Ana Səhifə/Fəaliyyətlərimiz/Layihələr/Summer Fest tədbirlər silsiləsi çərçivəsində təşkil olunan Fort Boyard Komanda Quruculuğu Tədbiri uğurla başa çatmışdır.

Summer Fest tədbirlər silsiləsi çərçivəsində təşkil olunan Fort Boyard Komanda Quruculuğu Tədbiri uğurla başa çatmışdır.

Summer Fest tədbirlər silsiləsi çərçivəsində təşkil olunan Fort Boyard Komanda Quruculuğu Tədbiri uğurla başa çatmışdır.

Summer Fest tədbirlər silsiləsi çərçivəsində keçirilən Fort Boyard Komanda Quruculuğu Tədbiri uğurla yekunlaşdı. Tədbirdə 250 əməkdaşımız 20 komanda şəklində müxtəlif oyun və tapşırıqlarda iştirak etdi. Gün ərzində komandalar çevikliklərini, məntiqi düşünmə bacarıqlarını və komanda ruhunu nümayiş etdirərək maraqlı və yaddaqalan anlar yaşadılar. Yarışın yekununda “Golden Keys” komandası qalib oldu. Qalib komandamızı səmimi qəlbdən təbrik edirik. Tədbirimizin həyata keçirilməsinə məhsul dəstəyi göstərən ETİ, Badamlı, Şölen, Nestlé, Papia və Dex markalarına təşəkkürümüzü bildiririk.

Digər Layihələr

Bazarda Yeni Liderlik  Dövrü – Strateji Tərəfdaşlığın Lansmanı!

Bazarda Yeni Liderlik Dövrü – Strateji Tərəfdaşlığın Lansmanı!

Bazarda Yeni Liderlik Dövrü – Strateji Tərəfdaşlığın Lansmanı! Yeni tərəfdaşlıq, yeni imkanlar və ortaq hədəflər! Veysəloğlu Distribusiya və Türkiyənin aparıcı istehsalçılarından olan Beyaz Kağıt arasında qurulan strateji tərəfdaşlığın başlanğıcını xüsusi lansman tədbiri ilə qeyd etdik! Tədbir çərçivəsində Beyaz Kağıt şirkətinin fəaliyyəti, brendlərin bazar potensialı, inkişaf istiqamətləri və gələcək hədəflər barədə məlumat verildi. Tədbirin ikinci hissəsi isə əyləncəli və rəqabət dolu anlarla yadda qaldı! 14 sualdan ibarət interaktiv bilik yarışında əməkdaşlarımız biliklərini sınamaqla yanaşı, həyəcanlı anlar yaşadılar. Suallara ən sürətli və düzgün cavab verən iştirakçılar müxtəlif məişət avadanlıqları ilə mükafatlandırıldılar.

İstedadların İnkişafına 360° Baxış: Veysəloğlu MMC-də Gələcəyin Liderləri Yetişdirilir

İstedadların İnkişafına 360° Baxış: Veysəloğlu MMC-də Gələcəyin Liderləri Yetişdirilir

