Ana Səhifə/Fəaliyyətlərimiz/Xəbərlər/Anar Adilzadə “Veysəloğlu” MMC-nin Logistika direktoru təyin edili

Anar Adilzadə “Veysəloğlu” MMC-nin Logistika direktoru təyin edili

Anar Adilzadə “Veysəloğlu” MMC-nin Logistika direktoru təyin edili

Anar Adilzadə “Veysəloğlu” MMC-nin Logistika Direktorluğuna Logistika direktoru vəzifəsinə təyin edilib. Anar Adilzadə Azərbaycan Dillər Universitetində “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr, Bakı Avrasiya Universitetində isə eyni ixtisas üzrə magistr təhsili alıb. O, həmçinin “IPMA Level C” beynəlxalq layihə meneceri sertifikatına sahibdir. Peşəkar fəaliyyətinin müxtəlif dövrlərində “ENGIN LTD” və “YOM Logistics Azerbaijan” kimi şirkətlərdə çalışan Anar Adilzadə 2019-cu ildə Veysəloğlu Şirkətlər Qrupuna qoşulub. Qrup daxilində müxtəlif şöbə və departamentlərə rəhbərlik edib, eləcə də İcraçı direktorun müavini vəzifəsində çalışıb. O, daha sonra “AVT Logistics” şirkətində İcraçı direktor və İdarə Heyətinin sədri vəzifələrini icra edib. 2024-cü ildən etibarən isə “Araz Supermarket” MMC-də Logistika direktoru və İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib. Anar Adilzadənin logistika sahəsində qazandığı geniş peşəkar təcrübənin, liderlik bacarıqlarının və layihə idarəetməsi üzrə biliklərinin rəhbərlik edəcəyi Direktorluğun inkişafına, əməliyyat səmərəliliyinin yüksəldilməsinə və şirkətin strateji hədəflərinə çatmasına mühüm töhfə verəcəyinə inanırıq. Anar bəyi yeni təyinatı münasibətilə səmimi-qəlbdən təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq. Anar Adilzadə ailəlidir, üç övladı var.

Digər xəbərlər

Ozmo-dan Böyük Əks-səda Doğuran Mətbuat Konfransı

Ozmo-dan Böyük Əks-səda Doğuran Mətbuat Konfransı

Sevimli partnyorumuz “Şölen”in “Ozmo” brendi Bakıda media nümayəndələri, influenser analar və uşaqların iştirakı ilə böyük marağa səbəb olan xüsusi tədbir təşkil edib. Tədbirin mətbuat konfransı ölkədə böyük əks-səda doğurub. “JW Marriott Absheron Baku Hotel”də keçirilən tədbirdə “Ozmo” brendinin Azərbaycandakı fəaliyyəti, əldə etdiyi uğurlu nəticələr və gələcək inkişaf hədəfləri barədə ətraflı məlumat verilib. Tədbirin açılışında çıxış edən “Şölen”in Baş icraçı direktoru Erdoğan Çoban “Ozmo”nun sadəcə qəlyanaltı brendi deyil, uşaqların təxəyyülünü və yaradıcılığını dəstəkləyən, onların inkişafına töhfə verən və əyləncəni ön plana çıxaran bir “oyun yoldaşı” kimi mövqeləndirildiyini bildirib. Səmimi və əyləncəli atmosferdə keçən tədbir iştirakçıların böyük marağına səbəb olub və media nümayəndələri tərəfindən geniş işıqlandırılıb. Posterin üzərinə klik edərək, daha detallı məlumat əldə edə bilərsiniz.

“Jardin” yeni məhsul çeşidlərini təqdim edir

“Jardin” yeni məhsul çeşidlərini təqdim edir

Veysəloğlu Distribusiyanın sevimli partnyorlarından biri olan “Jardin” brendinin yeni məhsul çeşidləri təqdim olunur. Yeni kolleksiya qovrulmuş, həll olunan və kapsul qəhvələrlə yanaşı, məşhur kofeşop içkilərindən ilhamlanan xüsusi qarışıqları da əhatə edir. “Jardin”in məhsul portfeli müxtəlif dad seçimlərinə uyğun geniş çeşiddə hazırlanıb. Brendin qovrulmuş qəhvə kolleksiyasında Braziliya, Efiopiya, Kolumbiya və Qvatemala kimi tanınmış qəhvə regionlarından seçilmiş arabika dənələrindən istifadə olunur. Açıq, orta və tünd qovrulma dərəcələri məhsullara fərqli dad və ətir xüsusiyyətləri qazandırır. Brendin kapsul qəhvə kolleksiyası “Lungo”, “Espresso” və “Ristretto” sevənlər üçün müxtəlif intensivlikdə seçimlər təqdim edir. Kolleksiyada meyvə notları, zəngin acılıq, yumşaq dad və vanilli ətir kimi fərqli dad xüsusiyyətləri bir araya gətirilib. Həll olunan qəhvə kolleksiyasına balanslı və yumşaq dada malik “Jardin Gold”, tünd şokolad notları ilə seçilən “Jardin Deep Dark”, karamel dadı və zərif köpüyü ilə fərqlənən “Jardin Crema”, həmçinin şokoladlı və qaymaqlı notlara malik “Jardin Filigrano” daxildir. Qəhvə dənələrinin mənşəyini ön plana çıxaran “Colombia Medellin”, “Guatemala Atitlan” və “Kenya Kilimanjaro” çeşidləri isə müxtəlif qəhvə regionlarına xas dad xüsusiyyətlərini istehlakçılara təqdim edir. “Jardin Café Collection” seriyası “Americano”, “Cappuccino”, “Latte” və “Mocaccino” kimi məşhur içkiləri rahat porsiyalı formatda bir araya gətirir. Məhsullar zəngin dadı, xoş ətri və zərif süd köpüyü ilə kofeşop təcrübəsini gündəlik qəhvə anlarına daşıyır. Yeni məhsul çeşidləri fərqli qəhvə zövqlərinə uyğun alternativlər təqdim etməklə yanaşı, istehlakçılara günün istənilən vaxtında keyfiyyətli qəhvədən zövq almaq imkanı yaradır.

Sevimli partnyorumuz Haleon fabrikinin yeni məhsul çeşidləri

Sevimli partnyorumuz Haleon fabrikinin yeni məhsul çeşidləri

Sevimli partnyorumuz "Haleon" fabrikinin yeni məhsul çeşidlərini sizə təqdim etməkdən məmnunluq duyuruq. "Parodontax Active Gum Repair – Fresh Mint" Diş əti sağlamlığına fokuslanan xüsusi formulası sayəsində diş əti xəttində yığılan bakteriyaları təmizləyir, qanayan, şişmiş və iltihablı diş ətlərinin bərpasına kömək edir. Klinik olaraq sübut edilmiş formulaya malik məhsul diş ətlərinə effektiv qulluq göstərir, "Fresh Mint" dadı isə ağızda uzunmüddətli təravət hissi yaradır. "Aquafresh Total Effect" Gündəlik ağız və diş baxımı üçün effektiv 3-ü 1-də qoruma təqdim edir. Tərkibindəki flüor sayəsində dişləri kariyesdən qorumağa, kariyesin yaranmasına qarşı mübarizə aparmağa və nəfəsi təravətləndirməyə kömək edir. Məhsul gündə iki dəfə istifadə üçün nəzərdə tutulub. "Haleon" fabrikinin yeni məhsul çeşidlərini seçərək gündəlik ağız və diş baxımınızı daha effektiv edə bilərsiniz.

Kikboksinq üzrə Avropa çempionu adını qazanan əməkdaşımızın övladı ilə görüş keçirilib!

Kikboksinq üzrə Avropa çempionu adını qazanan əməkdaşımızın övladı ilə görüş keçirilib!

Şirkətimizin Baş İcraçı Direktoru və İdarə Heyətinin üzvləri əməkdaşımız Zibeyir Qiyasovun kikboksinq üzrə Avropa çempionu adını qazanan övladı Rinat Qiyasovla görüş keçiriblər. Görüş zamanı Rinat Qiyasov qazandığı yüksək nailiyyət münasibətilə təbrik edilib, onun əzmi, zəhməti və uğurlu çıxışı xüsusi qeyd olunub. Gənc çempionumuza gələcək yarışlarda yeni qələbələr arzulanıb. Veysəloğlu MMC olaraq əməkdaşlarımızın və onların ailə üzvlərinin nailiyyətlərinin dəyərləndirilməsini korporativ dəyərlərimizin mühüm hissəsi hesab edirik. İnanırıq ki, bu cür uğurların təqdir olunması gənclərimizin öz potensialına inanmasına və daha böyük hədəflərə doğru inamla irəliləməsinə əlavə stimul verir. Gənc çempionumuz Rinat Qiyasovu, eləcə də bütün ailəsini ürəkdən təbrik edir, gələcək yarışlarda yeni-yeni uğurlar və qələbələr arzulayırıq!

Bilik Günü alış-verişinizi Yeni Partnyorumuz BIC məhsulları ilə tamamlayın!

Bilik Günü alış-verişinizi Yeni Partnyorumuz BIC məhsulları ilə tamamlayın!

Sizə yeni partnyorumuz olan BIC brendini təqdim etməkdən məmnunluq duyuruq. 1945-ci ildə Fransada əsası qoyulan BIC yüksək keyfiyyət, etibarlılıq, innovasiya və əlçatanlıq prinsipləri sayəsində dünya üzrə milyonlarla istehlakçının etimadını qazanıb. Brendin əsas məhsul kateqoriyalarına qələmlər, alışqanlar və ülgüclər daxildir. Müasir texnologiyalar və ciddi keyfiyyət standartları əsasında istehsal edilən bu məhsullar gündəlik ehtiyaclara praktik və etibarlı həllər təqdim edir. Yeni əməkdaşlığımız çərçivəsində BIC məhsullarının Azərbaycan bazarında əlçatanlığını genişləndirməyi, brendin satış potensialını gücləndirməyi və istehlakçılara daha zəngin seçim imkanları təqdim etməyi hədəfləyirik. İnanırıq ki, BIC brendinin portfelimizə qoşulması məhsul çeşidimizi daha da zənginləşdirəcək, müştərilərimiz üçün yeni seçimlər yaradacaq və biznesimizə əlavə dəyər qazandıracaq. Yeni tərəfdaşlığımızın uğurlu və davamlı olmasını arzulayırıq!

“Nemiroff” brendinin “QulaqAs” layihəsi ilə əməkdaşlığı

“Nemiroff” brendinin “QulaqAs” layihəsi ilə əməkdaşlığı

“Veysəloğlu” MMC-nin Hotel, Restoran və Kafe (HoReCa) istiqaməti üzrə fəaliyyət göstərən “Vesta Horeka” Direktorluğunun “Nemiroff” brendi üzrə həyata keçirdiyi növbəti əməkdaşlıq layihəsini təqdim edirik. Space TV studiyasında, eyni zamanda Space FM radio dalğasında yayımlanan “QulaqAs” layihəsi çərçivəsində "DJ Backeer"-in iştirakı ilə proqram çəkilişi baş tutmuşdur. “Vesta Horeka” direktorluğunun “QulaqAs” layihəsinin təşkilatçıları ilə əməkdaşlığı çərçivəsində “Nemiroff” vodkası proqramın rəsmi tərəfdaş brendi olaraq təqdim edilmişdir. Çəkiliş müddətində “Nemiroff” məhsulu proqram daxilində nümayiş etdirilmiş, brendin loqotipinin vizual təqdimatı və reklam inteqrasiyası həyata keçirilmişdir. Sözügedən əməkdaşlıq vasitəsilə brendin həm televiziya və radio, həm də rəqəmsal platformalarda görünürlüğünün artırılması təmin olunmuşdur. Çəkiliş çərçivəsində hazırlanan video materiallar daha geniş auditoriyaya çatdırılmaq məqsədilə Space TV-nin Instagram və YouTube, eləcə də “QulaqAs” layihəsinin Instagram və YouTube səhifələrində yayımlanmışdır. Bu əməkdaşlıq “Nemiroff” brendinin hədəf auditoriyası arasında tanınmasının artırılması, media görünürlüğünün genişləndirilməsi və müxtəlif kommunikasiya platformalarında brend mövcudluğunun gücləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən biridir.