Loading tabs...

Şirkətimizlə Bağlı Son Xəbərlər

“Veysəloğlu” MMC 5-ci “Brand Award International 2026” qlobal müsabiqəsində mükafatlandırılan şirkətlər sırasında yer alıb.

“Veysəloğlu” MMC 5-ci “Brand Award International 2026” qlobal müsabiqəsində mükafatlandırılan şirkətlər sırasında yer alıb. “Award Organizers Group” tərəfindən təşkil olunan müsabiqə “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının rəsmi dəstəyi, “Azərbaycan Sənaye Sığorta” ASC, “Baku Container”, “Azerish” və “ERPGO” şirkətlərinin sponsorluğu ilə keçirilib. Müsabiqə çərçivəsində müxtəlif iqtisadi sahələrdə fəaliyyət göstərən, öz seqmentində möhkəm mövqeyi və ictimaiyyət arasında tanınması ilə seçilən 50 ticarət markası müəyyən edilərək mükafatlandırılıb. Bu uğur münasibətilə bütün əməkdaşlarımızı təbrik edir, birlikdə daha böyük nailiyyətlər arzulayırıq!

Daha çox
“Veysəloğlu” MMC 5-ci “Brand Award International 2026” qlobal müsabiqəsində mükafatlandırılan şirkətlər sırasında yer alıb.

Yeni partnyor - Avromak şirkəti

Sizə yeni partnyorumuz “Avromak” şirkətini və onun “Favelli”və“Rizzi” brendinə məxsus makaron və un çeşidlərini təqdim etməkdən məmnunluq duyuruq. “Avromak” MMC 2019-cu ildə Azərbaycanda, Bakı şəhərində fəaliyyətə başlamışdır. Ölkəmizdə qida istehsalı sahəsində fəaliyyət göstərən, məhsul portfelində makaron və un çeşidlərini birləşdirən şirkətdir. Şirkət istehsal prosesində müasir texnologiyalardan istifadə etməklə məhsulların keyfiyyətinə və gigiyenik istehsal şəraitinə diqqət yetirir. İtaliya mətbəxindən ilhamlanan yeməklər hazırlamaq üçün müxtəlif seçimlər təqdim edən “Favelli” makaronları bərk buğda unundan , sudan və duzdan hazırlanır. Brendin çeşidləri gündəlik ailə süfrələrindən xüsusi axşam yeməklərinə qədər fərqli reseptlərdə istifadə oluna bilər. “Favelli” “Rizzi” makaron çeşidləri arasında spagetti, burma və vermişel yer alır. Spagetti pomidorlu, qaymaqlı və digər souslarla hazırlanan yeməklər üçün klassik seçimdir. Burma makaronlar tərəvəzli, ətli yeməklərdə və makaron salatlarında istifadə oluna bilər. Vermişel isə şorbalar və yüngül yeməklər hazırlamaq üçün əlverişli seçimdir. “Favelli” un məhsulları da şirkətin məhsul portfelinə daxildir. Evdə çörək, xəmir yeməkləri və müxtəlif şirniyyatlar hazırlayanlar üçün bu kateqoriya gündəlik mətbəx ehtiyaclarını tamamlayır.

Daha çox
Yeni partnyor - Avromak şirkəti

“Jardin” yeni məhsul çeşidlərini təqdim edir

Veysəloğlu Distribusiyanın sevimli partnyorlarından biri olan “Jardin” brendinin yeni məhsul çeşidləri təqdim olunur. Yeni kolleksiya qovrulmuş, həll olunan və kapsul qəhvələrlə yanaşı, məşhur kofeşop içkilərindən ilhamlanan xüsusi qarışıqları da əhatə edir. “Jardin”in məhsul portfeli müxtəlif dad seçimlərinə uyğun geniş çeşiddə hazırlanıb. Brendin qovrulmuş qəhvə kolleksiyasında Braziliya, Efiopiya, Kolumbiya və Qvatemala kimi tanınmış qəhvə regionlarından seçilmiş arabika dənələrindən istifadə olunur. Açıq, orta və tünd qovrulma dərəcələri məhsullara fərqli dad və ətir xüsusiyyətləri qazandırır. Brendin kapsul qəhvə kolleksiyası “Lungo”, “Espresso” və “Ristretto” sevənlər üçün müxtəlif intensivlikdə seçimlər təqdim edir. Kolleksiyada meyvə notları, zəngin acılıq, yumşaq dad və vanilli ətir kimi fərqli dad xüsusiyyətləri bir araya gətirilib. Həll olunan qəhvə kolleksiyasına balanslı və yumşaq dada malik “Jardin Gold”, tünd şokolad notları ilə seçilən “Jardin Deep Dark”, karamel dadı və zərif köpüyü ilə fərqlənən “Jardin Crema”, həmçinin şokoladlı və qaymaqlı notlara malik “Jardin Filigrano” daxildir. Qəhvə dənələrinin mənşəyini ön plana çıxaran “Colombia Medellin”, “Guatemala Atitlan” və “Kenya Kilimanjaro” çeşidləri isə müxtəlif qəhvə regionlarına xas dad xüsusiyyətlərini istehlakçılara təqdim edir. “Jardin Café Collection” seriyası “Americano”, “Cappuccino”, “Latte” və “Mocaccino” kimi məşhur içkiləri rahat porsiyalı formatda bir araya gətirir. Məhsullar zəngin dadı, xoş ətri və zərif süd köpüyü ilə kofeşop təcrübəsini gündəlik qəhvə anlarına daşıyır. Yeni məhsul çeşidləri fərqli qəhvə zövqlərinə uyğun alternativlər təqdim etməklə yanaşı, istehlakçılara günün istənilən vaxtında keyfiyyətli qəhvədən zövq almaq imkanı yaradır.

