Loading tabs...

Şirkətimizlə Bağlı Son Xəbərlər

“Veysəloğlu” MMC 5-ci “Brand Award International 2026” qlobal müsabiqəsində mükafatlandırılan şirkətlər sırasında yer alıb.

“Veysəloğlu” MMC 5-ci “Brand Award International 2026” qlobal müsabiqəsində mükafatlandırılan şirkətlər sırasında yer alıb. “Award Organizers Group” tərəfindən təşkil olunan müsabiqə “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının rəsmi dəstəyi, “Azərbaycan Sənaye Sığorta” ASC, “Baku Container”, “Azerish” və “ERPGO” şirkətlərinin sponsorluğu ilə keçirilib. Müsabiqə çərçivəsində müxtəlif iqtisadi sahələrdə fəaliyyət göstərən, öz seqmentində möhkəm mövqeyi və ictimaiyyət arasında tanınması ilə seçilən 50 ticarət markası müəyyən edilərək mükafatlandırılıb. Bu uğur münasibətilə bütün əməkdaşlarımızı təbrik edir, birlikdə daha böyük nailiyyətlər arzulayırıq!

Daha çox
“Veysəloğlu” MMC 5-ci “Brand Award International 2026” qlobal müsabiqəsində mükafatlandırılan şirkətlər sırasında yer alıb.

Yeni partnyor - Avromak şirkəti

Sizə yeni partnyorumuz “Avromak” şirkətini və onun “Favelli”və“Rizzi” brendinə məxsus makaron və un çeşidlərini təqdim etməkdən məmnunluq duyuruq. “Avromak” MMC 2019-cu ildə Azərbaycanda, Bakı şəhərində fəaliyyətə başlamışdır. Ölkəmizdə qida istehsalı sahəsində fəaliyyət göstərən, məhsul portfelində makaron və un çeşidlərini birləşdirən şirkətdir. Şirkət istehsal prosesində müasir texnologiyalardan istifadə etməklə məhsulların keyfiyyətinə və gigiyenik istehsal şəraitinə diqqət yetirir. İtaliya mətbəxindən ilhamlanan yeməklər hazırlamaq üçün müxtəlif seçimlər təqdim edən “Favelli” makaronları bərk buğda unundan , sudan və duzdan hazırlanır. Brendin çeşidləri gündəlik ailə süfrələrindən xüsusi axşam yeməklərinə qədər fərqli reseptlərdə istifadə oluna bilər. “Favelli” “Rizzi” makaron çeşidləri arasında spagetti, burma və vermişel yer alır. Spagetti pomidorlu, qaymaqlı və digər souslarla hazırlanan yeməklər üçün klassik seçimdir. Burma makaronlar tərəvəzli, ətli yeməklərdə və makaron salatlarında istifadə oluna bilər. Vermişel isə şorbalar və yüngül yeməklər hazırlamaq üçün əlverişli seçimdir. “Favelli” un məhsulları da şirkətin məhsul portfelinə daxildir. Evdə çörək, xəmir yeməkləri və müxtəlif şirniyyatlar hazırlayanlar üçün bu kateqoriya gündəlik mətbəx ehtiyaclarını tamamlayır.

Daha çox
Yeni partnyor - Avromak şirkəti

“Jardin” yeni məhsul çeşidlərini təqdim edir

Veysəloğlu Distribusiyanın sevimli partnyorlarından biri olan “Jardin” brendinin yeni məhsul çeşidləri təqdim olunur. Yeni kolleksiya qovrulmuş, həll olunan və kapsul qəhvələrlə yanaşı, məşhur kofeşop içkilərindən ilhamlanan xüsusi qarışıqları da əhatə edir. “Jardin”in məhsul portfeli müxtəlif dad seçimlərinə uyğun geniş çeşiddə hazırlanıb. Brendin qovrulmuş qəhvə kolleksiyasında Braziliya, Efiopiya, Kolumbiya və Qvatemala kimi tanınmış qəhvə regionlarından seçilmiş arabika dənələrindən istifadə olunur. Açıq, orta və tünd qovrulma dərəcələri məhsullara fərqli dad və ətir xüsusiyyətləri qazandırır. Brendin kapsul qəhvə kolleksiyası “Lungo”, “Espresso” və “Ristretto” sevənlər üçün müxtəlif intensivlikdə seçimlər təqdim edir. Kolleksiyada meyvə notları, zəngin acılıq, yumşaq dad və vanilli ətir kimi fərqli dad xüsusiyyətləri bir araya gətirilib. Həll olunan qəhvə kolleksiyasına balanslı və yumşaq dada malik “Jardin Gold”, tünd şokolad notları ilə seçilən “Jardin Deep Dark”, karamel dadı və zərif köpüyü ilə fərqlənən “Jardin Crema”, həmçinin şokoladlı və qaymaqlı notlara malik “Jardin Filigrano” daxildir. Qəhvə dənələrinin mənşəyini ön plana çıxaran “Colombia Medellin”, “Guatemala Atitlan” və “Kenya Kilimanjaro” çeşidləri isə müxtəlif qəhvə regionlarına xas dad xüsusiyyətlərini istehlakçılara təqdim edir. “Jardin Café Collection” seriyası “Americano”, “Cappuccino”, “Latte” və “Mocaccino” kimi məşhur içkiləri rahat porsiyalı formatda bir araya gətirir. Məhsullar zəngin dadı, xoş ətri və zərif süd köpüyü ilə kofeşop təcrübəsini gündəlik qəhvə anlarına daşıyır. Yeni məhsul çeşidləri fərqli qəhvə zövqlərinə uyğun alternativlər təqdim etməklə yanaşı, istehlakçılara günün istənilən vaxtında keyfiyyətli qəhvədən zövq almaq imkanı yaradır.

