Loading tabs...

Keyfiyyət və Təcrübə ilə Layihələr

Veysəloğlu Distribusiya ADA Məktəbində xeyriyyə məqsədli keçirilən növbəti “Məhsul bayramı” - da iştirak edib.

Veysəloğlu Distribusiya ADA Məktəbində xeyriyyə məqsədli keçirilən növbəti “Məhsul bayramı” - da iştirak edib.

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində ənənəvi Payız festivalı – “Məhsul bayramı” təşkil olunub. Şirkətimiz sevimli partnyorları ilə birlikdə tədbirdə təmsil olunaraq xeyriyyə təşəbbüsünə dəstək verib. Festivalın əsas məqsədi şagird və tələbələrdə sosial məsuliyyət hissini formalaşdırmaq, milli-mənəvi dəyərləri və xeyriyyəçilik ənənələrini təbliğ etmək olub. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, dövlət rəsmiləri, Milli Məclisin deputatları, ADA Universitetinin rəhbərliyi, tərəfdaş şirkətlərin nümayəndələri, müəllimlər, tələbələr, valideynlər və məzunlar iştirak ediblər. “Veysəloğlu Distribusiya” festivalda “Nestlé Nescafé”, “Nestlé Nescafé Professional”, “ETİ”, “Şölen”, “Haribo” və “Tess” partnyorlarının məhsulları ilə iştirak edib.Tədbirdə iştirak edən partnyorlarımıza təşəkkür edirik. Təqdim olunan məhsullar xeyriyyə sərgi-satışında yer alaraq təhsil yönümlü sosial layihələrə dəstək məqsədinə xidmət edib. Qeyd edək ki, ötən il keçirilən “Məhsul bayramı”nda toplanan 27 309 manat hesabına dörd sosial layihə reallaşdırılıb və bu təşəbbüslərdən ümumilikdə 600 nəfər faydalanıb. “Veysəloğlu Distribusiya” olaraq partnyorlarımızla birlikdə təhsilə və sosial rifaha töhfə verən təşəbbüsləri dəstəkləməyə davam edirik.

Vesta HoReCa-nın təşəbbüsü ilə Badamlı brendi “Young Chef Azerbaijan” tədbirinə sponsor oldu

Vesta HoReCa-nın təşəbbüsü ilə Badamlı brendi “Young Chef Azerbaijan” tədbirinə sponsor oldu

19 - 20 oktyabr tarixlərində "Bakıda World YYY" təşkilatçılığı ilə “Young Chef Azerbaijan” tədbiri keçirilib. 200 nəfərə yaxın iştirakçının qatıldığı tədbirdə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov, tanınmış tədbir təşkilatçıları, eləcə də restoran, otel və şirkət rəhbərləri iştirak ediblər. “Veysəloğlu” MMC-nin Hotel, Restoran və Kafe (HoReCa) istiqaməti üzrə fəaliyyət göstərən “Vesta Horeka” Direktorluğunun təşəbbüsü ilə Badamlı mineral suları tədbirə sponsorluq edib. Sponsorluğun əsas məqsədi Badamlı brendinin HoReCa sektorunda tanıtımını gücləndirmək, restoran və qastronomiya sahəsində fəaliyyət göstərən peşəkarlarla əlaqələri inkişaf etdirmək və brendi hədəf auditoriyasına təqdim etmək olub. Tədbirin qastronomiya və aşpazlıq mövzusunda keçirilməsi Badamlı mineral sularının məhsul kateqoriyasına uyğun olaraq brendin təqdimatı üçün əlverişli imkan yaradıb.

EFES-in baş sponsorluğu ilə Bakıda  “Beer & Food Festival” keçirilib.

EFES-in baş sponsorluğu ilə Bakıda “Beer & Food Festival” keçirilib.

