Loading tabs...

Keyfiyyət və Təcrübə ilə Layihələr

Veysəloğlu Distribusiya ADA Məktəbində xeyriyyə məqsədli keçirilən növbəti “Məhsul bayramı” - da iştirak edib.

Veysəloğlu Distribusiya ADA Məktəbində xeyriyyə məqsədli keçirilən növbəti “Məhsul bayramı” - da iştirak edib.

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində ənənəvi Payız festivalı – “Məhsul bayramı” təşkil olunub. Şirkətimiz sevimli partnyorları ilə birlikdə tədbirdə təmsil olunaraq xeyriyyə təşəbbüsünə dəstək verib. Festivalın əsas məqsədi şagird və tələbələrdə sosial məsuliyyət hissini formalaşdırmaq, milli-mənəvi dəyərləri və xeyriyyəçilik ənənələrini təbliğ etmək olub. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, dövlət rəsmiləri, Milli Məclisin deputatları, ADA Universitetinin rəhbərliyi, tərəfdaş şirkətlərin nümayəndələri, müəllimlər, tələbələr, valideynlər və məzunlar iştirak ediblər. “Veysəloğlu Distribusiya” festivalda “Nestlé Nescafé”, “Nestlé Nescafé Professional”, “ETİ”, “Şölen”, “Haribo” və “Tess” partnyorlarının məhsulları ilə iştirak edib.Tədbirdə iştirak edən partnyorlarımıza təşəkkür edirik. Təqdim olunan məhsullar xeyriyyə sərgi-satışında yer alaraq təhsil yönümlü sosial layihələrə dəstək məqsədinə xidmət edib. Qeyd edək ki, ötən il keçirilən “Məhsul bayramı”nda toplanan 27 309 manat hesabına dörd sosial layihə reallaşdırılıb və bu təşəbbüslərdən ümumilikdə 600 nəfər faydalanıb. “Veysəloğlu Distribusiya” olaraq partnyorlarımızla birlikdə təhsilə və sosial rifaha töhfə verən təşəbbüsləri dəstəkləməyə davam edirik.

Vesta HoReCa-nın təşəbbüsü ilə Badamlı brendi “Young Chef Azerbaijan” tədbirinə sponsor oldu

Vesta HoReCa-nın təşəbbüsü ilə Badamlı brendi “Young Chef Azerbaijan” tədbirinə sponsor oldu

19 - 20 oktyabr tarixlərində "Bakıda World YYY" təşkilatçılığı ilə “Young Chef Azerbaijan” tədbiri keçirilib. 200 nəfərə yaxın iştirakçının qatıldığı tədbirdə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov, tanınmış tədbir təşkilatçıları, eləcə də restoran, otel və şirkət rəhbərləri iştirak ediblər. “Veysəloğlu” MMC-nin Hotel, Restoran və Kafe (HoReCa) istiqaməti üzrə fəaliyyət göstərən “Vesta Horeka” Direktorluğunun təşəbbüsü ilə Badamlı mineral suları tədbirə sponsorluq edib. Sponsorluğun əsas məqsədi Badamlı brendinin HoReCa sektorunda tanıtımını gücləndirmək, restoran və qastronomiya sahəsində fəaliyyət göstərən peşəkarlarla əlaqələri inkişaf etdirmək və brendi hədəf auditoriyasına təqdim etmək olub. Tədbirin qastronomiya və aşpazlıq mövzusunda keçirilməsi Badamlı mineral sularının məhsul kateqoriyasına uyğun olaraq brendin təqdimatı üçün əlverişli imkan yaradıb.

EFES-in baş sponsorluğu ilə Bakıda  “Beer & Food Festival” keçirilib.

EFES-in baş sponsorluğu ilə Bakıda “Beer & Food Festival” keçirilib.

2, 3 və 4 oktyabr tarixlərində EFES-in baş sponsorluğu ilə Bakıda “Beer & Food Festival” keçirilib. Üç gün davam edən festival dad, musiqi və əyləncəni bir araya gətirərək ziyarətçilərə rəngarəng proqram təqdim edib. Festivalda müxtəlif yemək və içki zonaları, oyun sahələri, istirahət məkanları və uşaqlar üçün xüsusi əyləncə zonası fəaliyyət göstərib. Canlı musiqi, DJ çıxışları, tanınmış ifaçıların səhnə proqramları və müxtəlif oyunlar tədbirə xüsusi ab-hava qatıb. Hər gün fərqli konsepsiya və atmosferlə yadda qalıb.

“Dost Əllər” komandası “Gəl Dost Olaq - Çərpələng Festivalı” adlı  xeyriyyə tədbirində iştirak etdi.

