Veysəloğlu Distribusiyada "Sahədən Ofisə-1" layihəsi başladı!

Veysəloğlu MMC-də həyata keçirilən “Sahədən Ofisə-1” layihəsi sahədə çalışan əməkdaşlarımızın peşəkar inkişafını dəstəkləmək, onların bilik və bacarıqlarını artırmaq, eləcə də gələcək ofis vəzifələrinə hazırlanmasına şərait yaratmaq məqsədi daşıyır. Layihə çərçivəsində seçilmiş iştirakçılar 8 həftəlik inkişaf proqramına qoşularaq texniki və yumşaq bacarıqlarını təkmilləşdirirlər. Proqramın sonunda əldə olunan bilik və bacarıqlar qiymətləndiriləcək, təlimləri uğurla tamamlayan əməkdaşlar uyğun ofis vakansiyaları üzrə dəyərləndirilmək imkanı qazanacaqlar.





