Korporativ və Marketinq Kommunikasiyaları Şöbəsinin əməkdaşları "Kent" fabrikində

Uzun illərdir etibarlı tərəfdaşımız olan Soyyiğit Group, bu gün dünyanın 4 qitəsində və 136 ölkəsində uğurlu biznes əməkdaşlıqları həyata keçirərək qlobal arenada mövqeyini daha da möhkəmləndirməkdədir. Şirkətimizin Korporativ və Marketinq Kommunikasiyaları Şöbəsinin komandası Soyyiğit Group-un ofisini ziyarət edərək Azərbaycan bazarı üçün həyata keçirilmiş 3 aylıq influenser kampaniyasının təqdimatında iştirak edib. Qeyd edək ki, kampaniya çərçivəsində 3 milyon nəfərdən çox auditoriyaya çatılaraq brendin tanıtımında mühüm nəticələr əldə olunub. Ziyarət zamanı əməkdaşlarımız fabriki gəzərək istehsalat prosesi ilə yaxından tanış olub və şirkətin fəaliyyətinin müxtəlif istiqamətləri barədə ətraflı məlumat alıblar.