2, 3 və 4 oktyabr tarixlərində EFES-in baş sponsorluğu ilə Bakıda “Beer & Food Festival” keçirilib. Üç gün davam edən festival dad, musiqi və əyləncəni bir araya gətirərək ziyarətçilərə rəngarəng proqram təqdim edib. Festivalda müxtəlif yemək və içki zonaları, oyun sahələri, istirahət məkanları və uşaqlar üçün xüsusi əyləncə zonası fəaliyyət göstərib. Canlı musiqi, DJ çıxışları, tanınmış ifaçıların səhnə proqramları və müxtəlif oyunlar tədbirə xüsusi ab-hava qatıb. Hər gün fərqli konsepsiya və atmosferlə yadda qalıb.

“Dost Əllər” komandası “Gəl Dost Olaq - Çərpələng Festivalı” adlı  xeyriyyə tədbirində iştirak etdi.

“Dost Əllər” komandası “Gəl Dost Olaq - Çərpələng Festivalı” adlı xeyriyyə tədbirində iştirak etdi.

“Dost Əllər” komandası “Gəl Dost Olaq - Çərpələng Festivalı” xeyriyyə tədbirində iştirak etdik. Festival çərçivəsində çərpələng uçuşları, yaradıcı master-klasslar, komanda yarışları, canlı musiqi və müxtəlif əyləncə proqramları təşkil olundu. Rəngarəng çərpələnglərin səmanı bəzədiyi festivalın ən dəyərli tərəfi insanları xeyirxah məqsəd ətrafında birləşdirən dostluq, həmrəylik və birlik ruhu oldu. Veysəloğlu Distribusiya olaraq, bu gözəl təşəbbüsün bir hissəsi olmaqdan və “Dost Əllər” komandası ilə birlikdə xeyirxahlığa töhfə verməkdən məmnunuq.

Ozmo-dan Böyük Əks-səda Doğuran Mətbuat Konfransı

Ozmo-dan Böyük Əks-səda Doğuran Mətbuat Konfransı

Sevimli partnyorumuz “Şölen”in “Ozmo” brendi Bakıda media nümayəndələri, influenser analar və uşaqların iştirakı ilə böyük marağa səbəb olan xüsusi tədbir təşkil edib. Tədbirin mətbuat konfransı ölkədə böyük əks-səda doğurub. “JW Marriott Absheron Baku Hotel”də keçirilən tədbirdə “Ozmo” brendinin Azərbaycandakı fəaliyyəti, əldə etdiyi uğurlu nəticələr və gələcək inkişaf hədəfləri barədə ətraflı məlumat verilib. Tədbirin açılışında çıxış edən “Şölen”in Baş icraçı direktoru Erdoğan Çoban “Ozmo”nun sadəcə qəlyanaltı brendi deyil, uşaqların təxəyyülünü və yaradıcılığını dəstəkləyən, onların inkişafına töhfə verən və əyləncəni ön plana çıxaran bir “oyun yoldaşı” kimi mövqeləndirildiyini bildirib. Səmimi və əyləncəli atmosferdə keçən tədbir iştirakçıların böyük marağına səbəb olub və media nümayəndələri tərəfindən geniş işıqlandırılıb.

Digər Layihələr

Veysəloğlu Şirkətlər Qrupunun ənənəvi “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbiri  təşkil olunub.

Veysəloğlu Şirkətlər Qrupunun ənənəvi “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbiri təşkil olunub.

Gülüstan Sarayında Veysəloğlu Şirkətlər Qrupunun ənənəvi “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbiri uğurla təşkil olunub. Tədbirdə Qrupun rəhbər heyəti, şirkət rəhbərləri və idarəetmə komandası iştirak etmişdir. Görüşün əsas məqsədi ötən ilin fəaliyyət nəticələrini qiymətləndirmək, əldə olunan uğurları bölüşmək və qarşıdakı dövr üçün strateji prioritetləri müəyyənləşdirmək olmuşdur. Tədbir çərçivəsində şirkətimiz müxtəlif nominasiyalar üzrə mükafatlandırılmışdır: - İlin Ən Mənfəətli Şirkəti Nominasiyasının qalibi: "Veysəloğlu Distribusiya" Şirkəti - Ən Yaxşı Korporativ Sosial Məsuliyyət (KSM) Nominasiyasının qalibi: "Xoşbəxtlik Çantası" Layihəsi - Ən Yaxşı İnsan Kapitalına İnvestisiya Nominasiyasının qalibi: "Hipo" Layihəsi Bundan əlavə, CEO tərəfindən xüsusi olaraq seçilmiş nominasiyalar da təqdim olunub: - Ulduz Şokolad Fabriki & Veysəloğlu Şirniyyat Komandası - Veysəloğlu Logistika Komandası Nominasiya qaliblərini ürəkdən təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.