“Dost Əllər” komandası “Gəl Dost Olaq - Çərpələng Festivalı” adlı xeyriyyə tədbirində iştirak etdi.

“Dost Əllər” komandası “Gəl Dost Olaq - Çərpələng Festivalı” xeyriyyə tədbirində iştirak etdik. Festival çərçivəsində çərpələng uçuşları, yaradıcı master-klasslar, komanda yarışları, canlı musiqi və müxtəlif əyləncə proqramları təşkil olundu. Rəngarəng çərpələnglərin səmanı bəzədiyi festivalın ən dəyərli tərəfi insanları xeyirxah məqsəd ətrafında birləşdirən dostluq, həmrəylik və birlik ruhu oldu. Veysəloğlu Distribusiya olaraq, bu gözəl təşəbbüsün bir hissəsi olmaqdan və “Dost Əllər” komandası ilə birlikdə xeyirxahlığa töhfə verməkdən məmnunuq.

Ozmo-dan Böyük Əks-səda Doğuran Mətbuat Konfransı

Ozmo-dan Böyük Əks-səda Doğuran Mətbuat Konfransı

Sevimli partnyorumuz “Şölen”in “Ozmo” brendi Bakıda media nümayəndələri, influenser analar və uşaqların iştirakı ilə böyük marağa səbəb olan xüsusi tədbir təşkil edib. Tədbirin mətbuat konfransı ölkədə böyük əks-səda doğurub. “JW Marriott Absheron Baku Hotel”də keçirilən tədbirdə “Ozmo” brendinin Azərbaycandakı fəaliyyəti, əldə etdiyi uğurlu nəticələr və gələcək inkişaf hədəfləri barədə ətraflı məlumat verilib. Tədbirin açılışında çıxış edən “Şölen”in Baş icraçı direktoru Erdoğan Çoban “Ozmo”nun sadəcə qəlyanaltı brendi deyil, uşaqların təxəyyülünü və yaradıcılığını dəstəkləyən, onların inkişafına töhfə verən və əyləncəni ön plana çıxaran bir “oyun yoldaşı” kimi mövqeləndirildiyini bildirib. Səmimi və əyləncəli atmosferdə keçən tədbir iştirakçıların böyük marağına səbəb olub və media nümayəndələri tərəfindən geniş işıqlandırılıb.

Digər Layihələr

Veysəloğlu Futbol Liqasında 1-ci turun oyunları uğurla başa çatdı.

Veysəloğlu Futbol Liqasında 1-ci turun oyunları uğurla başa çatdı.

24 komandanın mübarizə apardığı liqada ilk turun qarşılaşmaları maraqlı oyunlar və yaddaqalan məqamlarla yadda qaldı. Komandalar növbəti mərhələlərə hazırlıqlarını davam etdirərkən, qrup mərhələsinin oyunları qarşıdakı həftələrdə də davam edəcək. Qeyd edək ki, qarşılaşmalar Bakı Olimpiya Stadionunda yerləşən, Sporster Futbol Meydançalarında keçirilir. Əməkdaşlarımız növbəti oyunlarda da azarkeş qismində iştirak edərək komandalarımıza dəstək ola bilərlər. Veysəloğlu Futbol Liqasının baş sponsoru sevimli tərəfdaşımız ETİ-dir. Turnirin həyata keçirilməsinə dəstək göstərən sponsorlarımız sırasında Badamlı, Şölen, Sekret Vkusa, Dardanel, Dr. Oetker, Colgate, Salatto, Mohobbat, La Monde və Ulduz Şokolad Fabriki yer alır. Bütün sponsorlarımıza göstərdikləri dəstək və əməkdaşlığa görə təşəkkürümüzü bildiririk.

