Ana Səhifə/Fəaliyyətlərimiz/Layihələr/Veysəloğlu Distribusiyanın əməkdaşları Global Tech Weekend Tbilisi 2026 beynəlxalq tədbirində iştirak ediblər

Veysəloğlu Distribusiyanın əməkdaşları Global Tech Weekend Tbilisi 2026 beynəlxalq tədbirində iştirak ediblər

Veysəloğlu Distribusiyanın əməkdaşları Global Tech Weekend Tbilisi 2026 beynəlxalq tədbirində iştirak ediblər

Veysəloğlu Distribusiyanın Korporativ və Marketinq Kommunikasiyaları şöbəsinin rəhbəri Zərri Allahverdiyeva və şöbənin Rəqəmsal Marketinq üzrə Aparıcı Mütəxəssisi Aygün Hüseynova şirkətin dəstəyi ilə Gürcüstanın Tbilisi şəhərində keçirilən Global Tech Weekend Tbilisi 2026 beynəlxalq marketinq və texnologiya tədbirində iştirak ediblər. Tədbir çərçivəsində onlar rəqəmsal marketinq, süni intellekt, innovativ kommunikasiya yanaşmaları və texnologiya sahəsində qlobal trendlərlə tanış olub, beynəlxalq ekspertlərin təqdimatlarını izləyib, həmçinin müxtəlif ölkələrdən olan mütəxəssislərlə fikir və təcrübə mübadiləsi aparıblar. Beynəlxalq tədbirdə iştirak əməkdaşların peşəkar inkişafının dəstəklənməsi, müasir bilik və qabaqcıl təcrübələrin mənimsənilməsi, eləcə də innovativ yanaşmaların iş prosesinə inteqrasiyasına töhfə vermək məqsədi daşıyır.

Digər Layihələr

Ozmo-dan Böyük Əks-səda Doğuran Mətbuat Konfransı

Ozmo-dan Böyük Əks-səda Doğuran Mətbuat Konfransı

Sevimli partnyorumuz “Şölen”in “Ozmo” brendi Bakıda media nümayəndələri, influenser analar və uşaqların iştirakı ilə böyük marağa səbəb olan xüsusi tədbir təşkil edib. Tədbirin mətbuat konfransı ölkədə böyük əks-səda doğurub. “JW Marriott Absheron Baku Hotel”də keçirilən tədbirdə “Ozmo” brendinin Azərbaycandakı fəaliyyəti, əldə etdiyi uğurlu nəticələr və gələcək inkişaf hədəfləri barədə ətraflı məlumat verilib. Tədbirin açılışında çıxış edən “Şölen”in Baş icraçı direktoru Erdoğan Çoban “Ozmo”nun sadəcə qəlyanaltı brendi deyil, uşaqların təxəyyülünü və yaradıcılığını dəstəkləyən, onların inkişafına töhfə verən və əyləncəni ön plana çıxaran bir “oyun yoldaşı” kimi mövqeləndirildiyini bildirib. Səmimi və əyləncəli atmosferdə keçən tədbir iştirakçıların böyük marağına səbəb olub və media nümayəndələri tərəfindən geniş işıqlandırılıb.

Sumqayıt-Xaçmaz Ofisi üzrə Boulinq Çempionatı – 2026

Sumqayıt-Xaçmaz Ofisi üzrə Boulinq Çempionatı – 2026

22 avqust tarixində Korporativ və Marketinq Kommunikasiyaları şöbəsi tərəfindən Park Qusar oteldə "Sumqayıt-Xaçmaz Ofisi üzrə Boulinq Çempionatı – 2026 " adlı tədbir həyata keçirilmişdir. 18 komanda və 100 nəfərə yaxın əməkdaşımızın iştirakı ilə keçirilən tədbirdə, iştirakçılar stolüstü oyunlarda fəal iştirak etmiş, boulinqdə isə əvvəl "təsnifat", daha sonra isə "final sessiyası" mərhələsində mübarizə aparıblar. Rəqabət və yüksək maraq şəraitində baş tutan çempionatın final nəticələrini təqdim edirik. • 1-ci yer: "Şimal" komandası • 2-ci yer: "Çıraqqala" komandası • 3-cü yer: "Badamlı" komandası Şirkətimiz tərəfindən qalib komandalara kubok və medallar təqdim olunmuşdur. Tədbirdə iştirak edən bütün əməkdaşlarımıza təşəkkür edirik!

"Veysəloğlu Summer Fest – Yoga Day"

"Veysəloğlu Summer Fest – Yoga Day"

"Veysəloğlu Summer Fest" çərçivəsində keçirilən "Yoga Day" tədbiri əməkdaşlarımız üçün sağlamlıq, balans və xoş enerji ilə dolu xüsusi bir günə çevrildi! Tədbirdə 70 əməkdaşımız iştirak etdi və proqram iki maraqlı sessiyadan ibarət oldu. İlk sessiyada peşəkar yoga təlimçisinin rəhbərliyi ilə keçirilən yoqa məşğələsində əməkdaşlarımız günün yorğunluğundan uzaqlaşaraq rahatlama və enerjilərini yeniləmə fürsəti əldə etdilər. Tədbirin ikinci sessiyasında isə Liv Bona Dea Hospitalın Uzman Dietoloqu Fatma Nur Taşkın tərəfindən “İş həyatında sağlam qidalanma vərdişləri” mövzusunda təlim keçirildi. Sessiya zamanı iş həyatında sağlam qidalanmanın əhəmiyyəti, düzgün qidalanma vərdişləri və gündəlik həyatımızda tətbiq edə biləcəyimiz faydalı tövsiyələr haqqında məlumatlar paylaşıldı. Tədbir əməkdaşlarımız üçün təşkil olunan səhər yeməyi ilə yekunlaşdı. Sağlam həyat tərzini və əməkdaşlarımızın rifahını dəstəkləyən bu xoş gündə iştirak edən hər kəsə təşəkkür edirik!

"Veysəloğlu Summer Fest - Kartinq Çempionatı"

"Veysəloğlu Summer Fest - Kartinq Çempionatı"

Veysəloğlu Summer Fest çərçivəsində keçirilən Kartinq Çempionatı əməkdaşlarımıza unudulmaz həyəcan və yüksək adrenalin dolu anlar yaşatdı! Sürət, çeviklik və rəqabət ruhunun ön planda olduğu çempionatda 200 əməkdaşımız böyük həvəslə iştirak edərək əsl komanda ruhu nümayiş etdirdi. Günün sonunda hər sessiyanın qalibləri final mərhələsində birincilik uğrunda mübarizə apardılar. Maraqlı və həyəcan dolu yarışın nəticələrinə əsasən qaliblərimiz: 1-ci yer – Zabil Paşayev 2-ci yer – Cavid Bağırzadə 3-cü yer – Ülvi Mustafazadə Qaliblərimizi ürəkdən təbrik edir, onlara yeni uğurlar arzulayırıq! Tədbirimizin həyata keçirilməsinə məhsul dəstəyi göstərən "Red Bull" markasına təşəkkürümüzü bildiririk.