Elşən Hacıyev Ulduz Şokolad Fabrikində İcraçı Direktor Əvəzedicisi vəzifəsinə təyin edilmişdir

Diqqətinizə çatdırırıq ki, Elşən Hacıyev Ulduz Şokolad Fabrikində İcraçı Direktor Əvəzedicisi vəzifəsinə təyin edilmişdir. Elşən Hacıyev qida sənayesində istehsalın idarə olunması, istehsal planlaşdırılması və texniki layihələrin həyata keçirilməsi üzrə 18 illik peşəkar təcrübəyə malikdir. Ali təhsilini 2001–2005-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında “İstehsalat proseslərinin avtomatlaşdırılması” ixtisası üzrə almışdır. 2023–2024-cü illərdə ADA Universitetində Mini MBA proqramı üzrə təhsilini tamamlamışdır. Peşəkar fəaliyyətinə 2008-ci ildə Ulduz Şokolad Fabrikində operator vəzifəsində başlamışdır. 2009-cu ildə Növbə rəisi, 2010-cu ildə Texnoloq, 2011-ci ildə İstehsal Planlaşdırılması və Layihələr Şöbəsinin müdiri, 2013-cü ildə isə İstehsalat Şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 2015–2022-ci illərdə Araz Supermarketlər Şəbəkəsinin “Xonça” istehsalatında İstehsalat rəhbəri vəzifəsində çalışmışdır. Bu müddət ərzində istehsalatın sıfırdan qurulması, istehsal sahələrinin və avadanlıqların yerləşiminin planlaşdırılması, əməliyyat proseslərinin təşkili və icrasına nəzarət etmişdir. 2022-ci ildən Ulduz Şokolad Fabrikində İstehsalat Departamentinin rəhbəri və İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərmişdir. Bu dövrdə istehsalın inkişafı, əməliyyat səmərəliliyinin artırılması, texniki modernləşdirmə və investisiya layihələrinin qiymətləndirilməsi istiqamətlərində fəaliyyət göstərmişdir. Elşən Hacıyev liderlik, kouçinq, strateji idarəetmə və istehsalatın idarə olunması üzrə müxtəlif təlimlərdə iştirak etmiş, BRC və ISO standartları üzrə audit sertifikatlarına yiyələnmişdir. Elşən Hacıyevi yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!





