“Dost Əllər” layihəsinin rəsmi açılış tədbiri baş tutmuşdur.

Veysəloğlu Distribusiyada “Dost Əllər” layihəsinin rəsmi açılış tədbiri baş tutmuşdur. “Dost Əllər” layihəsinin əsas məqsədi şirkətimizin KSM (Korporativ Sosial Məsuliyyət) fəaliyyətlərini daha da gücləndirmək, cəmiyyətin həssas qruplarına davamlı dəstək vermək və əməkdaşlarımızı sosial təşəbbüslərə aktiv şəkildə cəlb etməkdir. Layihə çərçivəsində seçilmiş 30 nəfər könüllü əməkdaşımız vasitəsilə sosial məsuliyyət mədəniyyətinin formalaşdırılması, komanda ruhunun gücləndirilməsi və həyata keçiriləcək təşəbbüslərlə şirkətimizin ictimai dəyərinin artırılması hədəflənir. İnanırıq ki, “Dost Əllər” layihəsi həm cəmiyyət üçün faydalı platformaya çevriləcək, həm də kollektiv olaraq birlik və həmrəylik ruhumuzu daha da möhkəmləndirəcək. Layihə ilə bağlı növbəti mərhələlər və planlaşdırılan fəaliyyətlər barədə mütəmadi olaraq sizinlə məlumat paylaşılacaq. “Dost Əllər” layihəsi - Yaxşılıq üçün əl - ələ!