“Red Bull” və “Nemiroff” brendlərimiz "Boolood" tədbirinin sponsoru oldu

“Red Bull” və “Nemiroff” brendlərimiz "Boolood" tədbirinin sponsoru oldu

Şirkətimizin portfelində yer alan brendlərlə bağlı həyata keçirilmiş növbəti marketinq əməkdaşlığı və tədbir fəaliyyəti barədə məlumatı diqqətinizə çatdırırıq. Veysəloğlu MMC-nin tərkibində fəaliyyət göstərən və Hotel, Restoran və Kafe (HoReCa) istiqaməti üzrə xidmət göstərən “Vesta Horeka” direktorluğunun dəstəyi ilə həyata keçirilən bu əməkdaşlıq çərçivəsində, 16 və 30 may 2026-cı il tarixlərində Bakı Bulvarında ən prestijli tədbir təşkilatçılarından biri olan "Boolood" möhtəşəm və irimiqyaslı bir musiqi tədbirləri həyata keçirmişdir. Şirkətimiz bu mötəbər gecələrdə eksklüziv içki sponsoru olaraq strateji mövqe nümayiş etdirmişdir. Tədbir çərçivəsində portfelimizə məxsus olan “Red Bull” və “Nemiroff” brendləri gecənin əsas ulduzlarına çevrilmişdir. Tədbir boyu qonaqların içki seçiminin böyük hissəsi bizim brendlərin üstünlüyü ilə idarə olunmuşdur: • Enerji içkisi olaraq yalnız “Red Bull” təqdim edilmiş, qonaqların yüksək enerjisini və dinamikasını qorumuşdur. • Alkoqollu içki (vodka) olaraq isə eksklüziv şəkildə “Nemiroff” premium vodka məhsulları istifadə olunmuşdur. Məkanın barlarında peşəkar barmenlər tərəfindən xüsusi olaraq bu gecə üçün hazırlanmış “Nemiroff & Red Bull” kokteylləri tədbir iştirakçılarına təqdim edilmişdir. Zövqlərin mükəmməl uyğunluğu qonaqlar tərəfindən böyük rəğbətlə qarşılanmış, gecənin əyləncə dolu atmosferinə xüsusi töhfə vermiş və geniş şəkildə istehlak olunan içkilərdən birinə çevrilmişdir. Brendlərimizin bu uğurlu sinergiyası həm satış həcminə, həm də premium imicimizin güclənməsinə müsbət təsir göstərmişdir. Tədbirlərin irimiqyaslı olmasını şərtləndirən əsas amillərdən biri də dəvət olunmuş dünyaca məşhur DJ-lərin çıxışı idi. İlk tədbirdə Elektron musiqi dünyasının tanınmış qrupu olan “Avangart Tabldot” (3 nəfərdən ibarət DJ qrupu) öz unikal performansları ilə minlərlə gənci və premium auditoriyanı bir araya gətirmişdir. 2-ci tədbir isə “Qoşa Qala Qapılarında” təşkil olunmuş, DJ Juno və DJ Luch performansı fonunda, barlarda bizim məhsullardan hazırlanan xüsusi kokteyllər yenidən iştirakçılar tərəfindən geniş şəkildə sifariş edilmiş və böyük populyarlıq qazanmışdır. Belə bir qlobal miqyaslı platformada “Nemiroff” və “Red Bull” brendlərinin həm vizual, həm də məhsul təcrübəsi baxımından ön planda yer alması hədəf auditoriyamızla birbaşa emosional bağ qurmağımıza imkan yaratmışdır. Bu sponsorluq layihəsi brendlərimizin bazardakı lider mövqeyini daha da möhkəmləndirməklə yanaşı, HoReCa sektorunda “Boolood” kimi böyük tərəfdaşlarla gələcək əməkdaşlıq imkanlarımızı da yeni səviyyəyə yüksəltmişdir.

“SOLPRO” və “WEFRY” fabrikləri tərəfindən xüsusi “Master Class” tədbiri keçirildi.

“SOLPRO” və “WEFRY” fabrikləri tərəfindən xüsusi “Master Class” tədbiri keçirildi.

Veysəloğlu MMC-nin tərkibində fəaliyyət göstərən və Hotel, Restoran və Kafe (HoReCa) istiqaməti üzrə xidmət göstərən Vesta Horeka Direktorluğunun təşkilati dəstəyi ilə 20 may 2026-cı il tarixində “SOLPRO” və “WEFRY” fabrikləri tərəfindən keçirilən “Master Class” tədbiri uğurla baş tutdu. MDB ölkələri üzrə tanınmış şef ustası Dmitri Kondraşın iştirakı ilə keçirilən masterklass çərçivəsində “HoReCa” sektoru üçün innovativ məhsul həlləri, müasir texnoloji yanaşmalar və praktiki tətbiqlər təqdim olundu. “SOLPRO” və “WEFRY” nümayəndələri tərəfindən məhsulların hazırlanma texnologiyaları və istifadədə üstünlükləri iştirakçılarla bölüşüldü. Tədbir zamanı məhsulların dadımı keçirildi və iştirakçılar yeni həllərlə yaxından tanış olmaq imkanı əldə etdilər. “KFC”, “McDonald’s”, “Domino’s Pizza”, “Papa Johns” və digər aparıcı restoran şəbəkələrinin nümayəndələrinin iştirakı tədbirə xüsusi dəyər qatdı.

Qəbələ Ofisi üzrə Boulinq Çempionatı – 2026

Qəbələ Ofisi üzrə Boulinq Çempionatı – 2026

16 may tarixində Korporativ və Marketinq Kommunikasiyaları şöbəsi tərəfindən Qafqaz Resort oteldə "Qəbələ Ofisi üzrə Boulinq Çempionatı - 2026" adlı tədbir həyata keçirilmişdir. 20 komanda və 100 nəfər əməkdaşımızın iştirakı ilə keçirilən tədbirdə, iştirakçılar stolüstü oyunlarda fəal iştirak etmiş, boulinqdə isə əvvəl "təsnifat", daha sonra isə "final sessiyası" mərhələsində mübarizə aparıblar. Rəqabət və yüksək maraq şəraitində baş tutan çempionatın final nəticələrini təqdim edirik. • 1-ci yer: "Zaqatala" komandası • 2-ci yer: "Göyçay" komandası • 3-cü yer: "Şamaxı" komandası Şirkətimiz tərəfindən qalib komandalara kubok və medallar təqdim olunmuşdur. Tədbirdə iştirak edən bütün əməkdaşlarımıza təşəkkür edirik!

"Marketinq Ekspert" layihəsinin bağlanış tədbiri

"Marketinq Ekspert" layihəsinin bağlanış tədbiri

Böyük məmnuniyyətlə bildirmək istəyirik ki, şirkətimizdə istedadların inkişafı istiqamətində həyata keçirilən "Marketinq Ekspert" layihəsinin 1-ci qrupunun bağlanış mərasimi uğurla yekunlaşdı. Öyrənmə və İnkişaf şöbəsi olaraq əsas məqsədimiz şirkətimizdəki əməkdaşların daxili potensialını üzə çıxarmaq, əməkdaşlarımızın peşəkar inkişafını dəstəkləmək və bu inkişafı birbaşa məhsuldarlığa çevirməkdir. Bu layihə təkcə nəzəri biliklərin deyil, həm də iş proseslərinə dərhal tətbiq edilə biləcək analitik və praktik bacarıqların qazandırılması baxımından xüsusi dəyər qatır. • İlkin müraciət edən həmkarlarımız: 236 nəfər • İntensiv dəyərləndirmədən sonra tədris mərhələsinə keçənlər: 85 nəfər • Məzun adını qazanaraq ən yaxşılar kimi seçilənlər: 27 nəfər İnanırıq ki, bu intensiv marafonda fərqlənən 27 həmkarımız, əldə etdikləri təcrübəni və yanaşmaları peşəkar inkişafları və gələcək uğurları üçün tətbiq edəcəklər. Proqramı uğurla başa vuran bütün məzunlarımızı ürəkdən təbrik edir, onlara fəaliyyətlərində uğurlu nailiyyətlər arzulayırıq. Daimi inkişaf yolunda birlikdə irəliləməyə davam edəcəyik!

"Dost Əllər" Layihəsi ilə Yaxşılıq üçün Əl-Ələ

"Dost Əllər" Layihəsi ilə Yaxşılıq üçün Əl-Ələ

"Dost Əllər” layihəsi çərçivəsində 21 Mart – Beynəlxalq Daun Sindromlu Şəxslərin Gününə həsr olunmuş xüsusi bir tədbir təşkil edildi. Tədbir, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi ilə əməkdaşlıq çərçivəsində həyata keçirildi. Layihəmizin əsas məqsədi bu xüsusi və dəyərli uşaqlara sevinc bəxş etmək, onların cəmiyyətimizin ayrılmaz və qiymətli üzvləri olduğunu bir daha vurğulamaq idi. Tədbir boyu uşaqlar üçün rəngarəng və əyləncəli musiqili şou proqram, maraqlı oyunlar ,müxtəlif interaktiv fəaliyyətlərin təşkili və şirkətimizin "Eti", "Nestlé", "Sensodyne", "Haribo", "Badamlı", "Yuppi" və "Ozmo" markasının iştirakı ilə hazırlanmış xüsusi hədiyyələrin iştirakçılara təqdimatı həyata keçirildi. "Yaxşılıq üçün əl-ələ" sloqanı altında keçirilən tədbir "Dost Əllər" komandası və iştirakçılarla birlikdə tort kəsilməsi ilə sona çatdı. Hər an sevinc dolu gülüşlər və alqışlarla yadda qaldı. Veysəloğlu Distribusiya olaraq inanırıq ki, sevgi, diqqət və dəstək cəmiyyətimizi daha güclü edir. “Dost Əllər” layihəsi də məhz bu dəyərləri yaşatmaq və paylaşmaq üçün şirkətimiz tərəfindən həyata keçirilən sosial təşəbbüslərdən biridir.