Loading tabs...

Şirkətimizlə Bağlı Son Xəbərlər

“Veysəloğlu” MMC 5-ci “Brand Award International 2026” qlobal müsabiqəsində mükafatlandırılan şirkətlər sırasında yer alıb.

“Veysəloğlu” MMC 5-ci “Brand Award International 2026” qlobal müsabiqəsində mükafatlandırılan şirkətlər sırasında yer alıb. “Award Organizers Group” tərəfindən təşkil olunan müsabiqə “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının rəsmi dəstəyi, “Azərbaycan Sənaye Sığorta” ASC, “Baku Container”, “Azerish” və “ERPGO” şirkətlərinin sponsorluğu ilə keçirilib. Müsabiqə çərçivəsində müxtəlif iqtisadi sahələrdə fəaliyyət göstərən, öz seqmentində möhkəm mövqeyi və ictimaiyyət arasında tanınması ilə seçilən 50 ticarət markası müəyyən edilərək mükafatlandırılıb. Bu uğur münasibətilə bütün əməkdaşlarımızı təbrik edir, birlikdə daha böyük nailiyyətlər arzulayırıq!

Daha çox
“Veysəloğlu” MMC 5-ci “Brand Award International 2026” qlobal müsabiqəsində mükafatlandırılan şirkətlər sırasında yer alıb.

Yeni partnyor - Avromak şirkəti

Sizə yeni partnyorumuz “Avromak” şirkətini və onun “Favelli”və“Rizzi” brendinə məxsus makaron və un çeşidlərini təqdim etməkdən məmnunluq duyuruq. “Avromak” MMC 2019-cu ildə Azərbaycanda, Bakı şəhərində fəaliyyətə başlamışdır. Ölkəmizdə qida istehsalı sahəsində fəaliyyət göstərən, məhsul portfelində makaron və un çeşidlərini birləşdirən şirkətdir. Şirkət istehsal prosesində müasir texnologiyalardan istifadə etməklə məhsulların keyfiyyətinə və gigiyenik istehsal şəraitinə diqqət yetirir. İtaliya mətbəxindən ilhamlanan yeməklər hazırlamaq üçün müxtəlif seçimlər təqdim edən “Favelli” makaronları bərk buğda unundan , sudan və duzdan hazırlanır. Brendin çeşidləri gündəlik ailə süfrələrindən xüsusi axşam yeməklərinə qədər fərqli reseptlərdə istifadə oluna bilər. “Favelli” “Rizzi” makaron çeşidləri arasında spagetti, burma və vermişel yer alır. Spagetti pomidorlu, qaymaqlı və digər souslarla hazırlanan yeməklər üçün klassik seçimdir. Burma makaronlar tərəvəzli, ətli yeməklərdə və makaron salatlarında istifadə oluna bilər. Vermişel isə şorbalar və yüngül yeməklər hazırlamaq üçün əlverişli seçimdir. “Favelli” un məhsulları da şirkətin məhsul portfelinə daxildir. Evdə çörək, xəmir yeməkləri və müxtəlif şirniyyatlar hazırlayanlar üçün bu kateqoriya gündəlik mətbəx ehtiyaclarını tamamlayır.

Daha çox
Yeni partnyor - Avromak şirkəti

“Jardin” yeni məhsul çeşidlərini təqdim edir

Veysəloğlu Distribusiyanın sevimli partnyorlarından biri olan “Jardin” brendinin yeni məhsul çeşidləri təqdim olunur. Yeni kolleksiya qovrulmuş, həll olunan və kapsul qəhvələrlə yanaşı, məşhur kofeşop içkilərindən ilhamlanan xüsusi qarışıqları da əhatə edir. “Jardin”in məhsul portfeli müxtəlif dad seçimlərinə uyğun geniş çeşiddə hazırlanıb. Brendin qovrulmuş qəhvə kolleksiyasında Braziliya, Efiopiya, Kolumbiya və Qvatemala kimi tanınmış qəhvə regionlarından seçilmiş arabika dənələrindən istifadə olunur. Açıq, orta və tünd qovrulma dərəcələri məhsullara fərqli dad və ətir xüsusiyyətləri qazandırır. Brendin kapsul qəhvə kolleksiyası “Lungo”, “Espresso” və “Ristretto” sevənlər üçün müxtəlif intensivlikdə seçimlər təqdim edir. Kolleksiyada meyvə notları, zəngin acılıq, yumşaq dad və vanilli ətir kimi fərqli dad xüsusiyyətləri bir araya gətirilib. Həll olunan qəhvə kolleksiyasına balanslı və yumşaq dada malik “Jardin Gold”, tünd şokolad notları ilə seçilən “Jardin Deep Dark”, karamel dadı və zərif köpüyü ilə fərqlənən “Jardin Crema”, həmçinin şokoladlı və qaymaqlı notlara malik “Jardin Filigrano” daxildir. Qəhvə dənələrinin mənşəyini ön plana çıxaran “Colombia Medellin”, “Guatemala Atitlan” və “Kenya Kilimanjaro” çeşidləri isə müxtəlif qəhvə regionlarına xas dad xüsusiyyətlərini istehlakçılara təqdim edir. “Jardin Café Collection” seriyası “Americano”, “Cappuccino”, “Latte” və “Mocaccino” kimi məşhur içkiləri rahat porsiyalı formatda bir araya gətirir. Məhsullar zəngin dadı, xoş ətri və zərif süd köpüyü ilə kofeşop təcrübəsini gündəlik qəhvə anlarına daşıyır. Yeni məhsul çeşidləri fərqli qəhvə zövqlərinə uyğun alternativlər təqdim etməklə yanaşı, istehlakçılara günün istənilən vaxtında keyfiyyətli qəhvədən zövq almaq imkanı yaradır.

Daha çox
“Jardin” yeni məhsul çeşidlərini təqdim edir

Digər xəbərlər

Yeni partnyorumuz - Mokate Fabriki

Yeni partnyorumuz - Mokate Fabriki

Sizə yeni partnyorumuz "Mokate Fabriki" ni təqdim etməkdən məmnunluq duyuruq. "Mokate" Polşada yaranmış və bu gün Avropanın aparıcı qəhvə və içki istehsalçılarından biri olan qida şirkətidir. 1990-cı ildən etibarən müasir formada fəaliyyət göstərən şirkət sürətlə inkişaf etmiş və bu gün 70-dən çox ölkəyə ixrac edən beynəlxalq brendə çevrilmişdir. Şirkət əsasən instant qəhvə, cappuccino, latte, çay, kakao və funksional içkilər (o cümlədən matcha) istehsalı üzrə ixtisaslaşıb. "Mokate" şirkətinin əsas brendlərindən biri olan Matcha çayı tərkibindəki təbii kofein sayəsində kəskin yox, stabil və uzunmüddətli enerji verir, gün ərzində yorğunluğun qarşısını alır. Matcha həm də güclü antioksidant mənbəyidir, bədəni qoruyur, hüceyrələrin yenilənməsinə dəstək olur və immun sistemini gücləndirir. "Mokate" məhsullarını ölkəmizin marketlərindən əldə edə bilərsiniz.

Yeni Rəqəmsal İş Yerimiz: "Bizim HR" Mobil Tətbiqi İstifadənizdədir!

Yeni Rəqəmsal İş Yerimiz: "Bizim HR" Mobil Tətbiqi İstifadənizdədir!

Şirkətimizdə ünsiyyəti daha sürətli, şəffaf və innovativ etmək məqsədilə hazırladığımız “Bizim HR” mobil intranet platformasını sizə təqdim etməkdən məmnunluq duyuruq! Bu platforma sizin gündəlik iş həyatınızı asanlaşdıracaq və bütün zəruri məlumatları vahid məkanda birləşdirən “rəqəmsal iş yeriniz” kimi fəaliyyət göstərəcək. Bu tətbiq şirkətin hər bir əməkdaşı üçün əlçatandır. Yalnız ofis əməkdaşları və e-mail hesabı olanlar yox, şirkətin İR sistemində telefon nömrəsi qeyd olunmuş hər kəs tətbiqdən istifadə edə biləcək. Tətbiqdə siz şirkət xəbərləri, vacib elanlar və tədbirlər barədə bildirişləri anında mobil cihazınızda ala, suallarınıza saniyələr içində cavab verən daxili süni intellekt köməkçimizdən (V-AI) istifadə edə, davamiyyət göstəricilərinizi (işə giriş-çıxış) birbaşa tətbiq üzərindən izləyə, iş yoldaşlarınızın ad günlərini və iş ildönümlərini qaçırmadan təbrik edə, həftəlik yemək menyusu ilə tanış ola, maraqlı podkastlar dinləyə və şirkət siyasətlərinə sürətli çıxış əldə edə, həmçinin İR, PR, Sətəm və digər departamentlərdən gələn mühüm bildirişlərdən anında xəbərdar ola biləcəksiniz. Necə istifadə etməli? Tətbiq istifadəçi dostu interfeysi ilə hazırlanmışdır ki, bu da sizin həm iş vaxtı, həm də işdən kənar vaxtlarda platformadan rahat və yorulmadan istifadə etməyinizi təmin edir. Tətbiqi yükləmək üçün: • Android istifadəçiləri Google Play mağazasından “Bizim HR” tətbiqini axtararaq yükləyə biləcəklər. • iOS istifadəçiləri üçün tətbiqin yaxın günlərdə App Store-da yayımlanacaq

Veysəloğlu MMC-nin Departament müdiri “Yeni Üfüq” layihəsinin rəsmi açılışında çıxış edib

