Ana Səhifə/Fəaliyyətlərimiz/Layihələr/Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib

Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib

Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib

Aprelin 2-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün elan etdiyi ümumi qrant müsabiqəsi çərçivəsində, Mədəniyyət Nazirliyinin dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu və Mədəniyyət TV-nin media tərəfdaşlığı ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib. Akademik Milli Dram Teatrında baş tutan tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, şəhid ailələri və qazilər, ziyalılar, gənclər təşkilatlarının təmsilçiləri, könüllü gənclər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Aprel döyüşləri şəhidi, “Murov qartalı” ləqəbli polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova qeyd edib ki, Azərbaycan Ordusunun Aprel döyüşlərində başladığı şanlı yol sonradan 44 günlük Vətən müharibəsində böyük Qələbə ilə nəticələnib. Aprel döyüşlərində qəhrəmanların açdığı cığırla irəliləyən Azərbaycan əsgəri onların missiyasını layiqincə davam etdirərək torpaqlarımızın azadlığını təmin edib və şəhidlərin qisasını alıb. Bu baxımdan, Aprel döyüşləri müasir tariximizdə Qələbəyə aparan yolun başlanğıcı kimi xüsusi əhəmiyyət daşıyır. Ədəbi-bədii gecədə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Veysəloğlu Şirkətlər Qrupunun Baş icraçı direktorunun müavini İlqar Nuri, Aprel döyüşləri şəhidi Nurlan Əsgərovun və Vətən müharibəsi şəhidi İntiqam Əsgərovun anası Ziba Əsgərova, Birinci Qarabağ müharibəsi şəhidi Mehman Bayramovun və Aprel döyüşləri şəhidi kapitan Vaqif Bayramovun anası Zeynəb Bayramova çıxış ediblər. Veysəloğlu Şirkətlər Qrupunun Baş icraçı direktorunun müavini İlqar Nuri çıxışı zamanı Aprel döyüşlərində şəhid olmuş 90 qəhrəmanın adını bir-bir səsləndirib. Bu təsirli məqam zalda xüsusi duyğusal anlar yaşadıb və iştirakçılar tərəfindən dərin ehtiramla qarşılanıb. Çıxış edənlər Aprel döyüşlərinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı böyük Zəfərin başlanğıcı olduğunu vurğulayaraq, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Tədbirin sonunda tanınmış incəsənət xadimlərinin iştirakı ilə şəhidlərin əziz və unudulmaz xatirəsinə ithaf olunmuş “Xatirələr muzeyi” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Kompozisiya Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış qəhrəmanların real həyat hekayələri əsasında hazırlanıb. Kompozisiyanın ideya müəllifi Sevinc Orucova, ssenari müəllifi Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi, şair-yazıçı İlqar Fəhmi, quruluşçu rejissoru isə Əməkdar artist Nicat Kazımovdur.

Digər Layihələr

Veysəloğlu Distribusiya ADA Məktəbində xeyriyyə məqsədli keçirilən növbəti “Məhsul bayramı” - da iştirak edib.

Veysəloğlu Distribusiya ADA Məktəbində xeyriyyə məqsədli keçirilən növbəti “Məhsul bayramı” - da iştirak edib.

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində ənənəvi Payız festivalı – “Məhsul bayramı” təşkil olunub. Şirkətimiz sevimli partnyorları ilə birlikdə tədbirdə təmsil olunaraq xeyriyyə təşəbbüsünə dəstək verib. Festivalın əsas məqsədi şagird və tələbələrdə sosial məsuliyyət hissini formalaşdırmaq, milli-mənəvi dəyərləri və xeyriyyəçilik ənənələrini təbliğ etmək olub. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, dövlət rəsmiləri, Milli Məclisin deputatları, ADA Universitetinin rəhbərliyi, tərəfdaş şirkətlərin nümayəndələri, müəllimlər, tələbələr, valideynlər və məzunlar iştirak ediblər. “Veysəloğlu Distribusiya” festivalda “Nestlé Nescafé”, “Nestlé Nescafé Professional”, “ETİ”, “Şölen”, “Haribo” və “Tess” partnyorlarının məhsulları ilə iştirak edib.Tədbirdə iştirak edən partnyorlarımıza təşəkkür edirik. Təqdim olunan məhsullar xeyriyyə sərgi-satışında yer alaraq təhsil yönümlü sosial layihələrə dəstək məqsədinə xidmət edib. Qeyd edək ki, ötən il keçirilən “Məhsul bayramı”nda toplanan 27 309 manat hesabına dörd sosial layihə reallaşdırılıb və bu təşəbbüslərdən ümumilikdə 600 nəfər faydalanıb. “Veysəloğlu Distribusiya” olaraq partnyorlarımızla birlikdə təhsilə və sosial rifaha töhfə verən təşəbbüsləri dəstəkləməyə davam edirik.

