Mingəçevir Ofisi üzrə Boulinq Çempionatı – 2026

7 fevral tarixində Korporativ və Marketinq Kommunikasiyaları şöbəsi tərəfindən Gəncə İdman Sarayında Mingəçevir filialının əməkdaşları üçün Veysəloğlu Boulinq Çempionatı – 2026 adlı komanda quruculuğu tədbiri həyata keçirilmişdir. Tədbirdə Mingəçevir filialına daxil olan Qazax, Ağstafa, Gədəbəy, Şəmkir, Gəncə, Naftalan, Goranboy, Göygöl, Mingəçevir, Bərdə və Yevlax rayonlarında çalışan əməkdaşlarımız iştirak etmişdir. 20 komanda və 100 nəfər əməkdaşımızın iştirakı ilə keçirilən tədbirdə iştirakçılar stolüstü oyunlarda fəal iştirak etmiş, boulinqdə isə əvvəl təsnifat, daha sonra isə final sessiyası mərhələsində mübarizə aparıblar. Rəqabət və yüksək maraq şəraitində baş tutan çempionatın final nəticələrini təqdim edirik. • 1-ci yer: "Gəncə" komandası • 2-ci yer: "Tovuz" komandası • 3-cü yer: "Mingəçevir" komandası Şirkətimiz tərəfindən qalib komandalara kubok və medallar təqdim olunmuşdur.
