Loading tabs...

Şirkətimizlə Bağlı Son Xəbərlər

“Veysəloğlu” MMC 5-ci “Brand Award International 2026” qlobal müsabiqəsində mükafatlandırılan şirkətlər sırasında yer alıb.

“Veysəloğlu” MMC 5-ci “Brand Award International 2026” qlobal müsabiqəsində mükafatlandırılan şirkətlər sırasında yer alıb. “Award Organizers Group” tərəfindən təşkil olunan müsabiqə “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının rəsmi dəstəyi, “Azərbaycan Sənaye Sığorta” ASC, “Baku Container”, “Azerish” və “ERPGO” şirkətlərinin sponsorluğu ilə keçirilib. Müsabiqə çərçivəsində müxtəlif iqtisadi sahələrdə fəaliyyət göstərən, öz seqmentində möhkəm mövqeyi və ictimaiyyət arasında tanınması ilə seçilən 50 ticarət markası müəyyən edilərək mükafatlandırılıb. Bu uğur münasibətilə bütün əməkdaşlarımızı təbrik edir, birlikdə daha böyük nailiyyətlər arzulayırıq!

Daha çox
“Veysəloğlu” MMC 5-ci “Brand Award International 2026” qlobal müsabiqəsində mükafatlandırılan şirkətlər sırasında yer alıb.

Yeni partnyor - Avromak şirkəti

Sizə yeni partnyorumuz “Avromak” şirkətini və onun “Favelli”və“Rizzi” brendinə məxsus makaron və un çeşidlərini təqdim etməkdən məmnunluq duyuruq. “Avromak” MMC 2019-cu ildə Azərbaycanda, Bakı şəhərində fəaliyyətə başlamışdır. Ölkəmizdə qida istehsalı sahəsində fəaliyyət göstərən, məhsul portfelində makaron və un çeşidlərini birləşdirən şirkətdir. Şirkət istehsal prosesində müasir texnologiyalardan istifadə etməklə məhsulların keyfiyyətinə və gigiyenik istehsal şəraitinə diqqət yetirir. İtaliya mətbəxindən ilhamlanan yeməklər hazırlamaq üçün müxtəlif seçimlər təqdim edən “Favelli” makaronları bərk buğda unundan , sudan və duzdan hazırlanır. Brendin çeşidləri gündəlik ailə süfrələrindən xüsusi axşam yeməklərinə qədər fərqli reseptlərdə istifadə oluna bilər. “Favelli” “Rizzi” makaron çeşidləri arasında spagetti, burma və vermişel yer alır. Spagetti pomidorlu, qaymaqlı və digər souslarla hazırlanan yeməklər üçün klassik seçimdir. Burma makaronlar tərəvəzli, ətli yeməklərdə və makaron salatlarında istifadə oluna bilər. Vermişel isə şorbalar və yüngül yeməklər hazırlamaq üçün əlverişli seçimdir. “Favelli” un məhsulları da şirkətin məhsul portfelinə daxildir. Evdə çörək, xəmir yeməkləri və müxtəlif şirniyyatlar hazırlayanlar üçün bu kateqoriya gündəlik mətbəx ehtiyaclarını tamamlayır.

