"Veysəloğlu Summer Fest – Yoga Day"

"Veysəloğlu Summer Fest" çərçivəsində keçirilən "Yoga Day" tədbiri əməkdaşlarımız üçün sağlamlıq, balans və xoş enerji ilə dolu xüsusi bir günə çevrildi! Tədbirdə 70 əməkdaşımız iştirak etdi və proqram iki maraqlı sessiyadan ibarət oldu. İlk sessiyada peşəkar yoga təlimçisinin rəhbərliyi ilə keçirilən yoqa məşğələsində əməkdaşlarımız günün yorğunluğundan uzaqlaşaraq rahatlama və enerjilərini yeniləmə fürsəti əldə etdilər. Tədbirin ikinci sessiyasında isə Liv Bona Dea Hospitalın Uzman Dietoloqu Fatma Nur Taşkın tərəfindən “İş həyatında sağlam qidalanma vərdişləri” mövzusunda təlim keçirildi. Sessiya zamanı iş həyatında sağlam qidalanmanın əhəmiyyəti, düzgün qidalanma vərdişləri və gündəlik həyatımızda tətbiq edə biləcəyimiz faydalı tövsiyələr haqqında məlumatlar paylaşıldı. Tədbir əməkdaşlarımız üçün təşkil olunan səhər yeməyi ilə yekunlaşdı. Sağlam həyat tərzini və əməkdaşlarımızın rifahını dəstəkləyən bu xoş gündə iştirak edən hər kəsə təşəkkür edirik!