Daha çox
“Jardin” yeni məhsul çeşidlərini təqdim edir

Digər xəbərlər

Veysəloğlu MMC "ISO 22000" və "ISO 9001" Beynəlxalq Sertifikatlarını Əldə Etdi!

Veysəloğlu MMC "ISO 22000" və "ISO 9001" Beynəlxalq Sertifikatlarını Əldə Etdi!

Böyük qürur və sevinc hissi ilə bildiririk ki, Veysəloğlu MMC ilk dəfə olaraq ISO 22000 və ISO 9001 beynəlxalq sertifikatlarını əldə etmişdir. Bu mühüm nailiyyət şirkətimizin yalnız ölkə daxilində deyil, beynəlxalq standartlara cavab verən keyfiyyət və qida təhlükəsizliyi idarəetmə sisteminə malik olduğunu bir daha təsdiqləyir. Eyni zamanda bu uğur müəssisəmizdə formalaşmış yüksək peşəkarlıq, məsuliyyət və davamlı inkişaf mədəniyyətinin bariz göstəricisidir. ISO 22000 sertifikatı qida təhlükəsizliyi idarəetmə sistemimizin xammalın qəbulundan son istehlak mərhələsinə qədər bütün proseslərdə beynəlxalq tələblərə uyğun fəaliyyət göstərdiyini təsdiqləyir. Bu standart qida zəncirində mövcud ola biləcək risklərin vaxtında müəyyən edilməsini və effektiv idarə olunmasını təmin edərək müştərilərimizə təhlükəsiz məhsul təqdim etməyimizin zəmanətidir. ISO 9001 sertifikatı isə keyfiyyət idarəetmə sistemimizin səmərəli, davamlı və müştəri yönümlü olduğunu təsdiqləyir. Bu, bütün proseslərimizin optimallaşdırıldığını və müştəri məmnuniyyətinin əsas prioritetlərimizdən biri olduğunu göstərir. Sertifikatların əldə olunması çoxmərhələli və ciddi nəzarət tələb edən bir proses olmuşdur. Xammalların seçimi və təsdiqi, təchizatçıların qiymətləndirilməsi, daxili auditlərin aparılması, proseslərin beynəlxalq standartlara uyğunlaşdırılması, sənədləşmə və prosedurların hazırlanması bu yolun əsas mərhələlərini təşkil etmişdir. Əldə olunan nəticə komandamızın peşəkarlığının, əzmkarlığının və beynəlxalq standartlara sadiqliyinin real göstəricisidir. Bu böyük nailiyyətdə əməyi olan bütün əməkdaşlarımıza təşəkkürümüzü bildiririk. Hər birinizin zəhməti, məsuliyyətli yanaşması və fədakarlığı bu uğurun ayrılmaz hissəsidir.

Global Seafood Expo 2026

Global Seafood Expo 2026

Diqqətinizə çatdırırıq ki, İspaniyanın Barselona şəhərində keçirilən "Global Seafood Expo 2026" sərgisində şirkətimizi Vesta Horeka Direktorluğunun İdarəedici Direktoru Sübhan Abbasov, Kateqoriya Meneceri Elnur Abadov və Tədarük Zənciri Direktorluğunun Tədarük üzrə Aparıcı Mütəxəssisi, eyni zamanda “Yüksək Potensiallı Əməkdaşların Dəyərləndirilməsi və İnkişafı Layihəsi” (HiPo) - nin iştirakçısı Əsməd Əsədullayeva təmsil etmişdir. Sərgidə iştirakın əsas məqsədi HoReCa kanalında dəniz məhsulları kateqoriyası üzrə yeni imkanları araşdırmaq, beynəlxalq təchizatçılarla əməkdaşlıq perspektivlərini dəyərləndirmək və bazardakı son tendensiyalarla yaxından tanış olmaq olmuşdur. Nümayəndə heyəti sərgi çərçivəsində 3 gün ərzində aktiv iştirak etmiş, bir sıra işgüzar görüşlər keçirmiş və potensial tərəfdaşlarla əməkdaşlıq imkanlarını müzakirə etmişdir.

Şirkətimiz “Best Distributor of Nestle Eurasia 2025” mükafatına layiq görülüb!

Şirkətimiz “Best Distributor of Nestle Eurasia 2025” mükafatına layiq görülüb!

Böyük məmnuniyyət hissi ilə şirkətimizin növbəti uğuru, nəhəng qida şirkəti “Nestle” tərəfindən mükafata layiq görülməsi xəbərini sizinlə bölüşürük. Belə ki, 7-8 aprel tarixində Qazaxıstan Almatı şəhərində 9 ölkə üzrə 13 distribüterlərin iştirakı ilə “Accelerate & Transform TOGETHER” konfransı təşkil olunub. Bu konfransda “Veysəloğlu Distribusiya” şirkəti Avrasiya ərazisində “Best Distributor of Nestle Eurasia 2025” mükafatına layiq görülüb. 2014-cü ildən əməkdaşlıq etdiyimiz dəyərli partnyorumuz “Nestle” dünyanın çox geniş istehsalat sahələrinə malik qida şirkətlərindəndir. Şirkətimiz tərəfindən Nestle”nin səhər və uşaq yeməkləri çeşidləri, şokolad, kofe, qida dadlandırıcısı, bulyonlar, heyvan qidaları və bir sıra digər yüksək keyfiyyətli məhsullarının distribusiyası həyata keçirilir. Nailiyyətimiz münasibətilə şirkətimizi, xüsusilə “Nestle” komandasını təbrik edir, əməkdaşlığımızın və uğurlarımızın davamlı olmasını diləyirik!