“Veysəloğlu Influencer Day” tədbiri həyata keçirildi

60-dan çox influencer və agentlik nümayəndəsini bir araya gətirən tədbirdə uzunmüddətli əməkdaşlıq etdiyimiz tərəfdaşlarımızla bir araya gələrək səmimi ünsiyyət və dəyərli fikir mübadiləsi apardıq. Tədbir çərçivəsində yeni əməkdaşlıq imkanları yaradıldı, yeni tanışlıqlar quruldu və şirkətimizin məhsulları iştirakçılara təqdim olundu. Səmimi atmosfer, maraqlı müzakirələr və qarşılıqlı etimada əsaslanan əməkdaşlıqlar tədbiri yaddaqalan edən əsas məqamlar oldu. Bu görüş mövcud tərəfdaşlıqların daha da möhkəmlənməsinə, eyni zamanda gələcək layihələr üçün yeni imkanların formalaşmasına töhfə verdi.