Daha çox
Yeni partnyor - Avromak şirkəti

“Jardin” yeni məhsul çeşidlərini təqdim edir

Veysəloğlu Distribusiyanın sevimli partnyorlarından biri olan “Jardin” brendinin yeni məhsul çeşidləri təqdim olunur. Yeni kolleksiya qovrulmuş, həll olunan və kapsul qəhvələrlə yanaşı, məşhur kofeşop içkilərindən ilhamlanan xüsusi qarışıqları da əhatə edir. “Jardin”in məhsul portfeli müxtəlif dad seçimlərinə uyğun geniş çeşiddə hazırlanıb. Brendin qovrulmuş qəhvə kolleksiyasında Braziliya, Efiopiya, Kolumbiya və Qvatemala kimi tanınmış qəhvə regionlarından seçilmiş arabika dənələrindən istifadə olunur. Açıq, orta və tünd qovrulma dərəcələri məhsullara fərqli dad və ətir xüsusiyyətləri qazandırır. Brendin kapsul qəhvə kolleksiyası “Lungo”, “Espresso” və “Ristretto” sevənlər üçün müxtəlif intensivlikdə seçimlər təqdim edir. Kolleksiyada meyvə notları, zəngin acılıq, yumşaq dad və vanilli ətir kimi fərqli dad xüsusiyyətləri bir araya gətirilib. Həll olunan qəhvə kolleksiyasına balanslı və yumşaq dada malik “Jardin Gold”, tünd şokolad notları ilə seçilən “Jardin Deep Dark”, karamel dadı və zərif köpüyü ilə fərqlənən “Jardin Crema”, həmçinin şokoladlı və qaymaqlı notlara malik “Jardin Filigrano” daxildir. Qəhvə dənələrinin mənşəyini ön plana çıxaran “Colombia Medellin”, “Guatemala Atitlan” və “Kenya Kilimanjaro” çeşidləri isə müxtəlif qəhvə regionlarına xas dad xüsusiyyətlərini istehlakçılara təqdim edir. “Jardin Café Collection” seriyası “Americano”, “Cappuccino”, “Latte” və “Mocaccino” kimi məşhur içkiləri rahat porsiyalı formatda bir araya gətirir. Məhsullar zəngin dadı, xoş ətri və zərif süd köpüyü ilə kofeşop təcrübəsini gündəlik qəhvə anlarına daşıyır. Yeni məhsul çeşidləri fərqli qəhvə zövqlərinə uyğun alternativlər təqdim etməklə yanaşı, istehlakçılara günün istənilən vaxtında keyfiyyətli qəhvədən zövq almaq imkanı yaradır.

Daha çox
“Jardin” yeni məhsul çeşidlərini təqdim edir

Digər xəbərlər

Veysəloğlu Futbol Liqasının çempionu – Maliyyə Direktorluğunun "Money Makers" komandası - 2026-nın çempionu oldu!

Veysəloğlu Futbol Liqasının çempionu – Maliyyə Direktorluğunun "Money Makers" komandası - 2026-nın çempionu oldu!

Maliyyə Direktorluğunun "Money Makers" komandası Veysəloğlu Futbol Liqasının çempionu oldu! Final qarşılaşmasında "Money Makers" komandası "Candy United" komandası üzərində 7:1 hesablı inamlı qələbə qazanaraq Veysəloğlu Futbol Liqasının çempionu oldu. Çempion komandamızın bütün oyunçularını, kapitanını və azarkeşlərini bu möhtəşəm uğur münasibətilə ürəkdən təbrik edir, gələcək yarışlarda da yeni nailiyyətlər arzulayırıq. Eyni zamanda, finala qədər yüksələrək maraqlı mübarizə nümayiş etdirən "Candy United" komandasına təşəkkür edir, göstərdikləri əzmkarlıq və idman ruhuna görə minnətdarlığımızı bildiririk. Veysəloğlu Futbol Liqasında iştirak edən bütün komandalara, sponsorlarımıza və təşkilati dəstək göstərən hər kəsə təşəkkür edirik.

"Ulduz" Şokolad Fabriki  7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində iştirak etdi

"Ulduz" Şokolad Fabriki 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində iştirak etdi

17-20 iyun tarixlərində ölkəmizin ən nüfuzlu biznes platformalarından biri olan 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi uğurla keçirildi. Bu mötəbər tədbirdə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki və "Xonça" Fabriki birlikdə yüksək səviyyədə təmsil olundu. Sərgi müddətində stendimiz ziyarətçilər tərəfindən böyük maraqla qarşılandı. Təqdim etdiyimiz zəngin məhsul çeşidi, yüksək keyfiyyət standartlarımız və innovativ yanaşmamız şirkətlərimizin gücünü və etibarlılığını bir daha nümayiş etdirdi. Xüsusilə "Ulduz" brendinin qənnadı və şokolad məhsulları iştirakçıların xüsusi rəğbətini qazandı və stendimiz sərginin ən çox ziyarət edilən guşələrindən birinə çevrildi. Bu cür platformalarda əldə etdiyimiz uğurlar brendlərimizin bazardakı mövqeyini daha da gücləndirir, yeni əməkdaşlıqların qurulmasına və gələcək layihələr üçün yeni imkanların yaranmasına töhfə verir. Korporativ dəyərlərimizə sadiq qalaraq, həm yerli bazarda, həm də ixrac istiqamətində yeni uğurlara doğru inamla irəliləməyə davam edirik. Bu nailiyyətdə əməyi olan bütün əməkdaşlarımıza səmimi təşəkkürümüzü bildiririk. Hər birinizin peşəkarlığı, fədakarlığı və komanda ruhu bu uğurun əsas təməlidir.