Veysəloğlu MMC-nin Departament müdiri “Yeni Üfüq” layihəsinin rəsmi açılışında çıxış edib

Hilton Hotel-də SOCAR Midstream Gas Operations və Cənubi Qafqaz Boru Kəməri tərəfdaşlarının dəstəyi ilə həyata keçirilən “Yeni Üfüq” layihəsinin açılış mərasimində Veysəloğlu MMC-nin İnsan Kapitalı Departamentinin müdiri Elvin Əhmədov çıxış edərək özəl şirkətlərin sosial məsuliyyət və inklüziv məşğulluq sahəsindəki təşəbbüslərini təqdim etdi. Layihənin məqsədi valideyn himayəsindən məhrum olmuş gənclərin məşğulluq bacarıqlarını artırmaq və onların əmək bazarına uğurlu inteqrasiyasına dəstək göstərməkdir. Tədbir çərçivəsində inklüziv məşğulluq, sosial reinteqrasiya və dövlət-özəl sektor əməkdaşlığı mövzularında panel müzakirələr də təşkil olunub.

"Bonduelle"-in yeni məhsulu - "Klassik Barbekü Sousunda Qırmızı Konservləşdirilmiş Lobya"

"Bonduelle"-in yeni məhsulu - "Klassik Barbekü Sousunda Qırmızı Konservləşdirilmiş Lobya"

Sevimli tərəfdaşımız "Bonduelle"-in yeni məhsulunu təqdim edirik! "Klassik Barbekü Sousunda Qırmızı Konservləşdirilmiş Lobya" gündəlik nahar və şam yeməklərinizi həm daha doyurucu, həm də zəngin dad çalarları ilə fərqli etmək üçün mükəmməl seçimdir. Premium keyfiyyətli qırmızı lobyanın ləziz barbekü sousu ilə harmoniyası unikal dad balansı yaradır. Bu məhsul, "Bonduelle"-in peşəkar şef-aşpazları tərəfindən xüsusi resept əsasında, ənənəvi və müasir dadların sintezi ilə hazırlanıb. 1853-cü ildə Fransada təməli qoyulan "Bonduelle" , tərəvəz emalı sahəsində dünyanın ən etibarlı brendlərindən biridir. Şirkətimiz 2004-cü ildən etibarən bu nüfuzlu brendin ölkəmizdəki rəsmi distribütorudur. "Bonduelle"-in yeni məhsul çeşidini artıq şəhərin bütün marketlərindən əldə edə bilərsiniz.

Yeni partnyorumuz - "United Confectioners / Объединенные кондитеры"

Yeni partnyorumuz - "United Confectioners / Объединенные кондитеры"

Sizə yeni partnyorumuz "Uniconf" şirkətini "United Confectioners" təqdim etməkdən məmnunluq duyuruq. "Uniconf" Şərqi Avropanın ən böyük şirniyyat holdinglərindən və Rusiya qənnadı sənayesinin liderlərindən biri hesab olunur. Şirkət tərkibində 19 konfet fabriki fəaliyyət göstərir. Bu müəssisələr arasında zəngin tarixə malik olan "Krasniy Oktyabr", "Babaevsky" və "Rot Front" fabrikləri ilə artıq əməkdaşlığa başlamışıq. Holdinq şokolad, konfet, karamel, vafli, biskvit-peçenye və digər şirniyyat məhsullarının istehsalı ilə məşğuldur. "Uniconf" məhsulları Rusiya daxilində geniş paylama şəbəkəsi vasitəsilə təqdim olunur, eyni zamanda 40-dan çox ölkəyə ixrac edilir. Şirkətin məhsul portfelinə "Alyonka", "Babaevsky", "Korovka" və "Vdoxnoveniye" kimi dünya miqyasında tanınan brendlər daxildir.

Distribusiya sektorunda "Strateji Bədən Dili” təlimi

Distribusiya sektorunda "Strateji Bədən Dili” təlimi

Şirkətimizin rəhbər heyəti (V1-lər və Direktorlar) Distribusiya sektorunda "Strateji Bədən Dili” təlimində iştirak edib. Təlim Qlobal Bədən dili üzrə ekspert Anar Heydərovun təqdimatında baş tutub. 2 günlük təlim müddətində idarəetmə səviyyəsində qərarvermə, liderlik nüfuzu və qeyri-verbal kommunikasiyanın biznes performansına təsiri mövzuları müzakirə edilib. Praktiki və interaktiv təlim mühitində müxtəlif bədən dili analizləri, simulyasiyalar və rol oyunları təşkil olunub. Bu təlim — davranış kodlarını oxumaq, situativ nüfuzu düzgün qurmaq və yüksək səviyyəli danışıqlarda bədən dilini strateji silaha çevirmək üçün nəzərdə tutulmuş xüsusi proqram idi. Rəhbər heyət üçün strateji əhəmiyyətli təlimlərimiz davam edəcək.