Loading tabs...

Keyfiyyət və Təcrübə ilə Layihələr

Veysəloğlu Distribusiya ADA Məktəbində xeyriyyə məqsədli keçirilən növbəti “Məhsul bayramı” - da iştirak edib.

Veysəloğlu Distribusiya ADA Məktəbində xeyriyyə məqsədli keçirilən növbəti “Məhsul bayramı” - da iştirak edib.

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində ənənəvi Payız festivalı – “Məhsul bayramı” təşkil olunub. Şirkətimiz sevimli partnyorları ilə birlikdə tədbirdə təmsil olunaraq xeyriyyə təşəbbüsünə dəstək verib. Festivalın əsas məqsədi şagird və tələbələrdə sosial məsuliyyət hissini formalaşdırmaq, milli-mənəvi dəyərləri və xeyriyyəçilik ənənələrini təbliğ etmək olub. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, dövlət rəsmiləri, Milli Məclisin deputatları, ADA Universitetinin rəhbərliyi, tərəfdaş şirkətlərin nümayəndələri, müəllimlər, tələbələr, valideynlər və məzunlar iştirak ediblər. “Veysəloğlu Distribusiya” festivalda “Nestlé Nescafé”, “Nestlé Nescafé Professional”, “ETİ”, “Şölen”, “Haribo” və “Tess” partnyorlarının məhsulları ilə iştirak edib.Tədbirdə iştirak edən partnyorlarımıza təşəkkür edirik. Təqdim olunan məhsullar xeyriyyə sərgi-satışında yer alaraq təhsil yönümlü sosial layihələrə dəstək məqsədinə xidmət edib. Qeyd edək ki, ötən il keçirilən “Məhsul bayramı”nda toplanan 27 309 manat hesabına dörd sosial layihə reallaşdırılıb və bu təşəbbüslərdən ümumilikdə 600 nəfər faydalanıb. “Veysəloğlu Distribusiya” olaraq partnyorlarımızla birlikdə təhsilə və sosial rifaha töhfə verən təşəbbüsləri dəstəkləməyə davam edirik.

Vesta HoReCa-nın təşəbbüsü ilə Badamlı brendi “Young Chef Azerbaijan” tədbirinə sponsor oldu

Vesta HoReCa-nın təşəbbüsü ilə Badamlı brendi “Young Chef Azerbaijan” tədbirinə sponsor oldu

19 - 20 oktyabr tarixlərində "Bakıda World YYY" təşkilatçılığı ilə “Young Chef Azerbaijan” tədbiri keçirilib. 200 nəfərə yaxın iştirakçının qatıldığı tədbirdə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov, tanınmış tədbir təşkilatçıları, eləcə də restoran, otel və şirkət rəhbərləri iştirak ediblər. “Veysəloğlu” MMC-nin Hotel, Restoran və Kafe (HoReCa) istiqaməti üzrə fəaliyyət göstərən “Vesta Horeka” Direktorluğunun təşəbbüsü ilə Badamlı mineral suları tədbirə sponsorluq edib. Sponsorluğun əsas məqsədi Badamlı brendinin HoReCa sektorunda tanıtımını gücləndirmək, restoran və qastronomiya sahəsində fəaliyyət göstərən peşəkarlarla əlaqələri inkişaf etdirmək və brendi hədəf auditoriyasına təqdim etmək olub. Tədbirin qastronomiya və aşpazlıq mövzusunda keçirilməsi Badamlı mineral sularının məhsul kateqoriyasına uyğun olaraq brendin təqdimatı üçün əlverişli imkan yaradıb.

EFES-in baş sponsorluğu ilə Bakıda  “Beer & Food Festival” keçirilib.

EFES-in baş sponsorluğu ilə Bakıda “Beer & Food Festival” keçirilib.

2, 3 və 4 oktyabr tarixlərində EFES-in baş sponsorluğu ilə Bakıda “Beer & Food Festival” keçirilib. Üç gün davam edən festival dad, musiqi və əyləncəni bir araya gətirərək ziyarətçilərə rəngarəng proqram təqdim edib. Festivalda müxtəlif yemək və içki zonaları, oyun sahələri, istirahət məkanları və uşaqlar üçün xüsusi əyləncə zonası fəaliyyət göstərib. Canlı musiqi, DJ çıxışları, tanınmış ifaçıların səhnə proqramları və müxtəlif oyunlar tədbirə xüsusi ab-hava qatıb. Hər gün fərqli konsepsiya və atmosferlə yadda qalıb.

“Dost Əllər” komandası “Gəl Dost Olaq - Çərpələng Festivalı” adlı  xeyriyyə tədbirində iştirak etdi.

“Dost Əllər” komandası “Gəl Dost Olaq - Çərpələng Festivalı” adlı xeyriyyə tədbirində iştirak etdi.

“Dost Əllər” komandası “Gəl Dost Olaq - Çərpələng Festivalı” xeyriyyə tədbirində iştirak etdik. Festival çərçivəsində çərpələng uçuşları, yaradıcı master-klasslar, komanda yarışları, canlı musiqi və müxtəlif əyləncə proqramları təşkil olundu. Rəngarəng çərpələnglərin səmanı bəzədiyi festivalın ən dəyərli tərəfi insanları xeyirxah məqsəd ətrafında birləşdirən dostluq, həmrəylik və birlik ruhu oldu. Veysəloğlu Distribusiya olaraq, bu gözəl təşəbbüsün bir hissəsi olmaqdan və “Dost Əllər” komandası ilə birlikdə xeyirxahlığa töhfə verməkdən məmnunuq.

Ozmo-dan Böyük Əks-səda Doğuran Mətbuat Konfransı

Ozmo-dan Böyük Əks-səda Doğuran Mətbuat Konfransı

Sevimli partnyorumuz “Şölen”in “Ozmo” brendi Bakıda media nümayəndələri, influenser analar və uşaqların iştirakı ilə böyük marağa səbəb olan xüsusi tədbir təşkil edib. Tədbirin mətbuat konfransı ölkədə böyük əks-səda doğurub. “JW Marriott Absheron Baku Hotel”də keçirilən tədbirdə “Ozmo” brendinin Azərbaycandakı fəaliyyəti, əldə etdiyi uğurlu nəticələr və gələcək inkişaf hədəfləri barədə ətraflı məlumat verilib. Tədbirin açılışında çıxış edən “Şölen”in Baş icraçı direktoru Erdoğan Çoban “Ozmo”nun sadəcə qəlyanaltı brendi deyil, uşaqların təxəyyülünü və yaradıcılığını dəstəkləyən, onların inkişafına töhfə verən və əyləncəni ön plana çıxaran bir “oyun yoldaşı” kimi mövqeləndirildiyini bildirib. Səmimi və əyləncəli atmosferdə keçən tədbir iştirakçıların böyük marağına səbəb olub və media nümayəndələri tərəfindən geniş işıqlandırılıb.

Digər Layihələr

Summer Fest tədbirlər silsiləsi çərçivəsində təşkil olunan Fort Boyard Komanda Quruculuğu Tədbiri uğurla başa çatmışdır.

Summer Fest tədbirlər silsiləsi çərçivəsində təşkil olunan Fort Boyard Komanda Quruculuğu Tədbiri uğurla başa çatmışdır.

Summer Fest tədbirlər silsiləsi çərçivəsində keçirilən Fort Boyard Komanda Quruculuğu Tədbiri uğurla yekunlaşdı. Tədbirdə 250 əməkdaşımız 20 komanda şəklində müxtəlif oyun və tapşırıqlarda iştirak etdi. Gün ərzində komandalar çevikliklərini, məntiqi düşünmə bacarıqlarını və komanda ruhunu nümayiş etdirərək maraqlı və yaddaqalan anlar yaşadılar. Yarışın yekununda “Golden Keys” komandası qalib oldu. Qalib komandamızı səmimi qəlbdən təbrik edirik. Tədbirimizin həyata keçirilməsinə məhsul dəstəyi göstərən ETİ, Badamlı, Şölen, Nestlé, Papia və Dex markalarına təşəkkürümüzü bildiririk.

Veysəloğlu Distribusiyanın əməkdaşları Global Tech Weekend Tbilisi 2026 beynəlxalq tədbirində iştirak ediblər

Veysəloğlu Distribusiyanın əməkdaşları Global Tech Weekend Tbilisi 2026 beynəlxalq tədbirində iştirak ediblər

Veysəloğlu Distribusiyanın Korporativ və Marketinq Kommunikasiyaları şöbəsinin rəhbəri Zərri Allahverdiyeva və şöbənin Rəqəmsal Marketinq üzrə Aparıcı Mütəxəssisi Aygün Hüseynova şirkətin dəstəyi ilə Gürcüstanın Tbilisi şəhərində keçirilən Global Tech Weekend Tbilisi 2026 beynəlxalq marketinq və texnologiya tədbirində iştirak ediblər. Tədbir çərçivəsində onlar rəqəmsal marketinq, süni intellekt, innovativ kommunikasiya yanaşmaları və texnologiya sahəsində qlobal trendlərlə tanış olub, beynəlxalq ekspertlərin təqdimatlarını izləyib, həmçinin müxtəlif ölkələrdən olan mütəxəssislərlə fikir və təcrübə mübadiləsi aparıblar. Beynəlxalq tədbirdə iştirak əməkdaşların peşəkar inkişafının dəstəklənməsi, müasir bilik və qabaqcıl təcrübələrin mənimsənilməsi, eləcə də innovativ yanaşmaların iş prosesinə inteqrasiyasına töhfə vermək məqsədi daşıyır.

Veysəloğlu Futbol Liqasında region mərhələsinin oyunları davam edir.

Veysəloğlu Futbol Liqasında region mərhələsinin oyunları davam edir.

Veysəloğlu Futbol Liqasında region mərhələsi davam edir. Qeyd edək ki, region mərhələsində A qrupunun yekun nəticələrinə əsasən Mingəçevir “Kür Nur” komandası 9 xalla birinci, Qəbələ komandası isə 6 xalla ikinci yeri tutaraq hər iki komanda play-off mərhələsinə vəsiqə qazanıb. Veysəloğlu Futbol Liqasının baş sponsoru sevimli tərəfdaşımız "ETİ" - dir. Turnirin həyata keçirilməsinə dəstək göstərən sponsorlarımız sırasında Badamlı, Şölen, Sekret Vkusa, Dardanel, Dr.Oetker, Colgate, Salatto, Mohobbat, La Monde və Ulduz Şokolad Fabriki yer alır. Bütün sponsorlarımıza göstərdikləri dəstək və əməkdaşlığa görə təşəkkürümüzü bildiririk. Onların töhfəsi ilə Veysəloğlu Futbol Liqası daha böyük futbol həyəcanına çevrilir!