Ana Səhifə/Fəaliyyətlərimiz/Xəbərlər/Yeni partnyor - Avromak şirkəti

Yeni partnyor - Avromak şirkəti

Yeni partnyor - Avromak şirkəti

Sizə yeni partnyorumuz “Avromak” şirkətini və onun “Favelli”və“Rizzi” brendinə məxsus makaron və un çeşidlərini təqdim etməkdən məmnunluq duyuruq. “Avromak” MMC 2019-cu ildə Azərbaycanda, Bakı şəhərində fəaliyyətə başlamışdır. Ölkəmizdə qida istehsalı sahəsində fəaliyyət göstərən, məhsul portfelində makaron və un çeşidlərini birləşdirən şirkətdir. Şirkət istehsal prosesində müasir texnologiyalardan istifadə etməklə məhsulların keyfiyyətinə və gigiyenik istehsal şəraitinə diqqət yetirir. İtaliya mətbəxindən ilhamlanan yeməklər hazırlamaq üçün müxtəlif seçimlər təqdim edən “Favelli” makaronları bərk buğda unundan , sudan və duzdan hazırlanır. Brendin çeşidləri gündəlik ailə süfrələrindən xüsusi axşam yeməklərinə qədər fərqli reseptlərdə istifadə oluna bilər. “Favelli” “Rizzi” makaron çeşidləri arasında spagetti, burma və vermişel yer alır. Spagetti pomidorlu, qaymaqlı və digər souslarla hazırlanan yeməklər üçün klassik seçimdir. Burma makaronlar tərəvəzli, ətli yeməklərdə və makaron salatlarında istifadə oluna bilər. Vermişel isə şorbalar və yüngül yeməklər hazırlamaq üçün əlverişli seçimdir. “Favelli” un məhsulları da şirkətin məhsul portfelinə daxildir. Evdə çörək, xəmir yeməkləri və müxtəlif şirniyyatlar hazırlayanlar üçün bu kateqoriya gündəlik mətbəx ehtiyaclarını tamamlayır.

Digər xəbərlər

“SMART MERCHANDISER” layihəsinin oktyabr mərhələsi uğurla yekunlaşıb

“SMART MERCHANDISER” layihəsinin oktyabr mərhələsi uğurla yekunlaşıb

Qeyri-Qida Direktorluğunun Ticari Marketinq şöbəsi tərəfindən həyata keçirilən “SMART MERCHANDISER” layihəsinin oktyabr mərhələsi uğurla yekunlaşıb. Ay ərzində komandaların fəaliyyəti müəyyən edilmiş meyarlar üzrə sahə yoxlamalarının nəticələri, icra keyfiyyəti və toplanan yekun ballar əsasında qiymətləndirilib. Yekun nəticələrə əsasən: 1-ci yer - Xaçmaz komandası 2-ci yer – Bakı 2 komandası 3-cü yer – Lənkəran komandası Xaçmaz komandasını yüksək nəticə göstərərək oktyabr mərhələsinin qalibi olması və növbəti mərhələdə iştirak hüququ qazanması münasibətilə təbrik edirik! Əldə olunan nəticələr düzgün icranın, standartlara riayətin və sahədə davamlı nəzarətin uğur üçün mühüm əhəmiyyət daşıdığını bir daha təsdiqləyir. “SMART MERCHANDISER” – Noyabr mərhələsi: Layihənin oktyabr mərhələsində Xaçmaz, Göyçay, Şəki-Zaqatala, Bakı 2, Sumqayıt və Şamaxı komandaları mübarizə aparacaq. Komandaların fəaliyyəti müəyyən edilmiş meyarlar, sahə yoxlamalarının nəticələri və yekun ballar əsasında qiymətləndiriləcək. Bütün komandalarımıza yeni mərhələdə uğurlar arzulayır, yüksək icra keyfiyyəti və nümunəvi komanda işi nümayiş etdirəcəklərinə inanırıq! “SMART MERCHANDISER” - sahədə fərq yarat, nəticə ilə qalib ol!

Elşən Hacıyev Ulduz Şokolad Fabrikində İcraçı Direktor Əvəzedicisi vəzifəsinə təyin edilmişdir

Elşən Hacıyev Ulduz Şokolad Fabrikində İcraçı Direktor Əvəzedicisi vəzifəsinə təyin edilmişdir