“Dost Əllər” layihəsinin rəsmi açılış tədbiri baş tutmuşdur.

“Dost Əllər” layihəsinin rəsmi açılış tədbiri baş tutmuşdur.

Veysəloğlu Distribusiyada “Dost Əllər” layihəsinin rəsmi açılış tədbiri baş tutmuşdur. “Dost Əllər” layihəsinin əsas məqsədi şirkətimizin KSM (Korporativ Sosial Məsuliyyət) fəaliyyətlərini daha da gücləndirmək, cəmiyyətin həssas qruplarına davamlı dəstək vermək və əməkdaşlarımızı sosial təşəbbüslərə aktiv şəkildə cəlb etməkdir. Layihə çərçivəsində seçilmiş 30 nəfər könüllü əməkdaşımız vasitəsilə sosial məsuliyyət mədəniyyətinin formalaşdırılması, komanda ruhunun gücləndirilməsi və həyata keçiriləcək təşəbbüslərlə şirkətimizin ictimai dəyərinin artırılması hədəflənir. İnanırıq ki, “Dost Əllər” layihəsi həm cəmiyyət üçün faydalı platformaya çevriləcək, həm də kollektiv olaraq birlik və həmrəylik ruhumuzu daha da möhkəmləndirəcək. Layihə ilə bağlı növbəti mərhələlər və planlaşdırılan fəaliyyətlər barədə mütəmadi olaraq sizinlə məlumat paylaşılacaq. “Dost Əllər” layihəsi - Yaxşılıq üçün əl - ələ!

Mingəçevir Ofisi üzrə Boulinq Çempionatı – 2026

Mingəçevir Ofisi üzrə Boulinq Çempionatı – 2026

7 fevral tarixində Korporativ və Marketinq Kommunikasiyaları şöbəsi tərəfindən Gəncə İdman Sarayında Mingəçevir filialının əməkdaşları üçün Veysəloğlu Boulinq Çempionatı – 2026 adlı komanda quruculuğu tədbiri həyata keçirilmişdir. Tədbirdə Mingəçevir filialına daxil olan Qazax, Ağstafa, Gədəbəy, Şəmkir, Gəncə, Naftalan, Goranboy, Göygöl, Mingəçevir, Bərdə və Yevlax rayonlarında çalışan əməkdaşlarımız iştirak etmişdir. 20 komanda və 100 nəfər əməkdaşımızın iştirakı ilə keçirilən tədbirdə iştirakçılar stolüstü oyunlarda fəal iştirak etmiş, boulinqdə isə əvvəl təsnifat, daha sonra isə final sessiyası mərhələsində mübarizə aparıblar. Rəqabət və yüksək maraq şəraitində baş tutan çempionatın final nəticələrini təqdim edirik. • 1-ci yer: "Gəncə" komandası • 2-ci yer: "Tovuz" komandası • 3-cü yer: "Mingəçevir" komandası Şirkətimiz tərəfindən qalib komandalara kubok və medallar təqdim olunmuşdur.

