Vesta HoReCa-nın təşəbbüsü ilə Badamlı brendi “Young Chef Azerbaijan” tədbirinə sponsor oldu

19 - 20 oktyabr tarixlərində "Bakıda World YYY" təşkilatçılığı ilə “Young Chef Azerbaijan” tədbiri keçirilib. 200 nəfərə yaxın iştirakçının qatıldığı tədbirdə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov, tanınmış tədbir təşkilatçıları, eləcə də restoran, otel və şirkət rəhbərləri iştirak ediblər. “Veysəloğlu” MMC-nin Hotel, Restoran və Kafe (HoReCa) istiqaməti üzrə fəaliyyət göstərən “Vesta Horeka” Direktorluğunun təşəbbüsü ilə Badamlı mineral suları tədbirə sponsorluq edib. Sponsorluğun əsas məqsədi Badamlı brendinin HoReCa sektorunda tanıtımını gücləndirmək, restoran və qastronomiya sahəsində fəaliyyət göstərən peşəkarlarla əlaqələri inkişaf etdirmək və brendi hədəf auditoriyasına təqdim etmək olub. Tədbirin qastronomiya və aşpazlıq mövzusunda keçirilməsi Badamlı mineral sularının məhsul kateqoriyasına uyğun olaraq brendin təqdimatı üçün əlverişli imkan yaradıb.