Daha çox
“Jardin” yeni məhsul çeşidlərini təqdim edir

Digər xəbərlər

Korporativ və Marketinq Kommunikasiyaları Şöbəsinin əməkdaşları "Kent" fabrikində

Korporativ və Marketinq Kommunikasiyaları Şöbəsinin əməkdaşları "Kent" fabrikində

Uzun illərdir etibarlı tərəfdaşımız olan Soyyiğit Group, bu gün dünyanın 4 qitəsində və 136 ölkəsində uğurlu biznes əməkdaşlıqları həyata keçirərək qlobal arenada mövqeyini daha da möhkəmləndirməkdədir. Şirkətimizin Korporativ və Marketinq Kommunikasiyaları Şöbəsinin komandası Soyyiğit Group-un ofisini ziyarət edərək Azərbaycan bazarı üçün həyata keçirilmiş 3 aylıq influenser kampaniyasının təqdimatında iştirak edib. Qeyd edək ki, kampaniya çərçivəsində 3 milyon nəfərdən çox auditoriyaya çatılaraq brendin tanıtımında mühüm nəticələr əldə olunub. Ziyarət zamanı əməkdaşlarımız fabriki gəzərək istehsalat prosesi ilə yaxından tanış olub və şirkətin fəaliyyətinin müxtəlif istiqamətləri barədə ətraflı məlumat alıblar.

“Veysəloğlu Distribusiya”nın rəhbər heyəti Böyük Britaniyada qabaqcıl logistika təcrübələri ilə tanış olub

“Veysəloğlu Distribusiya”nın rəhbər heyəti Böyük Britaniyada qabaqcıl logistika təcrübələri ilə tanış olub

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu Distribusiya” şirkətinin Tədarük Zənciri direktoru, İdarə Heyətinin üzvü Tural Cəfərli və Anbar Əməliyyatları Departamentinin müdiri Fəxrim Cabbarlı təcrübə artımı və beynəlxalq qabaqcıl praktikaların Şirkətlər Qrupu daxilində tətbiqi məqsədilə Böyük Britaniyaya işgüzar səfər ediblər. Səfər çərçivəsində rəhbər heyət Böyük Britaniyanın aparıcı distribusiya şirkətləri - Mançesterdə yerləşən James Hall & Co. LTD, Şimali İrlandiyanın Henderson Group, eləcə də Londonda fəaliyyət göstərən A.F. Blakemore şirkətlərinin müasir, avtomatlaşdırılmış, robotlaşdırılmış və yüksək texnoloji həlləri ilə seçilən logistik mərkəzlərini ziyarət edib. Bu mərkəzlərdə tətbiq olunan qabaqcıl anbar idarəetmə sistemləri, robot texnologiyaları, məhsul yığımı və çeşidlənməsi üzrə avtomatlaşdırılmış proseslər, həmçinin təchizat zənciri üzrə rəqəmsal idarəetmə modelləri ilə yaxından tanış olunub. Görüşlər zamanı müasir logistika tendensiyaları, iş proseslərinin optimallaşdırılması və səmərəliliyin artırılması istiqamətində fikir mübadiləsi aparılıb. Səfərin əsas məqsədi "Veysəloğlu Distribusiya" tədarük zənciri əməliyyatlarının (tələb proqnozlaşdırılması, tədarük, anbar əməliyyatları, yerli və ölkəxarici nəqliyyat, logistika infrastrukturu və s.) beynəlxalq standartlara uyğunlaşdırılması, innovativ texnologiyaların tətbiqi və ümumi səmərəliliyin artırılması istiqamətində yeni imkanların araşdırılması olub. Veysəloğlu Şirkətlər Qrupu rəqabət qabiliyyətinin yüksəldilməsi və müştəri məmnuniyyətinin artırılması üçün müasir texnoloji həllərin tətbiqinə daim önəm verir. Böyük Britaniyaya təşkil olunan bu səfər də Şirkətlər Qrupunun fəaliyyətində innovativ yanaşmaların genişləndirilməsi, beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi və dünya praktikasına inteqrasiya istiqamətində atılan mühüm addımlardan biridir.

Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə 100 şəhid ailəsi üçün iftar məclisi təşkil olunub

Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə 100 şəhid ailəsi üçün iftar məclisi təşkil olunub

05 mart 2026 Veysəloğlu Şirkətlər Qrupu Müqəddəs Ramazan ayı münasibətilə Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə bir qrup şəhid ailələri üçün 8 Mart – Beynəlxalq Qadınlar Günü və Ramazan ayı münasibətilə tədbir keçirilib. Tədbirə Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş 100-dən çox şəhidin ailə üzvləri qatılıb. İftar məclisi şəhidlərin əziz xatirəsinin yad edilməsi, dövlət himninin səsləndirilməsi və şəhidlərin ruhuna duaların oxunması ilə başlayıb. Tədbirdə çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova və Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbovun həyat yoldaşı Afət Talıbova vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizlə qürur duyduqlarını bildiriblər. Çıxışlarda dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğı, eləcə də Veysəloğlu Şirkətlər Qrupunun şəhid ailələrinin məşğulluğuna və sosial rifahına verdiyi davamlı dəstəyin əhəmiyyəti xüsusi qeyd olunub. Tədbirdə həmçinin İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Milli Məclisin deputatları Mehriban Vəliyeva, Nigar Məmmədova və Elnarə Akimova çıxış edərək şəhid analarını və xanımlarını 8 Mart münasibətilə təbrik edib, onların fədakarlığını və möhkəm iradəsini yüksək qiymətləndirərək dərin ehtiramlarını bildiriblər. Tədbirdə şəhid ailələrinin üzvləri – analar və xanımlar da çıxış edərək əziz şəhidlərimizin xatirəsinin daim uca tutulmasının önəmini vurğulayıblar. Tədbir Azərbaycanın Xalq artisti Nəzakət Teymurova və gənc xanəndə, IX “Muğam” televiziya müsabiqəsinin finalçısı Yusif Cəfərbəylinin vətənpərvər ruhlu bədii ifaları ilə davam edib. Tədbirin sonunda Veysəloğlu Şirkətlər Qrupu tərəfindən şəhid ailələrinə hədiyyələr təqdim olunub.

Dövlət Vergi Xidməti “OBA”nı məşğulluğa töhfəyə görə təltif etdi

Dövlət Vergi Xidməti “OBA”nı məşğulluğa töhfəyə görə təltif etdi

İqtisadiyyat Nazirliyində “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda forum təşkil olunub. Tədbirdə İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, sahibkarların ictimai birliklərinin təmsilçiləri, ekspertlər və iş adamları iştirak ediblər. Forumda “OBA Market” MMC “Ticarət sahəsi üzrə məşğulluğun inkişafına töhfə verən” nominasiyası üzrə təltif olunub. Təltifnaməni “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimovaya Baş nazirin müavini Samir Şərifov və iqtisadiyyat naziri Mikayıl Cabbarov təqdim ediblər. “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova bildirib ki, bu cür təltiflər məşğulluğa dəstək istiqamətində atılan addımların daha da stimullaşdırılmasına xidmət edir və bu sahəyə verilən töhfənin belə yüksək qiymətləndirilməsi qürur hissi yaradır. Məşğulluğa dəstək, kadrların inkişafı, xüsusilə də regionlarda bu sahədə irəliləyişin təmin olunması “OBA” marketlər şəbəkəsi üçün prioritet istiqamətlərdən hesab olunur. 2025-ci ildə “OBA” olaraq iki mindən çox insan müxtəlif vəzifələr üzrə işlə təmin olunub və onların karyera inkişafına dəstək göstərilib. Bu isə şirkətin məşğulluğun artırılmasına və insan kapitalının inkişafına verdiyi töhfənin bariz nümunəsidir. “OBA” yalnız yeni iş yerləri yaratmaqla kifayətlənmir, eyni zamanda əməkdaşların davamlı inkişafını dəstəkləyən təlim proqramları, daxili karyera imkanları və motivasiyaedici iş mühiti formalaşdırır. Bu yanaşma sayəsində əməkdaşların potensialının üzə çıxarılması, onların uzunmüddətli karyera qurmasına şərait yaradılması və ümumilikdə ölkədə məşğulluğun inkişafına töhfə verilməsi əsas prioritetlərdən biri olaraq qalır. “OBA” marketlər şəbəkəsi ölkə üzrə geniş mağaza infrastrukturu ilə minlərlə insanın məşğulluq imkanlarının yaradılmasına və regionlarda iş yerlərinin artırılmasına davamlı töhfə verir. Şirkət fəaliyyətə başladığı gündən etibarən yerli məşğulluğun dəstəklənməsi, gənclərin iş həyatına cəlb olunması və sosial məsuliyyət prinsiplərinə uyğun fəaliyyət istiqamətini prioritet olaraq müəyyən edib. Bu mükafat “OBA” marketlər şəbəkəsinin ölkə iqtisadiyyatına verdiyi töhfənin və məşğulluğun artırılması istiqamətində gördüyü işlərin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilir. Qeyd edək ki, “OBA” marketlər şəbəkəsi ötən il də məşğulluğun inkişafına verdiyi töhfəyə görə eyni mükafata layiq görülmüşdü.