“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində  “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib

“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib

“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib “Veysəloğlu” MMC-nin müəllifi olduğu “Yüksək Potensiallı Əməkdaşların Dəyərləndirilməsi və İnkişafı” layihəsi çərçivəsində “Liderlik Ekosisteminin Qurulması” mövzusunda növbəti tədbir keçirilib. Tədbir “OBA MMC liderləri ilə dialoq” mövzusuna həsr olunub. Tədbirdə “OBA” MMC-nin İdarə Heyətinin sədri Natəvan İbrahimova “Liderliyə gedən yol: VŞQ daxilində karyera inkişafı və CEO baxışı” mövzusunda çıxış edərək, şəxsi karyera yolu, liderlik baxışı və gələcək liderlər üçün vacib kompetensiyalar barədə dəyərli fikirlərini iştirakçılarla bölüşüb. Tədbir çərçivəsində “OBA” MMC-nin 6 İdarə Heyəti üzvünün iştirakı ilə panel müzakirəsi keçirilib, onlar yüksək potensiallı əməkdaşların ünvanladığı sualları cavablandırılıb, real təcrübələr və strateji yanaşmalar paylaşılıb. Tədbirin ikinci hissəsində təlimçilər Cəlalə Nəzəroğlu “İctimaiyyət qarşısında çıxış etmə və inandırma qabiliyyətinin artırılması”, Anar Heydərov isə “Liderlikdə emosional zəkanın önəmi” mövzularında təlimlər keçib və interaktiv müzakirələr aparıblar. Tədbir yüksək interaktivlik və fəal iştirakla yadda qalıb, iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

“Gələcəyin Liderlik Ekosisteminin Qurulması” tədbiri

“Gələcəyin Liderlik Ekosisteminin Qurulması” tədbiri

Veysəloğlu MMC-də 2025-ci ildə Yüksək Potensiallı Əməkdaşların Dəyərləndirilməsi və İnkişafı Layihəsinə start verilmişdir. Layihə mütəxəssis səviyyəsində çalışan, gələcək liderlik potensialına malik əməkdaşların müəyyənləşdirilməsi, dəyərləndirilməsi və inkişaf etdirilməsi məqsədini daşıyır. Layihə çərçivəsində şirkətin İdarə Heyəti üzvləri tərəfindən bu əməkdaşlarla mentorluq görüşləri keçirilir və onların inkişaf yol xəritəsi formalaşdırılır. 24 dekabr 2025-ci il tarixində sözügedən layihə çərçivəsində Veysəloğlu Distribusiya tərəfindən “Gələcəyin Liderlik Ekosisteminin Qurulması” mövzusunda tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi şirkətdə liderlik potensialına malik əməkdaşların inkişafına yönəlmiş strateji yanaşmanın təqdim edilməsi, gələcək liderlərin formalaşdırılması və davamlı liderlik ekosisteminin qurulması istiqamətində atılan addımların paylaşılması olmuşdur. Tədbir çərçivəsində Veysəloğlu MMC-nin CEO-su Bəxtiyar Allahverdi “Veysəloğlunun Böyümə Strategiyası” mövzusunda çıxış edərək, şirkətin uzunmüddətli inkişaf hədəfləri, insan kapitalına verilən önəm və liderlik mədəniyyətinin təşkilati uğurda rolu barədə iştirakçılara ətraflı məlumat vermişdir. Daha sonra keçirilən Panel Müzakirəsində Veysəloğlu MMC-nin İdarə Heyəti üzvləri iştirak etmiş, Veysəloğlu Distribusiyada gələcəyin liderlik ekosisteminin qurulması ilə bağlı ünvanlanan sualları cavablandırmış, öz təcrübə və baxışlarını bölüşmüşlər. Panel müzakirəsi zamanı liderlik bacarıqlarının inkişafı, potensialın düzgün dəyərləndirilməsi, innovativ yanaşmalar və davamlı inkişaf mövzularına xüsusi diqqət yetirilmişdir. Tədbirdə ümumilikdə 80 nəfər əməkdaş iştirak etmişdir. Tədbir interaktiv müzakirələr və fəal iştirakla yadda qalmış, iştirakçılar tərəfindən yüksək maraqla qarşılanmışdır.