birlikdə xoş təcrübələr paylaşmaq idi. Sonda distribusiyasını həyata keçirdiyimiz Eti, Nestlé, Şölen və Colgate-Palmolive markalarının məhsullarından ibarət hədiyyə paketləri iştirakçılara təqdim olundu.