Veysəloğlu Distribusiya əməkdaşları "Milli Marketinq Forumu - 2026" tədbirində iştirak edib.

Veysəloğlu Distribusiya əməkdaşları "Milli Marketinq Forumu - 2026" tədbirində iştirak edib.

İnkişafın və innovasiyanın əsas hərəkətverici qüvvəsi davamlı öyrənməkdir. Bu prinsipi rəhbər tutaraq, Veysəloğlu MMC-nin 11 nəfər əməkdaşı marketinq sahəsinin aparıcı peşəkarlarını bir araya gətirən Milli Marketinq Forumu 2026-da iştirak etmişdir. Forum çərçivəsində əməkdaşlarımız marketinq strategiyaları, süni intellektin biznesə təsiri, müştəri təcrübəsinin idarə olunması, rəqəmsal transformasiya və gələcəyin biznes trendləri kimi mühüm mövzular üzrə dəyərli bilik və təcrübə əldə etmişlər. Bu iştirak yalnız yeni biliklərin qazanılması ilə məhdudlaşmır. Eyni zamanda fərqli baxış bucaqları ilə tanış olmaq, peşəkar şəbəkələri genişləndirmək və əldə olunan təcrübələri iş mühitimizdə tətbiq etmək üçün mühüm bir fürsət olmuşdur. Biz inanırıq ki, daim öyrənən və inkişaf edən komanda daha güclü və dayanıqlı nəticələr yaradır. Əməkdaşlarımızın peşəkar inkişafına dəstək olmaq və onların ölkənin nüfuzlu tədbirlərində iştirakını təmin etmək şirkətimizin əsas prioritetlərindən biridir.

Miratorq tərəfindən təşəkkür sertifikatı

Miratorq tərəfindən təşəkkür sertifikatı

Sevimli partnyorumuz Miratorq tərəfindən 5 - 7 iyun tarixlərində Bakı şəhərinin müxtəlif məkanlarında təşkil olunan "Miratorq Fest" uğurla yekunlaşmışdır. Festival çərçivəsində iştirakçılara müxtəlif konseptlər üzrə unikal təcrübələr təqdim edilmiş, əyləncə, qastronomiya və açıq hava tədbirləri bir araya gətirilərək şəhərin müxtəlif nöqtələrində xüsusi atmosfer yaradılmışdır. Miratorq ilə uğurlu əməkdaşlığımızın və birgə fəaliyyətimizin nəticəsi olaraq, Veysəloğlu MMC Miratorq fabriki tərəfindən sertifikatla təltif edilmişdir. Sertifikat 4 iyun tarixində Bakı şəhərində yerləşən "Four Seasons Hotel Baku"- da keçirilən Qala gecəsində təqdim olunmuşdur. Bu uğurda əməyi olan bütün əməkdaşlarımıza təşəkkür edir, göstərdiyiniz peşəkarlıq və dəstəyə görə minnətdarlığımızı bildiririk.

Veysəloğlu Distribusiya əməkdaşları Azərbaycanın Minifutbol Milli Komandasını qürurla qarşıladı

Veysəloğlu Distribusiya əməkdaşları Azərbaycanın Minifutbol Milli Komandasını qürurla qarşıladı

5 iyun tarixində Veysəloğlu Distribusiya əməkdaşları Slovakiyada keçirilən Avropa Çempionatının qalibi olan Azərbaycan Minifutbol Milli Komandasını böyük qürur və sevinc hissi ilə qarşıladı. Qarşılama tədbiri Heydər Əliyev adına Beynəlxalq Hava Limanında baş tutdu. Qeyd edək ki, Milli komandamız final görüşündə Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edərək Avropa çempionu adına layiq görüldü. Bu qələbə ilə Azərbaycan Minifutbol Milli Komandası tarixində ikinci dəfə Avropa çempionu oldu. Komandamız daha əvvəl 2022-ci ildə avropa çempionu, 2025-ci ildə isə Bakıda keçirilən dünya çempionatının qalibi olmuşdur. Əməkdaşlarımız ölkəmizi beynəlxalq arenada uğurla təmsil edən idmançılarımızı böyük qürur ilə qarşılayaraq, onlarla xatirə fotosu çəkdirdi. İkiqat Avropa Çempionu olan Azərbaycan Minifutbol Milli Komandasını ürəkdən təbrik edir, gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq!