Müasir Satış Departamentinin iyun ayı və 2025–2026-cı il üzrə 6 Aylıq Hesabatı təqdim olundu.

18 iyul tarixində "Baku Marriott Hotel Boulevard"-da Müasir Satış Departamentinin 2025–2026-cı il üzrə ilk 6 ayı və iyun ayını əhatə edən fəaliyyət hesabatının təqdimatı uğurla keçirilmişdir. Şirkətimizin strateji hədəflərinə uyğun olaraq təşkil olunan təqdimat zamanı satış nəticələri, ödəniş göstəriciləri, strukturun inkişafı, təlim fəaliyyətləri və xüsusi tapşırıqlar üzrə əldə olunan nəticələr ətraflı təhlil edilmiş, görülən işlər qiymətləndirilmiş və növbəti dövr üçün əsas prioritet istiqamətlər müəyyən edilmişdir. Tədbir çərçivəsində yarımillik fəaliyyətin yekunları dəyərləndirilmiş, əldə olunan nəticələr əsasında qarşıdakı dövr üçün hədəflər və inkişaf istiqamətləri müəyyən edilmişdir. Əldə olunan uğurlar komandamızın peşəkarlığının, əməkdaşlığının və yüksək məsuliyyət hissinin nəticəsidir. Bu nailiyyətlərdə əməyi olan bütün əməkdaşlarımıza təşəkkür edir, qarşıdakı dövrdə də eyni əzmkarlıqla fəaliyyət göstərərək davamlı inkişafı və daha yüksək nəticələri birlikdə əldə edəcəyimizə inanırıq. Həmçinin, tədbirin təşkilinə göstərdiyi dəyərli dəstəyə görə Dr.Oetker fabrikinə səmimi təşəkkürümüzü bildiririk.