6 noyabr 2026-cı il tarixində The Ritz-Carlton otelində Veysəloğlu MMC-nin insan kapitalının inkişafı istiqamətində həyata keçirdiyi strateji təşəbbüslərin təqdimatı və “Yüksək Potensiallı Əməkdaşların Dəyərləndirilməsi və İnkişafı” (HiPo-2) layihəsinin rəsmi açılış mərasimi baş tutmuşdur. Tədbirdə Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının üzvü Cem Rodoslu, şirkətimizin rəhbər heyəti, HiPo-1 məzunları və HiPo-2 layihəsinin iştirakçıları bir araya gəlmişlər. Tədbirin əsas istiqamətlərindən biri Veysəloğlu MMC-də istedadların idarə olunmasına 360° strateji baxışın təqdim edilməsi olmuşdur. Bu yanaşmanın əsasında istedadların erkən mərhələdə müəyyənləşdirilməsi, potensiallarının obyektiv dəyərləndirilməsi, fərdi inkişaf imkanlarının yaradılması, daxili karyera yüksəlişinin dəstəklənməsi və gələcəyin rəhbər heyətinin sistemli şəkildə yetişdirilməsi dayanır. Şirkətimizdə istedadların inkişafı yalnız yüksək potensiallı əməkdaşlarla məhdudlaşmır. Müxtəlif vəzifə qruplarının inkişaf ehtiyaclarına uyğun hazırlanmış “Sahədən Ofisə”, “Marketinq Eksperti”, “HiPo”, “Lead – Yeni Rəhbərlərin İnkişafı”, “Davamçıların Yetişdirilməsi” və "V1-lərin yetişdirilməsi" kimi proqramlar vahid inkişaf ekosisteminin tərkib hissəsi olaraq həyata keçirilir. Bu layihələr vasitəsilə əməkdaşların potensialının üzə çıxarılması, sahə təcrübəsinin yeni karyera imkanlarına çevrilməsi, idarəetmə bacarıqlarının gücləndirilməsi və kritik vəzifələr üzrə davamçılığın təmin edilməsi istiqamətində məqsədyönlü işlər görülür. Tədbir çərçivəsində bu yanaşmanın artıq əldə edilmiş real nəticələri də diqqətə çatdırılmışdır. Xüsusilə HiPo-1 layihəsinin nəticələri, iştirakçıların peşəkar inkişafı, rəhbər vəzifələrə yüksəlişi, beynəlxalq təcrübə və mübadilə imkanlarından faydalanması təqdim edilmişdir. Layihənin 2025-ci ildə İllik Dəyərləndirmə və Strategiya tədbirində “Ən Yaxşı İnsan Kapitalına İnvestisiya” nominasiyası üzrə qalib olması da həyata keçirilən işlərin mühüm uğurlarından biri kimi vurğulanmışdır. Tədbirin davamında HiPo-2 layihəsinin inkişaf konsepsiyası, iştirakçıların seçimi üzrə tətbiq edilən mərhələli dəyərləndirmə metodologiyası, mentorluq yanaşması və proqram çərçivəsində nəzərdə tutulan inkişaf imkanları təqdim edilmişdir. 107 müraciətlə başlayan seçim prosesinin yekununda 23 əməkdaş HiPo-2 layihəsinin final iştirakçısı olaraq müəyyən edilmişdir. Yeni mərhələdə iştirakçıların liderlik potensialının inkişaf etdirilməsi, strateji düşünmə və idarəetmə bacarıqlarının gücləndirilməsi, eləcə də rəhbər heyətin mentorluğu ilə onların gələcək karyera imkanlarına hazırlanması hədəflənir. Tədbirin xüsusi qonağı Cem Rodoslu “Hizmetkâr Liderlik ve Kişisel Marka Yaratmak” - “Xidmətə Əsaslanan Liderlik və Şəxsi Brendin Qurulması” mövzusunda çıxış edərək müasir liderlik yanaşmaları, şəxsi brendin formalaşdırılması və peşəkar inkişafla bağlı dəyərli bilik və təcrübələrini iştirakçılarla bölüşmüşdür. Günün yaddaqalan məqamlarından biri də HiPo-1 layihəsinin dörd iştirakçısının uğur hekayələrini bölüşməsi olmuşdur. Onlardan ikisi layihə çərçivəsində qazandıqları inkişaf təcrübəsinin rəhbər vəzifələrə yüksəlişlərinə verdiyi töhfələrdən, digər iki iştirakçı isə beynəlxalq səfərlər və təcrübə mübadiləsi vasitəsilə əldə etdikləri yeni bilik və perspektivlərdən bəhs etmişlər. Veysəloğlu MMC üçün insan kapitalına yatırım yalnız təlim və inkişaf proqramlarının həyata keçirilməsi deyil, təşkilatın gələcək liderlik potensialının formalaşdırılmasına yönəlmiş uzunmüddətli strateji yanaşmadır. İnanırıq ki, istedadların idarə olunmasına 360° baxış, vahid dəyərləndirmə və inkişaf metodologiyası, daxili karyera imkanları və davamçılıq mexanizmləri şirkətimizdə güclü liderlik mədəniyyətinin formalaşmasına və dayanıqlı təşkilati inkişafa mühüm töhfə verəcəkdir. Çünki gələcəyin güclü liderlərini yetişdirmək bu gün istedadları görmək, onlara inanmaq və inkişafları üçün doğru imkanlar yaratmaqdan başlayır.

