“Dost Əllər” komandası uşaq sığınacağında

“Veysəloğlu Distribusiya” olaraq “Dost Əllər” layihəsi çərçivəsində “Mehriban Qadın və Uşaq Sığınacağı”nda xüsusi və unudulmaz bir gün keçirdik. Birlikdə keçirdiyimiz hər an, paylaşdığımız hər təbəssüm və hiss etdiyimiz hər sevinc qəlbimizdə silinməz iz buraxdı. Birlikdə oyunlar oynadıq, rəqs etdik, hədiyyələrimizi və məhsul ianəmizi sevgi ilə təqdim edərək onların xoşbəxtliyinə bir rəng qatmağa çalışdıq.