Diqqətinizə çatdırırıq ki, Elşən Hacıyev Ulduz Şokolad Fabrikində İcraçı Direktor Əvəzedicisi vəzifəsinə təyin edilmişdir. Elşən Hacıyev qida sənayesində istehsalın idarə olunması, istehsal planlaşdırılması və texniki layihələrin həyata keçirilməsi üzrə 18 illik peşəkar təcrübəyə malikdir. Ali təhsilini 2001–2005-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında “İstehsalat proseslərinin avtomatlaşdırılması” ixtisası üzrə almışdır. 2023–2024-cü illərdə ADA Universitetində Mini MBA proqramı üzrə təhsilini tamamlamışdır. Peşəkar fəaliyyətinə 2008-ci ildə Ulduz Şokolad Fabrikində operator vəzifəsində başlamışdır. 2009-cu ildə Növbə rəisi, 2010-cu ildə Texnoloq, 2011-ci ildə İstehsal Planlaşdırılması və Layihələr Şöbəsinin müdiri, 2013-cü ildə isə İstehsalat Şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 2015–2022-ci illərdə Araz Supermarketlər Şəbəkəsinin “Xonça” istehsalatında İstehsalat rəhbəri vəzifəsində çalışmışdır. Bu müddət ərzində istehsalatın sıfırdan qurulması, istehsal sahələrinin və avadanlıqların yerləşiminin planlaşdırılması, əməliyyat proseslərinin təşkili və icrasına nəzarət etmişdir. 2022-ci ildən Ulduz Şokolad Fabrikində İstehsalat Departamentinin rəhbəri və İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərmişdir. Bu dövrdə istehsalın inkişafı, əməliyyat səmərəliliyinin artırılması, texniki modernləşdirmə və investisiya layihələrinin qiymətləndirilməsi istiqamətlərində fəaliyyət göstərmişdir. Elşən Hacıyev liderlik, kouçinq, strateji idarəetmə və istehsalatın idarə olunması üzrə müxtəlif təlimlərdə iştirak etmiş, BRC və ISO standartları üzrə audit sertifikatlarına yiyələnmişdir. Elşən Hacıyevi yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!

Veysəloğlu 32 il  -  Davam edən uğur hekayəsi!

Veysəloğlu 32 il - Davam edən uğur hekayəsi!

32 il ərzində atılan hər addım, qurulan hər tərəfdaşlıq və qazanılan hər uğur bizi bu günə gətirib. Bu yolun arxasında ortaq məqsədə inanan, məsuliyyətlə çalışan və bir-birinə dəstək olan böyük komandamız dayanır. Hər biriniz bu uğur hekayəsinin bir parçasısınız. Əməyiniz, təşəbbüsləriniz və işinizə bağlılığınız şirkətimizin inkişafına güc verir, gələcək nailiyyətlərimiz üçün möhkəm təməl yaradır. Qarşıda bizi yeni hədəflər, yeni imkanlar və birlikdə qazanacağımız uğurlar gözləyir. Dəyərlərimizə sadiq qalaraq bu hekayəni birlikdə davam etdirəcəyik. Şirkətimizin 32 illik yubileyi münasibətilə bütün əməkdaşlarımızı təbrik edirik! 32 il — davam edən uğur hekayəsi!

Veysəloğlu Distribusiyada “Umbrella Sharing” (Çətir Paylaşımı) layihəsinə start verildi.

Veysəloğlu Distribusiyada “Umbrella Sharing” (Çətir Paylaşımı) layihəsinə start verildi.

Əməkdaşların rifahının və gündəlik iş mühitində rahatlığının dəstəklənməsi məqsədilə şirkətimizdə “Umbrella Sharing” (Çətir Paylaşımı) layihəsi həyata keçirilməyə başlanılıb. Layihə çərçivəsində şirkət ərazisində 4 fərqli nöqtədə, ümumilikdə 40 ədəd çətir əməkdaşların istifadəsi üçün yerləşdirilmişdir. Çətirlər yağışlı havalarda şirkət ərazisində, xüsusilə binalar arasında hərəkət zamanı əməkdaşların rahatlığını təmin etmək üçün nəzərdə tutulmuşdur. Çətirlərdən istifadə etdikdən sonra onları digər əməkdaşların da faydalana bilməsi üçün müvafiq yerlərə qaytarmağınızı xahiş edirik. Birlikdə daha rahat və əlverişli iş mühiti yaradaq!

“Veysəloğlu” MMC 5-ci “Brand Award International 2026” qlobal müsabiqəsində mükafatlandırılan şirkətlər sırasında yer alıb.

“Veysəloğlu” MMC 5-ci “Brand Award International 2026” qlobal müsabiqəsində mükafatlandırılan şirkətlər sırasında yer alıb.

“Veysəloğlu” MMC 5-ci “Brand Award International 2026” qlobal müsabiqəsində mükafatlandırılan şirkətlər sırasında yer alıb. “Award Organizers Group” tərəfindən təşkil olunan müsabiqə “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının rəsmi dəstəyi, “Azərbaycan Sənaye Sığorta” ASC, “Baku Container”, “Azerish” və “ERPGO” şirkətlərinin sponsorluğu ilə keçirilib. Müsabiqə çərçivəsində müxtəlif iqtisadi sahələrdə fəaliyyət göstərən, öz seqmentində möhkəm mövqeyi və ictimaiyyət arasında tanınması ilə seçilən 50 ticarət markası müəyyən edilərək mükafatlandırılıb. Bu uğur münasibətilə bütün əməkdaşlarımızı təbrik edir, birlikdə daha böyük nailiyyətlər arzulayırıq!