Vesta HoReCa-nın təşəbbüsü ilə Badamlı brendi “Young Chef Azerbaijan” tədbirinə sponsor oldu

Vesta HoReCa-nın təşəbbüsü ilə Badamlı brendi “Young Chef Azerbaijan” tədbirinə sponsor oldu

19 - 20 oktyabr tarixlərində "Bakıda World YYY" təşkilatçılığı ilə “Young Chef Azerbaijan” tədbiri keçirilib. 200 nəfərə yaxın iştirakçının qatıldığı tədbirdə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov, tanınmış tədbir təşkilatçıları, eləcə də restoran, otel və şirkət rəhbərləri iştirak ediblər. “Veysəloğlu” MMC-nin Hotel, Restoran və Kafe (HoReCa) istiqaməti üzrə fəaliyyət göstərən “Vesta Horeka” Direktorluğunun təşəbbüsü ilə Badamlı mineral suları tədbirə sponsorluq edib. Sponsorluğun əsas məqsədi Badamlı brendinin HoReCa sektorunda tanıtımını gücləndirmək, restoran və qastronomiya sahəsində fəaliyyət göstərən peşəkarlarla əlaqələri inkişaf etdirmək və brendi hədəf auditoriyasına təqdim etmək olub. Tədbirin qastronomiya və aşpazlıq mövzusunda keçirilməsi Badamlı mineral sularının məhsul kateqoriyasına uyğun olaraq brendin təqdimatı üçün əlverişli imkan yaradıb.

Ozmo-dan Böyük Əks-səda Doğuran Mətbuat Konfransı

Ozmo-dan Böyük Əks-səda Doğuran Mətbuat Konfransı

Sevimli partnyorumuz “Şölen”in “Ozmo” brendi Bakıda media nümayəndələri, influenser analar və uşaqların iştirakı ilə böyük marağa səbəb olan xüsusi tədbir təşkil edib. Tədbirin mətbuat konfransı ölkədə böyük əks-səda doğurub. “JW Marriott Absheron Baku Hotel”də keçirilən tədbirdə “Ozmo” brendinin Azərbaycandakı fəaliyyəti, əldə etdiyi uğurlu nəticələr və gələcək inkişaf hədəfləri barədə ətraflı məlumat verilib. Tədbirin açılışında çıxış edən “Şölen”in Baş icraçı direktoru Erdoğan Çoban “Ozmo”nun sadəcə qəlyanaltı brendi deyil, uşaqların təxəyyülünü və yaradıcılığını dəstəkləyən, onların inkişafına töhfə verən və əyləncəni ön plana çıxaran bir “oyun yoldaşı” kimi mövqeləndirildiyini bildirib. Səmimi və əyləncəli atmosferdə keçən tədbir iştirakçıların böyük marağına səbəb olub və media nümayəndələri tərəfindən geniş işıqlandırılıb.

Sumqayıt-Xaçmaz Ofisi üzrə Boulinq Çempionatı – 2026

Sumqayıt-Xaçmaz Ofisi üzrə Boulinq Çempionatı – 2026

22 avqust tarixində Korporativ və Marketinq Kommunikasiyaları şöbəsi tərəfindən Park Qusar oteldə "Sumqayıt-Xaçmaz Ofisi üzrə Boulinq Çempionatı – 2026 " adlı tədbir həyata keçirilmişdir. 18 komanda və 100 nəfərə yaxın əməkdaşımızın iştirakı ilə keçirilən tədbirdə, iştirakçılar stolüstü oyunlarda fəal iştirak etmiş, boulinqdə isə əvvəl "təsnifat", daha sonra isə "final sessiyası" mərhələsində mübarizə aparıblar. Rəqabət və yüksək maraq şəraitində baş tutan çempionatın final nəticələrini təqdim edirik. • 1-ci yer: "Şimal" komandası • 2-ci yer: "Çıraqqala" komandası • 3-cü yer: "Badamlı" komandası Şirkətimiz tərəfindən qalib komandalara kubok və medallar təqdim olunmuşdur. Tədbirdə iştirak edən bütün əməkdaşlarımıza təşəkkür edirik!