Veysəloğlu Distribusiya və Microsoft əməkdaşlıq görüşü

Veysəloğlu Distribusiya şirkəti ilə Microsoft şirkətinin rəhbər heyəti arasında rəsmi görüş keçirilmişdir. Görüş çərçivəsində tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi və müasir rəqəmsal həllərin inteqrasiyası istiqamətində fikir mübadiləsi aparılmışdır. Eyni zamanda, Veysəloğlu-nun Data komandası Microsoft tərəfindən təşkil olunan ixtisasartırma təlimində iştirak edərək yeni texnologiyalar və innovativ yanaşmalar üzrə biliklərini inkişaf etdirmişdir.