“Xoşbəxtlik Çantası” layihəsi çərçivəsində “Məzun Günü” keçirilib

“Xoşbəxtlik Çantası” layihəsi çərçivəsində “Məzun Günü” keçirilib

“Xoşbəxtlik Çantası” layihəsi çərçivəsində daha bir yaddaqalan mərhələni tamamladıq. Şirkətimizin təşəbbüsü ilə Qrız, Qalaxudat və Əlik kənd məktəblərində sinif otaqları yenilənib, məktəblər müasir avadanlıqlarla təmin olunub və şagirdlər üçün daha əlverişli təhsil mühiti yaradılıb. Bu dəstəyin davamı olaraq, 3 məktəbdən 55 şagird üçün 7 ay ərzində onlayn ingilis dili dərsləri təşkil edilib. Tədrisin sonunda şagirdlər səviyyə imtahanlarında iştirak edib, proqramı uğurla tamamlayanlar isə “Məzun Günü” tədbirində sertifikatlarla təltif olunublar. Tədbirin ikinci hissəsində müxtəlif oyunlar, sehrbazın çıxışı, şirin pambıq və rəngarəng əyləncə proqramı uşaqlara sevincli anlar yaşadıb. Günün sonunda markalarımızın hədiyyələri balaca məzunlara təqdim olunub.

Veysəloğlu Distribusiya ADA Məktəbində xeyriyyə məqsədli keçirilən növbəti “Məhsul bayramı” - da iştirak edib.

Veysəloğlu Distribusiya ADA Məktəbində xeyriyyə məqsədli keçirilən növbəti “Məhsul bayramı” - da iştirak edib.

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində ənənəvi Payız festivalı – “Məhsul bayramı” təşkil olunub. Şirkətimiz sevimli partnyorları ilə birlikdə tədbirdə təmsil olunaraq xeyriyyə təşəbbüsünə dəstək verib. Festivalın əsas məqsədi şagird və tələbələrdə sosial məsuliyyət hissini formalaşdırmaq, milli-mənəvi dəyərləri və xeyriyyəçilik ənənələrini təbliğ etmək olub. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, dövlət rəsmiləri, Milli Məclisin deputatları, ADA Universitetinin rəhbərliyi, tərəfdaş şirkətlərin nümayəndələri, müəllimlər, tələbələr, valideynlər və məzunlar iştirak ediblər. “Veysəloğlu Distribusiya” festivalda “Nestlé Nescafé”, “Nestlé Nescafé Professional”, “ETİ”, “Şölen”, “Haribo” və “Tess” partnyorlarının məhsulları ilə iştirak edib.Tədbirdə iştirak edən partnyorlarımıza təşəkkür edirik. Təqdim olunan məhsullar xeyriyyə sərgi-satışında yer alaraq təhsil yönümlü sosial layihələrə dəstək məqsədinə xidmət edib. Qeyd edək ki, ötən il keçirilən “Məhsul bayramı”nda toplanan 27 309 manat hesabına dörd sosial layihə reallaşdırılıb və bu təşəbbüslərdən ümumilikdə 600 nəfər faydalanıb. “Veysəloğlu Distribusiya” olaraq partnyorlarımızla birlikdə təhsilə və sosial rifaha töhfə verən təşəbbüsləri dəstəkləməyə davam edirik.

Vesta HoReCa-nın təşəbbüsü ilə Badamlı brendi “Young Chef Azerbaijan” tədbirinə sponsor oldu

Vesta HoReCa-nın təşəbbüsü ilə Badamlı brendi “Young Chef Azerbaijan” tədbirinə sponsor oldu

19 - 20 oktyabr tarixlərində "Bakıda World YYY" təşkilatçılığı ilə “Young Chef Azerbaijan” tədbiri keçirilib. 200 nəfərə yaxın iştirakçının qatıldığı tədbirdə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov, tanınmış tədbir təşkilatçıları, eləcə də restoran, otel və şirkət rəhbərləri iştirak ediblər. “Veysəloğlu” MMC-nin Hotel, Restoran və Kafe (HoReCa) istiqaməti üzrə fəaliyyət göstərən “Vesta Horeka” Direktorluğunun təşəbbüsü ilə Badamlı mineral suları tədbirə sponsorluq edib. Sponsorluğun əsas məqsədi Badamlı brendinin HoReCa sektorunda tanıtımını gücləndirmək, restoran və qastronomiya sahəsində fəaliyyət göstərən peşəkarlarla əlaqələri inkişaf etdirmək və brendi hədəf auditoriyasına təqdim etmək olub. Tədbirin qastronomiya və aşpazlıq mövzusunda keçirilməsi Badamlı mineral sularının məhsul kateqoriyasına uyğun olaraq brendin təqdimatı üçün əlverişli imkan yaradıb.